(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Dünya reytinqində 20 pillə gerilədik

Dünya reytinqində 20 pillə gerilədik

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən yaxşı liqalarının siyahısını açıqlayıb. Matç.az xəbər verir ki, 2018-ci ilin yekunlarına əsasən tərtib olunan cədvəldə planetin ən yaxşı 80 çempionatı yer alıb.
 
Siyahıda Azərbaycan çempionatı da var. Topaz Premyer Liqası ötən ilin nəticələrinə görə dünyada 70-cidi. Çempionatımızın əmsalı 306 xala bərabərdi.
 
Bir il öncə - 2017-ci ilin yekunlarında dünyanın 50-cisi olan Premyer Liqamız bu müddətdə 20 pillə geriləyib. Son bir ildə ABŞ, Çili, İrlandiya, Latviya, Qvatemala, Estoniya, Kosta-Rika, Tailand, Macarıstan, BƏƏ, Anqola, Gürcüstan, Peru, Litva, Venesuela, Əlcəzair, Slovakiya, Qətər, Zambiya və Konqo çempionatları Premyer Liqamızı keçib.
 
Qeyd edək ki, siyahıya İspaniya La Liqası başçılıq edir – 1256 xal. İngiltərə 1050 xalla 2-ci, Braziliya 1043 xalla 3-cüdü. İlk “onluq”da Kolumbiya (1028), İtaliya (998), Argentina (902), Fransa (895), Almaniya (834,5), Şotlandiya (720,5) və Portuqaliya (714,5) çempionatları da yer alıb. Qonşu Türkiyə 6 pillə geriləyərək 570,5 xalla 20-ci sırada qərarlaşıb.

 
tarix: 21-01-2019 10:21


 
Xəbər lenti
17.06.2019

11:00   Seneqal yığması Nigeriya üzərində qələbəyə sevindi

10:32   Larsson yenidən baş məşqçi təyin olundu

10:00   Super Liqa klubunda baş məşqçi istefası

09:30   La Liqaya son vəsiqə üçün son 2 namizəd

09:00   Turalla Vüqar oynadı, “Dauqavpils”...

01:00   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

16.06.2019

23:18  “Neftçi”nin Türkiyədəki 2-ci günü - VİDEO

23:06  “Qəbələ” Polşada 9-cu oldu

22:49  “Səbail”in Bolqarıstandakı bütün rəqibləri məlum oldu

19:37  Premyer Liqada hamı bu topun arxasınca qaçacaq - FOTO

18:57  Argentina yığması 40 il idi bu aqibəti yaşamırdı

17:27  “Yuventus”un yeni baş məşqçisi rəsmən açıqlandı

16:07  “Neftçi”dən yeni transferi ilə 2 illik müqavilə

15:34  Monroz “Neftçi”də - VİDEO

15:16  Dünya çempionatının ən yaxşıları açıqlandı

13:39  “Neftçi”nin daha bir rəqibi müəyyənləşdi

12:24  Qurban Qurbanov: “Bizə son variant kimi baxırlar”

11:50  Argentina məğlubiyyətlə başladı

11:44  AFFA dövlətlə azarkeş (xalq) arasında uçurum yaradıb

11:01  “Zirə” Bolunu seçdi

10:45  Tovuz və Gəncə azarkeşləri də Elxan Məmmədovun yalanlarından bezib

10:30  Serb hücumçu Bundesliqa klubunda

09:31  Super Liqa klubunda bir transfer, iki ayrılıq

00:24  Emil Balayev oynadı, “Tobol” qalib gəldi - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az