(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Qurbanov: “Futbolçulara bir az çətin tapşırıq vermişdik”

Qurbanov: “Futbolçulara bir az çətin tapşırıq vermişdik”

“Qəbələ” mövsümün ikinci yarısına hazırlıq məqsədilə təşkil olunan Antalya toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib. 

Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanov Rusiyanın “Yenisey” klubu ilə matç (2:2) barədə fikirlərini klub saytına açıqlayıb: 

“Ciddi rəqibə qarşı oynayırdıq. Rusiya Premyer Liqasında çıxış edən rəqib çox yaxşı komandadır. Bilirdik ki, belə rəqibə qarşı səhvsiz oynamalıyıq. Futbolçulara bir az çətin tapşırıq vermişdik. Ön xətdə pressinq tətbiq etməklə topu rəqibdən almaq istəyirdik. Birinci hissədə tam yaxşı alındı. Belə pressinq də güc itkisidir. Sevindirici haldır ki, futbolçular tapşırığı yerinə yetirdilər. Səhvlərimiz var. Belə yoxlama oyunlarında bunun görünməsi yaxşıdır. Onları aradan qaldırmağa çalışacağıq. Ümumilikdə komanda yaxşı oynadı. Həm hücumda, həm də müdafiədə komandadan razı qaldım”.


 
tarix: 20-01-2019 21:02


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az