(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Antalya gündəliyi: klublarımızı necə “görürük”?

Antalya gündəliyi: klublarımızı necə “görürük”?

Topaz Premyer Liqasının bütün iştirakçı klubları Antalyaya, təlim-məşq toplanışına yollanıb. Artıq neçə gündü ölkədən köçmüş komandalarımızın hazırlıqları azarkeşlərə, eləcə də mediaya maraqlıdı.

Klublarımızın mətbuat xidmətləri bu yöndə hansı işləri görürlər? Toplanışlar kifayət qədər işıqlandırılırmı?

Komandalarımızın keçirdiyi yoxlama görüşlərinin Peşəkar Futbol Liqası tərəfindən canlı yayımlanması, əslində, hər şeydən xəbər verir. Digər ölkələrin komandalarına nəzər salsaq, onların matçları canlı yayımda verməsinə şahid olarıq. Hətta qarşılaşmalardan saatlar öncə canlı yayımla bağlı paylaşımlar da edilir. Bizdə bunu PFL edə bilirsə, klublar niyə analoji addımı atmır? Azarkeş marağı önəmli deyil, yoxsa?..

Başlayaq son çempion “Qarabağ”dan. Klubun sosial şəbəkə hesabları standart şəkildə işini davam etdirir, fotolar və gündəlik xəbərlər yer alır. Feysbuk və “İnstagram” hesabında komandanın keçirdiyi matçların hesabları, fotolar və qarşılaşmalardan sonra baş məşqçinin açıqlamasına yer verilir.

“Uypeşt”lə keçirilən matç da PFL-in “Youtube” səhifəsindəki canlı yayımdan link olaraq saytda paylaşılmışdı. Amma bu işi “Qarabağ” özü həyata keçirməli idi. Üstəlik, futbolçulardan heç bir müsahibə və ya açıqlama saytda yer almır. Məsələn, komandaya qoşulan, azarkeşlərin sevimlisi Reynaldo və Almeyda ilə müsahibələr hamı üçün maraqlı olardı. Video şəklində edilən müsahibələr xüsusi diqqət çəkərdi.

“Qəbələ” də bu mövzuda ötən illərlə müqayisədə zəif görünür. Məsələn, bundan öncəki toplanışlardan xüsusi videolar hazırlayan klub saytı standart xəbər, fotolar və açıqlamalarla toplanışı işıqlandırır. Əvvəlki illərdəki kimi futbolçularla özəl müsahibələr və ya toplanışdan xüsusi görüntülər azdı.

“Neftçi” Antalyaya ən son yollananlardan olsa da, hələ ki, mətbuat baxımından ən çox iş görən klublardandı. Məşqlərdən canlı yayımlar, müsahibələr xüsusi vurğulanası məqamdı. Yoldaşlıq görüşü olmadığından hələ ki, matçın canlı yayımda verilməsi baxımından nəsə demək çətindi. Lakin digər məqamlarda bütün klublarımızı üstələyirlər.

Premyer Liqada ilk ilini keçirən “Sabah”ın rəsmi saytı olmasa da, feysbuk vasitəsilə bir çox şeyi diqqətə çatdırmaq istəyirlər. Futbolçuların açıqlaması, baş məşqçinin videomüsahibəsi, fotolar, xəbərlərin verilməsi təqdirəlayiq haldır. Digər “stajlı” klublarımızla müqayisədə, debütant bu mövzuda diqqət çəkməyi bacarır. Yalnız rəsmi saytının olmaması mənfi tərəfə yazılası amildi.

“Səbail”in rəsmi saytının olmaması da mənfi məqamdı. Artıq iki ildir Premyer Liqada mübarizə aparan komanda bütün məlumatları sadəcə, feysbuk üzərindən paylaşır. Etiraf etmək lazımdı ki, sosial şəbəkələr üzərindəki işləri heç də zəif deyil. Digər klublarımızda olduğu kimi canlı yayımla bağlı problemi çıxsaq, açıqlama, xəbər və fotolar tez-tez medianın diqqətinə çatdırılır.

“Zirə” də media mövzusunda ən çox tənqid olunacaq klublarımız siyahısındadı. Yalnız feysbuk və “İnstagram” hesablarında xəbərlər və fotolar paylaşan komanda rəsmi sayt vasitəsilə xüsusi heç bir şey edə bilmir.  Canlı yayımın olmaması zirəlilərin də problemidi. Bundan əlavə, heç bir açıqlama və müsahibələrin olmaması xüsusi vurğulanası məqamdı.

“Sumqayıt” rəsmi saytı vasitəsilə ən yaxşı işləyən klub kimi qeyd edilməlidi. Məşqlərdən fotolar və xəbərlərlə yanaşı, videoların yer alması da xüsusi məqamdı. Lakin digər komandalarımız kimi “gənclik şəhəri” təmsilçisinin də saytında müsahibələr və açıqlamalara yer verilmir.

“Keşlə”yə gəlincə, bu klubun saytı bir müddət öncəyədək inter.az kimi fəaliyyət göstərirdi. Saytın dəyişilməməsi müzakirə mövzusudu. Antalya toplanışının işıqlandırılması isə standart şəkildə həyata keçirilir. Sadəcə, məşqlərdən fotolar, xəbərlər və videolar mediaya çatdırılır.

Bu məsələlərdə bütün günahı təkcə mətbuat xidmətlərinin üzərinə atmaq olmaz. Yalnız bir nəfərdən ibarət media departamentləri olan klublarımızın daha çox iş görməsini klub rəhbərliyi də istəməli, şərait yaratmalıdı. Məsələn, “Sabah”, “Keşlə“, “Sumqayıt” kimi klublarımız elə bir nəfərlə təmsil olunurlar. “Qarabağ” da köklü klub olmasına baxmayaraq, bu mövzuda çox geri qalır.  Elə “Qəbələ”nin də media departamentində, ötən ildən fərqli olaraq, bir nəfər çalışır.

CAVAD


 
tarix: 18-01-2019 15:24


 
Xəbər lenti
17.02.2019

01:41   “Barselona” və “Atletiko”ya 1 qol bəs etdi

01:30   “Milan” “Atalanta”ya səfərdə qalib gəldi

01:14   Meydan sahibləri üçün növbəti uğurlu gün

00:55   “Mançester Siti” darmadağınla 1/4 finalda

16.02.2019

23:53  “Leyptsiq”dən səfərdə inamlı qələbə

23:45  “Fənərbaxça” evdə xal itirdi

21:23  “Neftçi”nin futbolçusu “Qəbələ”yə azarkeşlik edəcək

21:22  “Neftçi”də ciddi itki

20:57  Stuxlikin uduzdurduğu “Sumqayıt”

20:48  “Neftçi” belə xal itirdi - VİDEO

20:24  Abbasovun istefa qərarı son anda dəyişdi

20:14  “Onu özüm gətirmişəm, zəif olduğun deyə bilmərəm”

20:02  Roberto Bordin: “2 xal itirdik”

19:48  “Qarabağ”dan yeni endirim

19:23  “Neftçi” Zirədə büdrədi

18:43  “Sumqayıt”dan daha bir transfer - RƏSMİ

18:25  “Keşlə”nin “Sumqayıt” üzərində qələbəsi - VİDEO

17:30  Ayxan Abbasov: “Azarkeşlərə cavab vermək çətindi”

17:18  “Kiminsə bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz”

16:47  “Sumqayıt” “Keşlə”yə məğlub oldu

16:07  “Keşlə” - “Sumqayıt” matçının baş hakimi fasilədə əvəzləndi

15:01  Naninin yeni klubu məlum oldu

13:20  “Səbail”də nigeriyalı forvard - RƏSMİ

13:03  “Neftçi” yeni transferini sifariş etdi

12:42  Premyer Liqa klubunda iki yeni müqavilə

11:07  Kamran Quliyev – “like”?

11:00  “Qarabağ” yenə Miçelsiz hazırlaşır

10:32  Əliyev İspaniya klubu ilə heç-heçəni kənardan izlədi

10:00  Dəniz Yılmaz oynadı, komandası qalib gəldi

09:32  “Traktorsazi”yə 1 qol bəs etdi

09:17  Ziya Əzizovsuz məhsuldar heç-heçə

09:00  Limitlə uyğun gəlməyən legioner bolluğu

02:23  İlk 1/4 finalçı bəlli oldu

02:04  Meydan sahiblərinin günü

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az