(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Davit Volkovi: "Mənim üçün ən yaxşısını etdim"

Davit Volkovi: "Mənim üçün ən yaxşısını etdim"

"Özüm Gürcüstanda doğulsam da, babam ukraynalıdır. Ona görə də soyadımın kökü Volkovdur, sadəcə, Gürcüstanda soyad sonluğuna "i” əlavə olunub. Msxeta bələdiyyəsinin Saquramo kəndində boyuyub-başa çatmışam” - bunu "Report"a müsahibəsində "Qəbələ” klubunun yeni transferi Davit Volkovi deyib. 24 yaşlı hücumçu digər sualları da cavablandırıb.
 
- "Qəbələ”yə gəlişiniz necə alındı?
- "Qəbələ”nin yaxşı klub olduğunu bilirdim. Tbilisi "Dinamo”sunda çıxış etdiyim vaxt - 2015-ci ilin iyulunda komandamız Avropa Liqasının I təsnifat mərhələsində "Qəbələ” ilə qarşılaşmışdı. Həmin vaxt Qəbələyə gəlsəm də, heyətdə yer almamışdım. Amma komandada yaradılmış şərait, meydanlarla tanışam.
 
- Ancaq indi "Saburtalo”dan azad agent qismində Azərbaycan klubuna keçdiniz...
- Bəli, müqaviləmin müddəti başa çatdı və azad oyunçu kimi bura gəldi.
 
- Bəs "Saburtalo” sizə yeni müqavilə təklif etmədi?
- Təklif etdilər. Həmçinin Kutaisi "Torpedo”su və Gürcüstanın başqa komandalarından təkliflər vardı. Daha sonra "Qəbələ”dən zəng gəldi və qərara aldım ki, mənim üçün ən yaxşısı Azərbaycana getməkdir.
 
- "Qəbələ”nin məqsədlərini bilirsiniz?
- Minimum hədəf 3-cü yeri tutmaqdır. Bütün görüşlərdə qalib gəlmək və ən azı Avropa Liqasına düşmək istəyirik. Hər şeyin yaxşı olacağına ümid edirəm.
 
- "Qəbələ”də hücum xətdində ciddi rəqabət var. Buna hazırsınız?
- Düzdür, komandada çox yaxşı futbolçular, forvardlar yer alıb. Rəqabətin xeyrimə olacağını düşünürəm.
 
- Sabiq komandanız tarixində ilk dəfə Gürcüstan çempionu oldu...
- "Saburtalo”nun Gürcüstanın ən yaxşı klubu olduğunu düşünürəm. Tbilisi "Dinamo”su və Kutaisi "Torpedo”su da güclüdür.
 
- "Saburtalo”da vaxtilə Azərbaycanda çıxış etmiş futbolçu var?
- Xeyr, beləsi yoxdur.
 
- "Qəbələ”dən təklif alanda kiminləsə məsləhətləşdiniz? Məsələn, vaxtilə bu komandada çıxış etmiş Nika Kvekveskiri ilə...
- Xeyr, danışmamışam. Amma Kvekveskiri ilə "Dinamo”da komanda yoldaşı olmuşam.
 
- Gürcüstan və Azərbaycan çempionatlarının səviyyəsini müqayisə edə bilərsiniz?
- Hələ Azərbaycanda oynamamışam. Bu, baş verəndən sonra nəsə deyə bilərəm. Gürcüstanda isə oynamaq asan deyil, çempionat çox yaxşıdır.
 
- İndiyə qədər bir dəfə legioner həyatı yaşamısınız. 2017-ci ildə "Zemun” komandasının formasını geyinmisiniz...
- Serbiyada cəmi 1 oyunda çıxış etdim və 1 qol vurdum. Lakin az sonra dizimdən zədələndiyim üçün 3 ay meydana çıxa bilmədim.

 
tarix: 14-01-2019 13:52


 
Xəbər lenti
25.06.2019

10:00   Super Liqa klubundan 2 transfer

09:30   “Sevilya”dan “Ayaks”a 15,7 milyonluq transfer

09:00   “Neftçi”nin Türkiyədə 10-cu günü - VİDEO

24.06.2019

23:43  “Səbail”in “Beroe” ilə matçının başlanma saatı bəlli oldu

23:33  “Qarabağ”ın rumınlarla oyun saatı açıqlandı

21:31  Azərbaycan Premyer Liqasında son mövsümün ən yaxşı 10 qolu – VİDEO

20:45  “Milan”da ayrılıq

19:03  “Neftçi”nin Türkiyədə ikinci rəqibi müəyyənləşdi

18:43  “Səbail”in Avroliqada debüt matçının başlama saatı açıqlandı

18:09  Sənan Qurbanov: “Verdiyimiz pulu bəyənmirlər”

17:17  Türkiyə klubu seneqallı forvardla gücləndi

16:48  Baş məşqçi “sarı” aldı, tarixə düşdü

16:17  Benites Premyer Liqa klubundan getdi

15:54  “Speranta” - “Neftçi” matçının başlama saatı açıqlandı

15:12  “İnanırıq ki, növbəti mərhələyə yüksələn biz olacağıq”

14:50  Səmədov Azərbaycandan təklif alıb: “İndi bu variant haqda düşünürəm”

14:26  Super Liqa klubunda yeni hücumçu

14:00  “Real”la “Çelsi”nin əfsanələrindən 9 qolluq oyun

13:36  Şeydayevin komandası Avstriyaya yollandı

13:00  A Seriyası təmsilçisindən Kipr klubuna

12:41  Rodalleqa Super Liqa klubunda

12:15  Seneqalla Əlcəzair 3 xalı 2 qolla qazandı

12:00  Emil Balayev: “Narahat olmaq üçün hər hansı bir səbəb yoxdu”

11:45  “Zirə” çempion oldu – 1500 manatlıq mükafat

11:30  “Qarabağ”ın yaxşı komanda olduğunu bilirəm, amma onlara qalib gələ bilərik“

11:15  “Səbail”dən Albaniya klubuna - FOTO

11:00  İlkin Qırtımov “Keşlə”də!

10:45  “Qarabağ”ın rəqibinə 5 qol vurdular

10:30  “Qarabağ”da 3 illik müqavilə: “Azərbaycanın ən önəmli komandasına gəldiyimi bilirəm”

10:15  Emil Balayev oynadı, “Tobol” qalib gəldi - VİDEO

10:00  La Liqaya sonuncu vəsiqənin sahibi bəlli oldu

09:45  Bilal Həmdi “Səbail”ə keçidindən danışdı

09:30  Kolumbiya və Argentina da 1/4 finalda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az