(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Abbasov birini yola saldı, birinə Antalyada baxacaq

Abbasov birini yola saldı, birinə Antalyada baxacaq

"Baxışda olan futbolçularımızdan birini Türkiyəyə aparırıq. Bu, Valeh Seyidovdu. Gənc hücumçuya Antalyada da baxacam. Ancaq Mirkamil Həşimli komandamızda olmayacaq". Futbolinfo.az xəbər verir ki, bu fikirləri Sport24.az-a açıqlamasında "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov bildirib.
 
Gənc mütəxəsssis bu həftə baxışdan keçirərək "Şüvəlan"la yoxlama matçında sınadığı gənc futbolçular - yarımmüdafiəçi Mirkamil Həşimli və hücumçu Valeh Seyidov haqda fərqli qənaətə gəlib. Abbasovun sözlərinə görə, Həşimlidən fərqli Seyidovu bir daha sınamağı lazımdı: "Məlumdur ki, bizə hücumçu lazımdı. Mərkəz hücumçusu olan Valeh son 5-6 ayda klubsuz qalıb, bu müddətdə fərdi məşqlərlə kifayətlənib. Məşqlərimizdə istəklidi. İstəyirik ki, bu 2 həftədə bizimlə olsun, daha da özünə gəlsin və ona tam baxaq. Ancaq Mirkamilin mövqeyində - orta sahədə futbolçumuz çoxdu. Yarımmüdafiədə 5-6 oyunçumuz var ki, Həşimliyə bu rəqabətdə çətin olar. Ona görə də yaxşı olardı ki, özünü başqa yerdə sınasın".
 
"Sumqayıt"ın 38 yaşlı çalışdırıcısı bu səhər səfərə 22 futbolçuyla çıxdıqlarını söyləyib: "Daha bir futbolçu - Səbuhi Abdullazadə sonradan bizə qoşulacaq. O, U-19-un heyətində Bakıda təlim-məşq toplanışında olacaq və yanvarın 20-də hazırlığımıza qatılacaq. Futbolçularımızdan yalnız Şəhriyar Əliyev Antalya toplanışından kənarda qalacaq. Bu da müdafiəçimizin Bakıda müalicə olunmasıyla bağlıdı. Ola bilər ki, Türkiyədə yeni transferimiz olsun. Gözləyirik, söz veriblər. Çalışacağıq ki, ilk həftədə nəsə edək. çünki gecikirik".
 
Abbasovun sözlərinə görə, Antalyada keçirəcəkləri yoxlama matçlarında rəqiblərin seçiminə xüsusi diqqət yetiriblər: "Təşkilatçılara təqvimimizi vermişdik. Həmin şirkət də bunun üzərində işləyirdi. Bir neçə başqa rəqiblər də vardı. Ancaq daha yaxşı rəqiblərl seçmişik ki, rəqabət olsun, hardasa səhvlərimizi görə bilək. Ölkələrə də fikir vermişik. Məsələn, Makedoniyanın "Vardar" klubu həmişə avrokuboklarda oynayandı. Serblər, bosniyalılar sürət baxımından yaxşıdırlar. Bu şeyləri nəzərə almışıq".
 
Qeyd edək ki, Ayxan Abbasovun yetirmələri Antalyada yanvarın 15-də Qazaxıstanın "Jetısu", 19-də Bosniya və Herseqovinanın "Çelik", 22-də Makedoniyanın "Vardar", 26-da isə Serbiyanın "Zemun" klubları ilə qarşılaşacaq.

 
tarix: 13-01-2019 14:24


 
Xəbər lenti
26.06.2019

19:45   “Neftçi”nin Rumıniya klubu ilə oyunu yarıda qaldı

18:33   İtaliya millisində baş məşqçi ayrılığı

18:00   “Messiyəm” dedi, 23 qadını aldadaraq…

17:30   “Sumqayıt”da ispan məşqçi - RƏSMİ

17:00   “Qəbələ”dən “Sabah”a – RƏSMİ

16:40   Paytaxt klubunda yeni təyinat

16:21   “Neftçili Yay” futbol düşərgəsi başa çatdı

16:00   “Qarabağ”ın rəqibi milli üzvü ilə gücləndi

15:40   “Neftçi”nin rəqibindən kubokda darmadağın

15:20   “Barselona”nın qapıçısı rəsmən “Valensiya”da

15:00   “Qəbələ”nin 3 yetirməsi “Şüvəlan”da

14:40   Aftandil Hacıyevdən darmadağına şərh

14:20   “Səbail”dən növbəti transfer - RƏSMİ

14:00   Çempionlar Liqasında yeni mövsümə start verildi

13:30   “Fənərbaxça”da ayrılıq

13:00   “Mançester Siti”dən Belçika klubuna - RƏSMİ

12:30   “Sent-Etyen”dən Super Liqa klubuna

12:02   “Mançester Siti”də ayrılıq

11:41   Kamerun qələbə, Qana heç-heçə ilə başladı

11:20   Azərbaycan klubu ispaniyalı məşqçi gətirdi

11:00   “Barselona” hücumçusunu satdı

10:30   FİFA-dan Türkiyə klubuna sərt cəza

10:00   “Barselona”dan “Everton”a - RƏSMİ

09:30   Azərbaycan çempionuna ÇL püşkü öncəsi şad xəbər

09:00   “Zalsburq”dan Super Liqa klubuna

08:00   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

00:27   Mirabdulla icarə müqaviləsi imzaladı

25.06.2019

23:00  Qurbanov daha yaxşı olacaqlarını vəd etdi

21:51  "Qarabağ": yenə qolsuz, yenə qələbəsiz - YENİLƏNİB

21:00  "Səbail"i darmadağın etdilər - YENİLƏNİB

19:46  “Keşlə”dən Latviya klubuna

19:23  “Neftçi” ilə oyundan sonra sevinməyimiz Qurban Qurbanovun xoşuna gəlmirdi”

17:43  “Sevilya”nın futbolçusu qəza törətdi, 2 nəfər öldü - FOTO

17:21  “Sumqayıt”da istirahət başa çatdı

17:00  “Çelsi” Lempardla danışıqlara başladı - RƏSMİ

16:44  Lion “Olimpik”ində yeni futbolçu

16:23  “Borussiya”dan Premyer Liqa klubuna

16:02  Şeydayev yeni mövsümü bu klubda keçirəcək

15:46  Milli komandada ciddi itki

15:25  “Qarabağ”ın legioneri oynamadı, komandası qalib gəldi

15:01  Super Liqa təmsilçisindən Liqa 1 klubuna

14:42  “Səbail”in yoxlama oyununun vaxtı dəyişdirildi

14:24  UEFA “Qarabağ”ın albanlarla ilk oyununun saatını açıqladı

14:00  “Neftçi”nin cavab matçının da vaxtı bilindi

13:43  “Azərbaycanın futbol ənənəsi olan bütün bölgələrinə səfər edəcəyik”

13:22  “Neftçi”nin yeni transferi: “Hədəfim bacardığım qədər çoxlu qol vurmaqdı”

13:00  Amerika kubokunda 1/4 finalın cütlükləri

12:41  Millimizin futbolçusu ən yaxşılar arasında

12:20  Tunis xal itkisi ilə başladı

12:00  Emil Balayev Qazaxıstanda hamını qabaqladı

11:46  Uruqvay qrup lideri, Çili ikinci oldu

11:30  Yeni transferi “Qarabağ”la məşqlərə başladı

11:00  Azərbaycanlı referi final oyununa təyinat aldı

10:30  Dəniz Yılmazın klubundan yeni transfer

10:00  Super Liqa klubundan 2 transfer

09:30  “Sevilya”dan “Ayaks”a 15,7 milyonluq transfer

09:00  “Neftçi”nin Türkiyədə 10-cu günü - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az