(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Emin Mahmudov: “Çempionluğun taleyinə sonda aydınlıq gələcək”

Emin Mahmudov: “Çempionluğun taleyinə sonda aydınlıq gələcək”

“Neftçi”nin futbolçusu Emin Mahmudov klubun rəsmi saytına müsahibə verib.

Futbolinfo.az xəbər verir ki, əməliyyat olunandan bir müddət sonra fərdi məşqlərə başlayan yarımmüdafiəçi təlim-məşq toplanışını dəyərləndirib.

- Zədənlə bağlı vəziyyət nə yerdədir? Bərpa prosesi necə gedir?
- Zədəm əvvəldən vardı, köhnə zədə idi. Çempionatda fasilə yaranmasını gözləyirdim ki, əməliyyat olunum. İki ay zədəli halda oynadım. Çünki komandaya kömək etmək lazım idi. Ağrılara dözürdüm. Amma son oyunda hiss etdim ki, artıq dərmanlar da ağrılara dözməyimə kömək eləmir. Ona görə də qərara gəldim ki, əməliyyat olunum.

- Artıq bərpa olunursuz, fərdi məşqlər edirsiz. Hiss edirsiz ki, əvvəlki gücünüz qayıdır?
- Bəli, qaçıram, fiziki təmrinləri yerinə yetirirəm. Bəzən topla da çalışıram, amma əsas gücümü fiziki formamı qaytarmağa sərf edirəm. Ümid edirəm ki, gələn həftə komanda halında məşqlərə qoşula biləcəm.

- Təlim-məşq toplanışındakı yoxlama oyunlarında meydana çıxa biləcəksiz?
- Bunu indi deyə bilmərəm. Amma ümid edirəm ki, tam hazır olub oynaya biləcəm.

- Azərbaycan Kubokunda mübarizəni dayandırmağımız həm bizim, həm də azarkeşlərimiz üçün acınacaqlı oldu. Bu məğlubiyyəti necə izah edə bilərsiz, komanda pis oynamağa başlayıb, yoxsa bu, xüsusi bir hal idi?
- Kubok həmişə xüsusi haldır. Çünki çempionatla kuboku müqayisə etmək olmaz. Kubok oyunlarında hər şey fərqli olur. Məsələn, evdə oyunumuz alınmadı, qapımızdan iki top buraxandan sonra cavab qollarını vura, fürsətlərdən istifadə edə bilmədik. Artıq səfərdə 1:0 hesabı ilə qalib gəlsək də, bu, mərhələni keçməyimiz üçün kifayət etmədi. Kubok qazanmaq şansını itirmək çox pisdir, amma heç birimiz belə olmasını istəməzdik. Həm çempionatda, həm də kubok yarışında birinci olmaq uğrunda mübarizə aparırdıq. Təəssüf ki, alınmadı. Hər halda, bu məğlubiyyətdən dərs çıxarmalıyıq.

- Düzdür, Antalya toplanışı yenicə başlayıb. Toplanışın ilk mərhələsi isə Bakıda keçirilib. Hazırlıq necə gedir? Sizcə, komandamız qış fasiləsindən sonrakı "Qarabağ”la ilk çempionat matçına tam hazır olacaq?
- Təbii, çalışacağıq, tam hazır olaq. Yaxşı rəqiblərlə yoxlama oyunlarımız var. Gücümüzü sınayacağıq. Çempionatın ikinci hissəsi hələ qarşıdadır. Arxayınlaşmaq olmaz. "Qarabağ” da buna imkan verməyəcək. Bütün oyunlarda maksimum xal toplamağa çalışacağıq.

- "Qarabağ”la matçı "6 xallıq oyun” adlandırmaq olar?
- Biz qalib gəlsək, bizə, uduzsaq, "Qarabağ”a medal verməyəcəklər. Həmin oyunun nəticəsindən asılı olmayaraq, mübarizə davam edəcək. Sonadək vuruşmaq lazımdır. Çünki bir oyun heç nəyi həll etmir. Çempionluğun taleyinə sonda aydınlıq gələcək.


 
tarix: 15-01-2019 21:52


 
Xəbər lenti
19.09.2019

18:02   “Turan Tovuz” “Kəpəz”ə də qalib gəldi

17:41   Monçi “Qarabağ”dan danışdı: “Sevilya” üstündü, amma…”

17:07   “Qızıl top”un təqdimat mərasiminin yeri və vaxtı bilindi

16:46   Hiddinki qovdular

16:03   Benzema Anrini keçdi

15:36   “Monako” Jardimi onunla əvəz edir

15:05   Ansu Fati milli seçimini etdi

14:34   “Bavariya” və Levandovskidən rekord

14:11   10 ildən sonra... “müvəqqəti” kimi

14:00   “Qarabağ”a 0:2 hesabıyla uduzacağımızı gözləyirəm”

13:45   “Hər matç final xarakteri daşıyır”

13:30   “Sevilya”nı məğlub etmək istəyimiz olmasaydı, oyuna çıxmazdıq” – Xayme Romero

13:15   Millimiz Belarusa qarşı

13:00   “Bavariya”dan darmadağın - VİDEO

12:45   Millimiz FİFA reytinqində yerində saydı

12:30   “Atletiko” - “Yuventus” matçında 4 qol - VİDEO

12:15   “Zirə” ikinci yer üçün mübarizə aparacaq gücdədi”

12:00   ÇL-də “həftənin ən yaxşısı” adına namizədlər

11:45   “Mançester Siti” 3 xalı 3 qolla qazandı - VİDEO

11:30   Millimizin heyətində dəyişiklik edildi

11:15   PSJ - “Real” 3:0 - VİDEO

11:00   “Barselona”nın futbolçusu 2 həftəlik sıradan çıxdı

10:45   “Sabah”da yeni baş məşqçi - RƏSMİ

10:30   İsrafilov üçün 90 dəqiqə və 3 xal

10:15   “Lokomotiv” Almaniyadan 3 xalla qayıtdı - VİDEO

10:00   Liqa Kuboku ləğv olunur – Sonuncu dəfə keçiriləcək

09:40   “Qalatasaray” Belçikadan 1 xalla döndü - VİDEO

09:20   “Mançester Yunayted”də yeni müqavilə

09:00   “Tottenhem” qələbəni əldən verdi - VİDEO

08:30   “Qarabağ” “Sevilya”ya qarşı - YENİLƏNİR

01:00   PSJ “Real”ı darmadağın etdi, MS və “Bavariya” qalib gəldi

18.09.2019

22:39  Hollandiya millisinin sabiq üzvü 43 yaşında vəfat etdi

21:01  “Sevilya” Bakıda son məşqə çıxdı - VİDEO

20:35  Lion “Olimpik”i ÇL-in tarixinə düşdü

19:04  Millimizin rəqibi beynəlxalq turnirdə iştirak edəcək

18:47  Lopeteqi: “Sabah ən yaxşı heyəti meydana buraxacağıq”

18:38  “Bakıda qələbə qazanacağımıza ümid edirik”

18:12  “Napoli” – “Liverpul” matçından əvvəl döyüldülər

17:58  “Onu “Neftçi”yə uduzanda qovmadılarsa...”

17:31  Suares üçün yubiley - 4 ildi qolu unudub

17:09  Manuel Noyer millidən gedir

16:33  Miçel: “Sevilya” ilə matç mənim üçün özəldi”

16:21  Qurban Qurbanov: “Yaxşı nəticə də əldə edə bilərik”

15:50  Millimizin İsveçrə ilə matçının vaxtı bilindi

15:32  “Qarabağ”ın debütantı turun ən yaxşısı oldu

15:16  Premyer Liqada 4-cü turun rəmzi komandası - FOTO

14:54  Premyer Liqanın 5-ci turu rəqəmlərin gözü ilə

14:34  “Sevilya”nın prezidenti: “Qarabağ”a dəyər verməliyik”

14:15  Millinin baş məşqçisi istefa verdi

14:00  Lempard tarixə düşdü

13:45  “Beqoviçin “Qarabağ”a keçməsi ən yaxşı həll yolu idi”

13:30  Çempionlar Liqasında yeni rekord

13:15  “Liverpul” 25 ildən sonra...

13:00  “Qarabağ” “Sevilya”ya qol vuracaq” - ispanların proqnozu

12:45  Birinci Divizionda da hakim təyinatları açıqlandı

12:30  “Zirə” – “Qarabağ” matçı Cabbarova tapşırıldı

12:15  Danışılmış oyunlarla bağlı seminar keçirildi

12:00  Məşhur İspaniya nəşri: “Ağdam Qafqazın Xirosimasıdı”

11:40  Millimizin üzvü üçün 14 dəqiqə və 1 xal

11:20  Mahir Emrelinin mənzilini qarət edən şəxslər saxlanıldı

11:00  “Çelsi” “Valensiya”ya evdə uduzdu - VİDEO

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az