(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Transferdə qış hərarəti

Transferdə qış hərarəti

Qış transferlər üçün ən uğursuz dönəm sayılır. Mövsümün ortasında adətən komanda quruculuğu ilə məşğul olmurlar. Bu vaxtlarda yaxşı oyunçular boşda olmur, heç klublar da vacib fiqurlarını satmırlar.
 
Təbii ki, istisnalar var. Mövsümün ilk yarısındakı nəticələrə görə strategiya dəyişənlər, yüksək ödənişli oyunçuları yola salanlar da olur. Və ya növbəti mövsümün komandasını qurmaq üçün hər kiçik fürsəti dəyərləndirən klublar da görürük.
 
Topaz Premyer Liqasının iştirakçıları da hazırda heyət dəyişməklə məşğuldu. Kütləvi yenilənmə yoxdu, lakin fərqli strategiyalar görürük.
 
“Qarabağ” ilk iki dövrəni lider kimi başa vura bilməyib, bu üzdən çatışmazlıq hiss etdiyi mövqeləri gücləndirir. Geri qaytarılan Reynaldonun hansı durumda olduğunu bilmirik. Yəqin ki, baş məşqçi Qurban Qurbanov hazırlıq dönəmində onun vəziyyətinə baxacaq, braziliyalı ümidi doğrultmasa, hücumçu transferi mümkündü. Başqa mövqelərdə isə ağdamlıların zəngin ehtiyatı var.
 
“Qarabağ” Riçard Almeydanı geri qaytarmaqla bəlkə də çempionluq seriyasının qırılmaması üçün böyük addım atıb. Millimizin üzvü komandanın oyun quruculuğunda yenə açar isim ola bilər. Onun dönüşü, üstəlik, “Qəbələ”dən 200 min manata birdəfəlik alınan Hacıağa Hacılının transferi orta sahədə komandanı çox gücləndirdi. Bu üzdən oynamayacağını başa düşən Coşqun Diniyev də getməyə qərar verdi. Con Delarj da özünə klub axtarsa, təəccüblənmərik.
 
Xüsusilə yerli oyunçuların alışı baxımından əsas addımı “Sabah” atıb. “Neftçi”dən ayrılan Rəşad Eyyubov, “Qəbələ”dən transfer edilən Təmkin Xəlilzadə və “Qarabağ”dan gələn Coşqun Diniyev Elşad Əhmədovu sevindirməlidi. Baş məşqçi indi yarımmüdafi xəttini qurarkən daha geniş və keyfiyyətli oyunçular seçiminə malik olacaq. Rəhbərliyin milli üzvlərinə pul xərcləməkdən çəkinməməsi də yaxşıdı, bu futbolçuları gələnilki komandanın özəyi saya bilərik.
 
“Sabah” Vitali Kvaşuku və 6 yerli oyunçunu yola salıb. Onların hamısının heyətə düşməkdə çətinlik çəkdiyini nəzərə alsaq, komandanın təmizləndiyini deyə bilərik. İndiyədək alınanlar daha yaxşılardı, seçimlərdə diqqətli olmağa davam etmək lazımdı. Xüsusilə əcnəbi alışında yüz ölçüb, bir biçmək gərəkdi. Marko Deviçdən asılılıqdan qurtulmaq üçün hücumçu gətirilməlidi və yəqin ki, klub seleksiyaçıları bu istiqamətdə çalışır.
 
Güclənməyə çalışan daha bir komanda “Keşlə”di. “Zirə”dən alınan Vüsal İsgəndərlini uğurlu transfer saymaq olar, Qazaxıstandan gələn Con Kamaranı isə qarşıdakı oyunlar göstərəcək. Emin Mehdiyevlə rəsmi müqavilə olmasa da, bu futbolçunu “Keşlə”nin üzvü saya bilərik.
 
Tərlan Əhmədov hazırda pleymeyker axtarır. O, Herve Tçami, Ebrima Sohna, Bahodir Nəsimov, Georgios Georgiadis, Elnur Cəfərov, Məmməd Quliyev və Orxan Sadıqlı ilə vidalaşıb, müqaviləsi davam edən Vaqif Cavadovu isə Antalyaya aparmayıb. İnsafən lazımsız bilinənlər həqiqətən bu aqibətə layiq idi. İndi qalır onların göndərilməsi ilə qənaət edilən büdcənin düzgün istiqamətləndirilməsi. “Bütün transferlərə mən cavabdehəm” deyən Əhmədov məsuliyyəti boynuna götürübsə, yayda da o cavab verəcək. Bu məşqçinin seleksiya işi heç vaxt uğurlu olmayıb – AZAL-da da bunu görmüşük, “Neftçi”də də. Komanda isə autsayderlər qrupundan uzaqlaşmaq üçün mütləq güclənməlidi.
 
2 Rəşadla – Eyubov və Əzizli ilə vidalaşan “Neftçi” Kvame Karikari və Slavko Braliçə də klub axtarır. Onlar gedəndən sonra heyət təmizlənəcək. Lakin yeni oyunçuların gəlişi yubanır. Xeyli öncədən alınan Mamadu Mbodj ("Jalgiris", Litva), Mamadu Kane ("Kalum", Qvineya) və Turan Vəlizadə ("Qarabağ") sirli qutrudu, Aqil Məmmədov isə "Qəbələ"dən ehtiyat qapıçı kimi gətirilib. Bakılılar yaxın günlərdə səviyyəli hücumçu alışını yekunlaşdırmasa, liderlik mövqeyini tezliklə əldən verə bilər. Əsas rəqib “Qarabağ” komplektləşdiyi bir vaxtda “Neftçi” çox ləngiyir.
 
“Qəbələ” hələlik balansı qoruyur. Anar Nəzirov Aqil Məmmədovun əvəzinə gətirilib və Dmitri Bezotosnının sadəcə, əvəzediciləri dəyişib. Düzdü, Təmkin Xəlilzadənin gedişi itkidi, əvəzində hücumdakı problemləri David Volkovi yoluna qoymalıdı. Daha 1-2 transfer komandanın avrokuboklara düşmək uğrunda mübarizəsinə kömək edə bilər.
 
“Sumqayıt” da transferlərdə yubanır. “Zirə”yə gedən Bəxtiyar Həsənalızadənin əvəzinə əks-marşrutla gələn Adil Nağıyevi saymasaq, ciddi dəyişiklik yoxdu. Rəşad Əzizli Orxan Sadıqlının yerini dolduracaq və qapıda da sabitlik davam edəcək. Vəssalam. “Sumqayıt” hücumda və yarımmüdafiədə güclənməlidi.
 
Baş məşqçi Ayxan Abbasovun işi çətindi. Yerli oyunçu almaq mümkün olmur – ya hamısının müqaviləsi var, ya da klubuyla vidalaşanlara “Sabah” daha çox pul verir. Legioner gətirmək də mümkün deyil, klubun strategiyasında bu istisna yoxdu. Sumqayıtlılar yalnız xaricdə yaşayan azərbaycanlılara ümid etməlidi. Aleksey İsayev və Əli Babayev kimi istedadlar tapılsa, Abbasov sevinəcək, əks halda, bu heyətlə autsayderə çevrilmək də mümkündü.
 
“Səbail”in ayılmaq üçün 2 həftəsi var. Edqar Paçekonun gedişi heç nəyi dəyişməyib, bu oyunçu onsuz da faydasız idi. Komandada lazımsız sayıla biləcək xeyli oyunçu hələ də qalır. Lakin müqavilələri olduğundan onları yola salmaq olmur, yeniləri isə alınmır. Elvin Yunuszadənin gəlişi ilə heç nə dəyişməyib, müdafiə xətti onsuz da normal idi.
 
Bəlkə də 3-cü pillədə olmaq klub rəhbərliyini aldadır. Amma mövsümün ikinci yarısında əmin olacaqlar ki, hazırkı heyət böyük vəzifələrin həlli üçün yetərli deyil. Yayda klubun seleksiya işi çox bərbad aparılıb.
 
“Zirə” sanki sonuncu pillə ilə barışıb. Komandanın güclənməsi istiqamətində heç bir iş görülmür. Adil Nağıyev, Vüsal İsgəndərli və Anar Nəzirov kimi aparıcı oyunçular baş məşqçi Samir Abasovun xarakteri üzündən düşərgəni tərk edib. Bəxtiyar Həsənalızadə ("Sumqayıt") və Orxan Sadıqlı ("Keşlə") yalnız sıradan transferlərdi, “qartallar”ın səviyyəli əcnəbilərə ehtiyacı var.
 
Düzdü, hazırda bu istiqamətdə iş aparılır, lakin bir neçə transferə ehtiyac olsa da, reallaşma yubanır. Bu həftə qəti addımlar atılmasa, “Zirə”ni son pillədən çıxarmaq çətin olacaq.
 
FƏRİD

 
tarix: 14-01-2019 13:37


 
Xəbər lenti
20.04.2019

14:34   Azər Əliyev “Arsenal”a qarşı 26 dəqiqə oynadı

13:24   Əzizovun komandasından daha bir qələbə

12:57   AFFA-nın araşdırması: “Füzuli” oyunçularının qəsdən uduzduğunu düşünür

12:34   Bezotosnının durumuna sabah aydınlıq gələcək

12:29   Vüqar Əsgərovun dublu “Dauqavpils”ə qələbə qazandırdı

12:14   Son oyunda turun rekordu

12:07   Bordinsiz qələbə

11:59   “Real” onu itirdi

11:32   Bəhlul Mustafazadə “Seltik”in hədəfində

11:07   Dadaşov oynadı, “Eştoril” qalib gəldi

10:15   İsrafilovsuz “Alkorkon” 4 qola üzüldü

09:11   “Traktorsazi”dən ardıcıl 2-ci məğlubiyyət

01:00   Dörd qolluq heç-heçə

00:41   Meydan sahiblərindən çətin qələbə

00:25   “Bursaspor” yenə qələbəyə həsrət qaldı

00:01   Avroliqada həftənin ən yaxşı futbolçusu bəlli oldu

19.04.2019

23:09  Ələsgərov: “Hədəfimiz qarşıdakı bütün oyunlarda qalib gəlməkdi”

21:24  “Neftçi”ni Ələsgərov sevindirdi - VİDEO

21:15  Elşad Əhmədov: “Həmin epizoda baxmaq lazımdı”

20:56  Bordin: “Qalib gəlsək də, üzüldüyüm məqamlar da var”

20:22  “Neftçi”dən inamlı qələbə

19:55  Samir Abasov: “Bu oyun bütün suallara aydınlıq gətirdi”

19:38  Bakı finalına doğru: Aleksanr Səmədov səfir seçildi

19:02  “Futbolçuya meydanda ehtiyatlı olmağı tapşıra bilmərik”

18:54  “Qəbələ” - “Zirə” matçında 3 qol - VİDEO

18:37  “Neftçi” Petrovu itirdi: 2-ci dəqiqədə

17:53  “Qəbələ” “Zirə”ni məğlub yola saldı

17:44  Mahirdən xəstəxanalıq etdiyi futbolçuya ziyarət – FOTO

17:35  Kapitanın 150-ci oyunu

17:14  “Qəbələ”də Bezotosnı şoku

17:03  ÇL-də həftənin ən yaxşı futbolçusu açıqlandı

16:41  Mədətovla Medvedevdən yubiley

16:22  “Qarabağ”dan mövsümün rekordu

16:04  Maksim Medvedev: “Bu sürprizi çox bəyəndim”

15:42  “Qarabağ”ın təxirə salınan matçının vaxtı bilindi

15:25  Premyer Liqada 26-cı turun oyun cədvəli

14:54  Birinci Divizion: Növbəti turun oyun cədvəli açıqlandı

14:26  Maksim Medvedevin 400-ü - FOTOLAR

13:55  “Valensiya”lı mövsümü erkən başa vurdu

13:05  Paytaxt klubunda ciddi itki

12:46  “Çelsi”də yeni rekordçu

12:23  “FC Baku” oyun alveri edib? – AFFA-dan gözlənilməz qərar

12:00  Avroliqada həftənin ən yaxşısı adına 4 namizəd

11:42  Qaliblər mükafatlandırıldı

11:21  Region Liqası: Yarımfinal oyunlarının vaxtı bilindi

11:01  “Qəbələ”dəki yerdəyişmə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az