(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Rəhman Hacıyev: “İstədiyimizi tam şəkildə yerinə yetirə bilmirik”

Rəhman Hacıyev: “İstədiyimizi tam şəkildə yerinə yetirə bilmirik”

“Neftçi”nin futbolçusu Rəhman Hacıyev Antalyada Rumıniyanın “Qaz Metan” klubuna qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri oyundan sonra klubun rəsmi saytına açıqlama verib. İlk qolun müəllifi bunları bildirib:

“Yaxşı oyun oldu. Düzdü, çatışmazlıqlar da var. Bu, olmalıdı. Çünki təlim-məşq toplanışındayıq, yorğunluq var. Buna görə də istədiyimizi tam şəkildə yerinə yetirə bilmirik. Amma hələ vaxtımız var. Çempionat oyununadək tam hazır olmağa, məşqçinin verdiyi tapşırıqları yerinə yetirməyə çalışırıq. Qol vurmağıma gəlincə, buna görə çox şadam. Amma əsas qol vurmaq deyil, komandaya mümkün qədər çox xeyir verməkdi. Qələbə münasibətilə komanda yoldaşlarımı və məşqçilərimizi təbrik edirəm”.


 
tarix: 18-01-2019 22:00


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az