(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Rumınlarla 6-cı sınaq

Rumınlarla 6-cı sınaq

Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” bu gün Bakı vaxtı ilə saat 17:00-da ilk yoxlama oyununu keçirəcək. Yanvarın 15-də baş tutmalı olan Qazaxıstanın “Taraz” klubu ilə görüş əlverişsiz hava şəraiti üzündən ləğv edildiyi üçün “Voluntari” ilə qarşılaşma ilk xarakteri daşıyacaq.
 
Bu gün oynanılacaq görüş rəqiblər arasında 2-ci matç olacaq. Belə ki, 1 il əvvəl – 2018-ci il yanvarın 27-də də "qartallar" “Voluntari”ni sınağa çəkib. Həmin vaxt Bakıətrafı qəsəbə klubu 2 cavabsız qolla qələbə qazanıb. Rəqib qapısına Elşən Abdullayevlə Vüsal İsgəndərli yol tapıb.
 
Bu matç “Zirə”nin Rumıniya klubları ilə ümumilikdə 6-cı, yoxlama oyunlarında 4-cü sınağı olacaq. İndiyədək “Zirə” bu ölkədən olan komandalarla 2 avrokubok və 3 hazırlıq matçı keçirib.
 
2017/18 mövsümündə UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Astra” ilə görüşən klub bu iki rəsmi qarşılaşmadan sonra mübarizəni dayandırıb – 1:3, 0:0. Rumıniyalılarla səfərdəki ilk görüşdə "Zirə"dən Rəşad Sadiqov fərqlənib.
 
Rumıniyalılarla ilk yoxlama görüşü isə 2016-cı il yanvarın 22-də baş tutub. “Zirə” “Tırqu Mureş”i 1:0 hesabı ilə məğlub edib. Yeganə qola Luis Alberto Dies (Tato) imza atıb.
 
2017-ci il iyunun 20-də isə rəqib “Vitorul” olub. Bu dəfə 1 qol “Zirə”yə kifayət etməyib. Orxan Əliyevin qol vurduğu matçda rumıniyalılar 2:1 hesabı ilə qalib gəlib.
 
Xatırladaq, “Voluntari” ilə matç “Zirə”nin ümumilikdə Türkiyədəki toplanışlar çərçivəsindəki 20-ci yoxlama oyunu olacaq. Azərbaycan təmsilçisi “İnter”lə (indiki “Keşlə”) matçı saymasaq, 18 beynəlxalaq yoxlama görüşündə 7 qələbə qazanan “qartallar” eyni sayda məğlubiyyət alıb və 4 heç-heçə edib. 23 qol vuran zirəlilər 18 top buraxıb.

 
tarix: 18-01-2019 12:57


 
Xəbər lenti
17.02.2019

01:41   “Barselona” və “Atletiko”ya 1 qol bəs etdi

01:30   “Milan” “Atalanta”ya səfərdə qalib gəldi

01:14   Meydan sahibləri üçün növbəti uğurlu gün

00:55   “Mançester Siti” darmadağınla 1/4 finalda

16.02.2019

23:53  “Leyptsiq”dən səfərdə inamlı qələbə

23:45  “Fənərbaxça” evdə xal itirdi

21:23  “Neftçi”nin futbolçusu “Qəbələ”yə azarkeşlik edəcək

21:22  “Neftçi”də ciddi itki

20:57  Stuxlikin uduzdurduğu “Sumqayıt”

20:48  “Neftçi” belə xal itirdi - VİDEO

20:24  Abbasovun istefa qərarı son anda dəyişdi

20:14  “Onu özüm gətirmişəm, zəif olduğun deyə bilmərəm”

20:02  Roberto Bordin: “2 xal itirdik”

19:48  “Qarabağ”dan yeni endirim

19:23  “Neftçi” Zirədə büdrədi

18:43  “Sumqayıt”dan daha bir transfer - RƏSMİ

18:25  “Keşlə”nin “Sumqayıt” üzərində qələbəsi - VİDEO

17:30  Ayxan Abbasov: “Azarkeşlərə cavab vermək çətindi”

17:18  “Kiminsə bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz”

16:47  “Sumqayıt” “Keşlə”yə məğlub oldu

16:07  “Keşlə” - “Sumqayıt” matçının baş hakimi fasilədə əvəzləndi

15:01  Naninin yeni klubu məlum oldu

13:20  “Səbail”də nigeriyalı forvard - RƏSMİ

13:03  “Neftçi” yeni transferini sifariş etdi

12:42  Premyer Liqa klubunda iki yeni müqavilə

11:07  Kamran Quliyev – “like”?

11:00  “Qarabağ” yenə Miçelsiz hazırlaşır

10:32  Əliyev İspaniya klubu ilə heç-heçəni kənardan izlədi

10:00  Dəniz Yılmaz oynadı, komandası qalib gəldi

09:32  “Traktorsazi”yə 1 qol bəs etdi

09:17  Ziya Əzizovsuz məhsuldar heç-heçə

09:00  Limitlə uyğun gəlməyən legioner bolluğu

02:23  İlk 1/4 finalçı bəlli oldu

02:04  Meydan sahiblərinin günü

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az