(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Sənan Qurbanov: “Braziliyalılarla danışıqlar gedir”

Sənan Qurbanov: “Braziliyalılarla danışıqlar gedir”

Futbolinfo.az sizi “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanovun müsahibəsi ilə tanış edir:

- Toplanışın Bakı mərhələsini artıq başa vurdunuz. Hətta bir yoxlama görüşü də keçirdiniz...
- Ayın 6-dan bir aradayıq. Şükür Allaha, hər şey qaydasında gedir. Son günlər bir qədər ağır məşqlər keçdik. "Qaradağ Lökbatan"la yoxlama görüşündə də gəncləri sınamaq imkanım oldu.

- Bir həftəlik hazırlığa əsasən, komanda Antalyaya istədiyiniz formada gedir?
- Fikrimcə, vəziyyət normaldı. Uşaqlar gündən-günə daha yaxşı çalışdılar. Hər şey plan üzrə getdi. Hər hansı bir problem görmürəm.

- Antalyada yoxlama görüşündə üz-üzə gələcəyiniz 4 rəqib bəllidi. 5-ci rəqib olacaqmı?
- Xeyr, 4 rəqiblə kifayətlənəcəyik. Yanvarın 16-da “Meppen” (Almaniya), 20-də "Yenisey" (Rusiya), 24-də “Fakel” (Rusiya), 26-da isə "MTK Budapeşt"lə (Macarıstan) qarşılaşacağıq. Ayın 27-də ölkəyə qayıtmalıyıq. Planda hər hansı bir dəyişiklik düşünmürük.

- Anar Nəzirov Aqil Məmmədovun yerinə gəldi. Bunu nəzərə alsaq, Davit Volkovini ilk ciddi transfer saymaq olar. Düşünmürsünüz ki, transferlərdə gecikirsiniz?
- Düzdü, Aqilin yerinə Anar komandaya qoşuldu. İzlədiyimiz oyunçular var. Onlarla bağlı qərarı Antalyadakı toplanış zamanı verəcəyik.

- Məlumdu ki, əsas diqqəti hücum xəttinin gücləndirilməsinə yönəltmisiniz. Təmkin Xəlilzadənin gedişindən sonra onun boşluğunu doldurmaq fikriniz yoxdu?
- Antalyada baxışa futbolçular çağırmışıq. Qış fasiləsində futbolçu tapmaq çətindi. Gənc əcnəbi futbolçuları yoxlamağı düşünürəm. Həm komandanın daxilindən, həm də yeni gələnlərlə yaranan boşluqları doldurmağa çalışacağıq.

- Neçə əcnəbi baxışa dəvət edilib?
- Bir neçə futbolçu çağırmışıq. Aralarında braziliyalılar da var, afrikalılar da. Hazırda onlarla danışıqlar gedir.

- Həmin legionerlərdən bəyənsəniz, neçəsini heyətə cəlb etməyi düşünürsünüz?
- Həm büdcəmizə uyğun hərəkət edəcəyik, həm də transfer xatirinə transfer etmək istəmirik. Özlərini yaxşı tərəfdən göstərənlər olsa, anlaşacağıq.

- Hacıağa Hacılı "Qarabağ"a transfer olundu. "Qəbələ"nin öz yetirmələrinin çoxunu komandada saxlaya bilməməyinin səbəbi nədi?
- Hazırda akademiyanın bir neçə yetirməsi komandamızda çıxış edir. Bəhlul Mustafazadə, Elvin Camalov və Qismət Alıyevin adını çəkə bilərəm. Əvvəlki illərdə heyətə düşmək bir qədər çətin idi. Futbolçular isə müntəzəm oynamaq istəyirdilər. Bu səbəbdən biz də onların başqa komandada çıxış edib, oyun praktikası qazanmalarını istəyirdik. O ki qaldı Hacıağaya, o, millinin əsas üzvüdü. Elə yerə getməli idi ki, orda daim oynasın. Bizim əvəzedici heyətimiz olmadığından, futbolçular oyun praktikasından əziyyət çəkirlər. Bu üzdən Hacıağanın "Qarabağ"a keçməsi razılaşdırıldı. İstedadlı futbolçudu, sərfəli təklif oldu, biz də anlaşdıq.

- Mövsümün ikinci yarısında hədəfiniz nə olacaq?
- Həmişə iddialı "Qəbələ" olub. Bu adı qorumaq istəyirik. Daha çox irəli getməyə çalışacağıq. İlk "üçlüy"ə düşmək uğrunda mübarizə aparacağıq. Bilirəm ki, rəqiblər də bunu arzulayırlar. Hədəfimiz avrokuboka vəsiqə qazanmaqdı. Bunun üçün bütün bacarığımızı ortaya qoyacağıq. (matç.az)


 
tarix: 13-01-2019 14:08


 
Xəbər lenti
17.06.2019

18:33   “Roma”nın əfsanəsi klubdan getdi

17:16   “Real”da braziliyalı hücumçu - RƏSMİ

16:10   “Keşlə” Yovanoviçin yolunu gözləyir

15:45   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

15:35   İsayevə görə Rəfiyev danlandı

15:27   ATV İlkin Xəlilovla bağlı bəyanat yaydı

15:11   “Keşlə”də argentinalı futbolçu - RƏSMİ

14:15   Mustivarla Dabo “Neftçi”dən ayrıldı

13:42   Milli komandada ciddi itki

13:14   ATV prezidentindən İlkin Xəlilovla bağlı rəsmi açıqlama

12:45   Deməli, gücünüz İlkin Fikrətoğluna çatdı?!

12:17   Mahir “Qarabağ”dan gedir?

11:50   “Qarabağ”lı üçün 90 dəqiqə

11:25   Paraqvaydan heç-heçə, Uruqvaydan darmadağın

11:00   Seneqal yığması Nigeriya üzərində qələbəyə sevindi

10:32   Larsson yenidən baş məşqçi təyin olundu

10:00   Super Liqa klubunda baş məşqçi istefası

09:30   La Liqaya son vəsiqə üçün son 2 namizəd

09:00   Turalla Vüqar oynadı, “Dauqavpils”...

16.06.2019

23:18  “Neftçi”nin Türkiyədəki 2-ci günü - VİDEO

23:06  “Qəbələ” Polşada 9-cu oldu

22:49  “Səbail”in Bolqarıstandakı bütün rəqibləri məlum oldu

19:37  Premyer Liqada hamı bu topun arxasınca qaçacaq - FOTO

18:57  Argentina yığması 40 il idi bu aqibəti yaşamırdı

17:27  “Yuventus”un yeni baş məşqçisi rəsmən açıqlandı

16:07  “Neftçi”dən yeni transferi ilə 2 illik müqavilə

15:34  Monroz “Neftçi”də - VİDEO

15:16  Dünya çempionatının ən yaxşıları açıqlandı

13:39  “Neftçi”nin daha bir rəqibi müəyyənləşdi

12:24  Qurban Qurbanov: “Bizə son variant kimi baxırlar”

11:50  Argentina məğlubiyyətlə başladı

11:44  AFFA dövlətlə azarkeş (xalq) arasında uçurum yaradıb

11:01  “Zirə” Bolunu seçdi

10:45  Tovuz və Gəncə azarkeşləri də Elxan Məmmədovun yalanlarından bezib

10:30  Serb hücumçu Bundesliqa klubunda

09:31  Super Liqa klubunda bir transfer, iki ayrılıq

00:24  Emil Balayev oynadı, “Tobol” qalib gəldi - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az