(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Fritz Stuxlik: “Bizə kəmiyyət yox, keyfiyyət lazımdır”

Fritz Stuxlik: “Bizə kəmiyyət yox, keyfiyyət lazımdır”

AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuxlik federasiyanın saytına müsahibə verib.

Futbolinfo.az həmin müsahibəni təqdim edir: 

- Təyinatınızdan sonra görüşlən işlərlə bağlı nə deyə bilərsiz?
- Əvvəlcə müəyyən araşdırmalar aparmalı, daha sonra müəyyən dəyişikliklər etməli idim. Artıq təyinatları hakimlərə, hakim-inspektorlara və AFFA nümayəndələrinə elektron poçt vasitəsilə göndəririk. Hakim və hakim-inspektorların tədrisi üçün yerli çempionat oyunlarından hazırlanmış videomateriallardan istifadə etməklə həftəlik dərslər təşkil edirik. Həmçinin, özünüqiymətləndirmə üçün biz videotest hazırladıq və hər oyundan sonra həmin epizodları Premyer Liqa hakimlərinə və FİFA köməkçi-hakimlərə, beynəlxalq oyunlardan hazırlanmış videomaterialları isə düzgün qərar təsvirləri ilə birlikdə referilərə göndəririk. Hakim-inspektorlar raportlarını oyundan sonra bütün hakimlərə göndərirlər. Hakim və onun komandası ilə oyunu təhlil etmək üçün təkbətək fərdi görüşlər keçirdim. Hakim-inspektorlarla düzgün qiymətləndirmə də daxil olmaqla UEFA-nın müşahidə sistemini tətbiq etməklə işləyirik. Bakı Olimpiya Stadionunda hakimlərdən 3 dəfə test götürdük. Bunun davamı olaraq onlar həftədə 3 dəfə fiziki hazırlıq məşqçisinin rəhbərliyi altında məşqlər keçirlər. İşə başladığım müddətdə Premyer Liqa klublarının rəhbərləri və baş məşqçiləri ilə də görüşmək imkanım olub.

- Qış fasiləsinədək müşahidə etdiyiniz səhvlər əsasən nədən qaynaqlanır?
- Oyun qaydalarının düzgün tətbiqi ilə bağlı müəyyən axsamalarımız var. Adı oyunun protokolunda olmayan futbolçunun meydana çıxmasına da imkan verilməməlidir. Əlbəttə, “əsas səhvlər” qırmızı vərəqə və ya penalti kimi oyunun nəticəsinə təsir edəcək yanlış qərarlardır ki, burada da insan faktorunu unutmaq olmaz. Bu cür səhvlərlə hətta Avropanın ən yüksək yarışlarında da qarşılaşırıq. Sadəcə, ilk gündən bildirmişəm ki, hakimin qərarları hər zaman eyni olmalıdır. Yəni nə baş verirsə, ona hər zaman eyni reaksiyanı göstərmək lazımdır. Hər kəs bilsə ki, hakimin fitindən sonra topa zərbə endirən, oyunun bərpasını ləngidən futbolçuya sarı, hətta ikinci sarı - qırmızı vərəqə göstəriləcək, buna heç kim təəccüblənməz. 

- Ümumiyyətlə, azərbaycanlı hakimlərin əsas çatışmazlığı nələrdir?
- İlk növbədə hər kəs - komandalar, azarkeşlər və iş başında olan digər rəsmilər üçün stadionda yaxşı atmosferin yaradılması vacibdir. Əlbəttə, yerli və beynəlxalq qarşılaşmalardakı azarkeş sayını müqayisə etsək, hakimlərimizin birdən-birə 40 min azarkeş qarşısına çıxıb oyun idarə etməsi çətin olur.

- Hazırda keçirilən təlim-məşq toplanışında əsas nələrə diqqət yetirilir?
- Hər gün fiziki hazırlıq üzrə iki məşq və bir o qədər də nəzəri məşğələ keçəcəyik. Bu bizə “Oyun qaydaları”nı düzgün şəkildə hakimlərə çatdırmağa imkan verəcək. Çox şadam ki, UEFA Hakimlər Komitəsinin üzvü Kiros Vassaras da bizim hazırlıq prosesində iştirak edir.

- Toplanışda hansısa yeniliklərin tətbiqi gözlənilirmi?
- Vassarasla birgə meydanda bəzi praktiki məşqlər təşkil edəcəyik. Həmin hazırlıq prosesində iştirak etmək üçün gənclərdən ibarət komanda dəvət olunacaq. Bu məşğələdən videoçəkiliş edib, sonra təhlil aparacağıq.

- Hakimlərin toplanış zamanı oyun idarə etməmələri oyun praktikasının azlığına səbəb olmayacaq?
- Əlbəttə, çox oyun idarə etdikcə püxtələşirsən. Lakin beyninizi “təmizləmək” üçün bəzən bir neçə həftə fasilə vermək lazım gəlir. Məsələn, Avstriyada da qış fasiləsi 10-11 həftə davam edir və həmin müddətdə sanki problemlərdən azad olursan, yeni güc toplayırsan və fəaliyyətə başlayırsan. Belə deyək də, velosiped sürməyi bacarırsınızsa, bunu 6 aylıq və ya daha çox fasilədən sonra yenə bacaracaqsan.

- Premyer Liqa oyunlarına yeni hakimlər cəlb olunacaqmı?
- Payızda Premyer Liqa oyunlarına 2 referi - Səbuhi Bayramov və Alik Yunusovu cəlb etmişik. Fasilədən sonra isə 5 referi köməkçisinə təyinat verəcəyik.

- Bölgələrdə hakimlərin sayının artırılması, gənclərin bu sahəyə cəlb edilməsi üçün nə kimi planlarınız var?
- Biz onlar üçün müvafiq təhsil almaq və məşq etmək üçün şərait yaratmalıyıq. Bununla bağlı müəyyən müzakirələr aparılır. Ancaq əmin olun ki, regionlarda yeni hakim nəslinin yetişdirilməsi üçün işlər görüləcək. Dekabrda biz Bakıda hakimliyə yeni başlayanlar üçün seminar təşkil etdik və şadam ki, 12 gənc referi sınaqlardan uğurla keçdi. 

- Yeni texnologiyanın imkanlarından yararlanaraq yaxın gələcəkdə VAR, “Qol layn” sisteminin tətbiqini həyata keçirmək barədə düşünürsüzmü?
- VAR gələcəyin sistemidir. Azərbaycanda bunu tətbiq etmək üçün maraqlı olan tərəf bu texnologiyanın vacibliyi və zərurəti ilə razılaşmalı, xərcləri üzərinə götürməlidir. Artıq bu məsələnin müzakirəsinə başlamışıq və yeni sistemi tətbiq edəcəyimiz vaxtı səbirsizliklə gözləyirik. 

- Hakim-inspektorların və AFFA nümayəndələrinin seçimində komitə tərəfindən irəli sürülmüş tələblərə cavab vermək vacibdir. Bu, kadr azlığı yaratmayacaq?
- Bizə kəmiyyət yox, keyfiyyət lazımdır. Yaxşı təhsilli kiçik qrupla işləməyə üstünlük vermişik. Ehtiyac yaranarsa, onların sayını artıracağıq.

- Hakim-inspektorlar üçün seminar təşkil olunacaqmı?
- Demək olar, seminarlara başlamışıq. İlk görüşümüz dekabrın ortalarında oldu. Hakimlərin toplanışından sonrakı həftədə onlarla yenidən görüşəcəyik. Əlbəttə, hakim-inspektorların hakimlər qədər məlumata sahib olmaları vacibdir. Onu da qeyd edim ki, hər həftə hakim-inspektorlar üçün dərslər keçirilir və orda müxtəlif mövsularda müzakirələr aparılır.

- Hakimlərin qiymətləndirilməsi zamanı şişirtmələrə yol verilirdi. Bunun qarşısını necə alacaqsız?
- Premyer Liqa oyunlarını televiziya vasitəsilə izləyərək hakim-inspektorlara “nəzarət” etmək asandır. Bundan başqa, 1-ci divizionun oyunlarının bizə təqdim edilməsini PFL-lə razılaşdırmışıq. Müzakirə olunacaq və ya mübahisəli epizod aşkarlanarsa, biz onu yenidən izləməsi üçün hakim-inspektorlara göndərəcəyik. Bəzən əyləşdiyiniz tribunadan uzaq məsafədəki epizod haqda düzgün qərar çıxarmaq çətin olur. Bu proses də UEFA-da olduğu kimi tənzimlənəcək.

- Futbolçuların oyun qaydaları və dəyişikliklər barədə maariflənməsi baxımından klublarla əməkdaşlıq ediləcəkmi?
- Artıq bu cür əməkdaşlığa başlamışıq. 90 dəqiqəlik təqdimat hazırlamışıq və orada videoroliklərdən də istifadə edirik. Həmin görüntülər həm məşqçilərə, həm futbolçulara, həm oyun rəsmilərinə, həm də hakim-inspektorlara göstərilir. Oyun qaydalarındakı son dəyişikliklər barədə məlumat verilir, oyunçulara göstərilən 30-dan çox videorolikdə hakimlərlə onlar arasında yaranmış gərginlik, eləcə də onları gözləyən cəzalar diqqətlərinə çatdırılır. Artıq Premyer Liqanın 4 klubu ilə bu cür görüşlərimiz olub. Futbolçular anlayır ki, yalnız hakimlər səhv etmirlər, bəzən özləri oyun qaydalarını zəif bildiklərinə görə epizodu düzgün qiymətləndirmirlər. Yeri gəlmişkən, əvvəllər baş məşqçilər və futbolçular səhvləri ancaq hakimin idarəçiliyində axtarırdılar. Ancaq bu yanaşmanın dəyişdiyini müşahidə edirəm. Artıq özlərinin və futbolçuların səhvlərini də qeyd etməyə başlayıblar. Ümumiyyətlə, bu cür görüşləri tez-tez keçirməklə oyunçuların, məşqçilərin, rəsmilərin və hakim-inspektorların oyun qaydaları ilə bağlı biliyinin artmasına kömək edəcəyimizə ümid edirik. Onlar oyun qaydalarını nə qədər yaxşı bilsələr, hətta meydandan kənarda belə qayda pozuntusuna görə cəzalana biləcəklərinə təəccüblənməyəcəklər.


 
tarix: 15-01-2019 11:14


 
Xəbər lenti
15.09.2019

21:56   “Neftçi” “Qarabağ”a uduzur - YENİLƏNİR

21:44   “Everton” uduzdu, “Arsenal” xal itirdi

20:55   Tərlan Əhmədov: “Biz də hər matçda belə oynamalıyıq”

20:47   “Heç kimə qadağa qoya bilmərik ki, məşqə maşınsız gəl”

20:28   “Keşlə” - “Səbail” matçında 3 qol - VİDEO

19:53   “Barselona”nın futbolçusu La Liqanın tarixinə düşdü

19:34   Nazarov üçün 66 dəqiqə və 3 xal

18:50   Emil Balayevli “Tobol”a 1 qol bəs etdi - VİDEO

18:36   Neymar: “PSJ-dən ayrılmaq istədiyimi hər kəs bilirdi”

18:09   “Sevilya” Bakıya qələbə ilə gəlir - VİDEO

17:23   “Atletiko”nu dayandıran tapıldı - VİDEO

16:56   Ufuk Budakın komandası ilk qələbəsini qazandı

16:34   “Barselona” - “Valensiya” matçında 7 qol - VİDEO

16:11   Nəbiyevli “Slaviya” 3 xalı 4 qolla qazandı

15:32   “Beşiktaş”dan 4 oyuna 2-ci məğlubiyyət - VİDEO

15:11   “Qalatasaray”ın futbolçusu əməliyyat olundu – 2 ay olmayacaq

14:48   PSJ Neymarla sevindi - VİDEO

14:09   Millimizin üzvü 6 cavabsız qola sevindi

13:45   “Yuventus”dan ilk xal itkisi - VİDEO

13:26   Əliyev üçün 65 dəqiqə və 3 xal

13:03   “Real” 3 xalı 3 qolla qazandı - VİDEO

12:48   Dadaşovun komandası 4 qola üzüldü

12:33   Dili kəsilən “Sumqayıt”, dəyişməsi vacib olan “Sabah”

12:26   “Liverpul”dan ardıcıl 5-ci qələbə - VİDEO

12:04   “Beqoviç daim oynasa, milliyə dəvət şansı qazanacaq”

11:57   Tiqrucadan etiraf: “Qol epizodunda top əlimə dəymişdi”

11:47   Nəcəfov yeni məşqçi ilə bağlı danışmadı: “Bizə limit lazım deyil”

11:33   “Mançester Siti”dən gözlənilməz məğlubiyyət - VİDEO

11:12   Təbriz klubu doğma meydanda uduzdu

10:44   İspaniya Avropa çempionu oldu

10:16   “Spartak” Ayaz Quliyevin yoxluğunda məğlubiyyətlə üzləşdi

09:30   “Qarabağ”ın rəqibi səfərdən əliboş döndü

09:11   “Bu vəziyyətə özümüz düşmüşük”

01:01   “Barselona”dan asan, “Real”dan çətin qələbə

00:45   “Yuventus” xal itirdi, “İnter”lə “Napoli” qalib gəldi

00:01   Neymar PSJ-yə qələbə qazandırdı

14.09.2019

23:26  “Beşiktaş” səfərdə məğlub oldu

23:07  “Bavariya”dan heç-heçə, “Borussiya”dan darmadağın

22:46  MS “Norviç”ə uduzdu, iddialılar qalib gəldi

22:28  “Qəbələ”dən ilk qol, ilk qələbə - VİDEO

22:23  “Bəzi oyunçular istəksiz idi, amma uğursuzluğun əsas günahkarı mənəm”

22:15  Elmar Baxşıyev: “Mənim də uğurlu olacağıma zəmanət yoxdu”

21:57  “Sumqayıt” “Zirə”yə, “Sabah” “Qəbələ”yə uduzdu

21:23  “Qarabağ”ın rəqibindən ilk oyunda darmadağın

20:54  “Belə rəqiblə oyunda 2 dəfə 100 faizli imkanı qaçırırsansa, bunun acısını çəkirsən”

20:49  Samir Abasov: “Limit Azərbaycan futboluna mane olur”

20:28  “Sumqayıt” - “Zirə” matçında 3 qol - VİDEO

19:24  Rüfət Dadaşov qol vursa da, komandası uduzdu

18:39  Millimizə daha bir futbolçu cəlb olundu

18:11  Qurban Qurbanovun oğlu het-trik etdi, “Qarabağ” 7 qola sevindi

17:35  Paşayevin komandasından inamlı qələbə

17:00  Eriksen “Tottenhem”lə yeni müqavilə imzalamaqdan imtina etdi

16:00  MY-dən “Real”ın futbolçusu üçün 75 milyon avro

15:21  “Qarabağ” - “Neftçi” matçı 1 manata

14:48  “Ölkəmdəki yoxsulları düşünürəm və özümü günahkar hiss edirəm”

13:20  Valverde zədələndi

13:00  “Azərbaycan millisi nə vaxt turnirlərin son mərhələsinə vəsiqə qazanmışdı ki, mən gələndə qazanmadı?” - Yurçeviç

12:30  “Qalatasaray”ın yeni transferi erkən əvəzlənməsinin səbəbini açıqladı

11:56  “Qarabağ” qərarını niyə dəyişdi?

11:33  Alisson nə vaxt qayıdır?

11:00  “Barselona”nın futbolçusu 6 həftə oynamayacaq

10:30  Millimizin üzvü üçün 26 dəqiqə və 1 xal

10:00  Rəqibini dişləyən futbolçuya 5 oyunluq cəza

09:34  “Arsenal” hücumçusunu bir aylıq itirdi

09:00  Qriqorçuk təkzib etmədi: “Neftçi” barədə şərh vermək istəmirəm”

00:57  La Liqada tura qolsuz start

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az