(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
“Onların dəstəyi bizim üçün çox önəmlidir”

“Onların dəstəyi bizim üçün çox önəmlidir”

“Neftçi”nin futbolçusu Namiq Ələsgərov klubun rəsmi saytına müsahibə verib.

Futbolinfo.az xəbər verir ki, Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışını dəyərləndirən 24 yaşlı yarımmüdafiəçi azarkeşlərə səslənib.

- "Neftçi”nin Antalya toplanışı necə davam edir: Əsas diqqət nəyə yetirilib və məşqlər hansı rejimdə keçirilir?
- Toplanışın böyük hissəsi geridə qalıb. Hər şey plan üzrə gedir. Gündə iki dəfə məşqə çıxırıq. Həm fiziki, həm də taktiki-texniki planda çalışırıq.

- Yoxlama oyunu demişkən, ilk görüşdə Rumıniyanın "Qaz Metan” klubunu məğlub etdiniz...
- Oyundan yaxşı məşq yoxdur. Sınaq matçı olsa belə. "Qaz Metan”a qarşı yaxşı komanda oyunu göstərdik. Yoxlama görüşlərində nəticə önəmli olmasa da, qalib gəlmək həmişə xoşdur. İki gündən sonra daha güclü komanda – Çexiya "Slovan”ı ilə qarşılaşacağıq.

- Sizcə, komanda çempionatın ikinci hissəsi başlayanadək tam hazır olacaq?
- Toplanışın sonuna bir neçə gün qalıb. Baş məşqçi məşqlərin və yoxlama oyunlarının hesabına ilin ilk oyununadək bizi tam hazırlamağa çalışır. Biz futbolçular da əlimizdən gələni edirik ki, çempionatın ikinci hissəsinə həm fiziki, həm də psixoloji baxımdan hazır olaq. Qarşıda iki yoxlama görüşümüz var. Hesab edirəm ki, həmin oyunlardan sonra tam hazır olacağıq.

- Azarkeşlər çempionatın ikinci hissəsinin startını səbirsizliklə gözləyirlər. Onlara nə çatdırmaq istərdin?
- Türkiyədə olsaq da, bundan xəbərdarıq. Çempionatın lideri olmağımızda azarkeşlərimizin əməyi böyükdür. Ümid edirəm ki, onlar çempionatın ikinci hissəsində də bizə dəstək verəcəklər. Qarşıda bizi çox çətin yol gözləyir. Onların dəstəyi bizim üçün çox önəmlidir. "Uypeşt”lə oyunda zədələnəndə azarkeşlərimizin məni necə dəstəklədikləri yaxşı yadımdadır. Buna görə də azarkeşlərin dəstəyi hər bir futbolçu üçün çox vacibdir.


 
tarix: 21-01-2019 18:01


 
Xəbər lenti
19.09.2019

13:00   “Bavariya”dan darmadağın - VİDEO

12:45   Millimiz FİFA reytinqində yerində saydı

12:30   “Atletiko” - “Yuventus” matçında 4 qol - VİDEO

12:15   “Zirə” ikinci yer üçün mübarizə aparacaq gücdədi”

12:00   ÇL-də “həftənin ən yaxşısı” adına namizədlər

11:45   “Mançester Siti” 3 xalı 3 qolla qazandı - VİDEO

11:30   Millimizin heyətində dəyişiklik edildi

11:15   PSJ - “Real” 3:0 - VİDEO

11:00   “Barselona”nın futbolçusu 2 həftəlik sıradan çıxdı

10:45   “Sabah”da yeni baş məşqçi - RƏSMİ

10:30   İsrafilov üçün 90 dəqiqə və 3 xal

10:15   “Lokomotiv” Almaniyadan 3 xalla qayıtdı - VİDEO

10:00   Liqa Kuboku ləğv olunur – Sonuncu dəfə keçiriləcək

09:40   “Qalatasaray” Belçikadan 1 xalla döndü - VİDEO

09:20   “Mançester Yunayted”də yeni müqavilə

09:00   “Tottenhem” qələbəni əldən verdi - VİDEO

08:30   “Qarabağ” “Sevilya”ya qarşı - YENİLƏNİR

01:00   PSJ “Real”ı darmadağın etdi, MS və “Bavariya” qalib gəldi

18.09.2019

22:39  Hollandiya millisinin sabiq üzvü 43 yaşında vəfat etdi

21:01  “Sevilya” Bakıda son məşqə çıxdı - VİDEO

20:35  Lion “Olimpik”i ÇL-in tarixinə düşdü

19:04  Millimizin rəqibi beynəlxalq turnirdə iştirak edəcək

18:47  Lopeteqi: “Sabah ən yaxşı heyəti meydana buraxacağıq”

18:38  “Bakıda qələbə qazanacağımıza ümid edirik”

18:12  “Napoli” – “Liverpul” matçından əvvəl döyüldülər

17:58  “Onu “Neftçi”yə uduzanda qovmadılarsa...”

17:31  Suares üçün yubiley - 4 ildi qolu unudub

17:09  Manuel Noyer millidən gedir

16:33  Miçel: “Sevilya” ilə matç mənim üçün özəldi”

16:21  Qurban Qurbanov: “Yaxşı nəticə də əldə edə bilərik”

15:50  Millimizin İsveçrə ilə matçının vaxtı bilindi

15:32  “Qarabağ”ın debütantı turun ən yaxşısı oldu

15:16  Premyer Liqada 4-cü turun rəmzi komandası - FOTO

14:54  Premyer Liqanın 5-ci turu rəqəmlərin gözü ilə

14:34  “Sevilya”nın prezidenti: “Qarabağ”a dəyər verməliyik”

14:15  Millinin baş məşqçisi istefa verdi

14:00  Lempard tarixə düşdü

13:45  “Beqoviçin “Qarabağ”a keçməsi ən yaxşı həll yolu idi”

13:30  Çempionlar Liqasında yeni rekord

13:15  “Liverpul” 25 ildən sonra...

13:00  “Qarabağ” “Sevilya”ya qol vuracaq” - ispanların proqnozu

12:45  Birinci Divizionda da hakim təyinatları açıqlandı

12:30  “Zirə” – “Qarabağ” matçı Cabbarova tapşırıldı

12:15  Danışılmış oyunlarla bağlı seminar keçirildi

12:00  Məşhur İspaniya nəşri: “Ağdam Qafqazın Xirosimasıdı”

11:40  Millimizin üzvü üçün 14 dəqiqə və 1 xal

11:20  Mahir Emrelinin mənzilini qarət edən şəxslər saxlanıldı

11:00  “Çelsi” “Valensiya”ya evdə uduzdu - VİDEO

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az