(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Rüfət Dadaşov ən yaxşı "onluq"da

Rüfət Dadaşov ən yaxşı "onluq"da

Almaniya mətbuatı III Bundesliqanın ən yaxşı yay transferlərini seçib. Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov da siyahıya düşə bilib.
 
Həmkarlarımız ümumilikdə 10 futbolçu müəyyənləşdiriblər. Yerli KİV-in Rüfətlə bağlı düşüncələri bunlardı: "Adriano Qrimaldi yayda "Proyssen"i tərk edərək Münhenə köçdü. Lakin artıq ordan da ayrılmaq istəyir. Münster təmsilçisi isə bu boşluğu Berlində əla performansla diqqət çəkən Rüfət Dadaşovla doldurdu. Dadaşov III liqada hələ tam performansını ortaya qoymayıb. Buna baxmayaraq, 17 oyunda 7 qol vurub, bir neçə matçda komandasını arxasınca aparıb. "Proyssen"in məşqçilər korpusu dekabrda nəyi gördü? Dadaşovun zədələnməsindən sonra onu əvəz edən Adlertragerin heç nə ilə yadda qalmadığını və Rüfətin əsas qol ümidi olduğunu".
 
Qeyd edək ki, "Proyssen" 20 turdan sonra 29 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

 
tarix: 16-01-2019 12:44


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az