(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
PFL “CBC Sport”u “qış yuxusu”ndan oyatdı

PFL “CBC Sport”u “qış yuxusu”ndan oyatdı

Azərbaycan Premyer Liqasının iştirakçıları hamımılıqla Antalyada hazırlıq keçir. Klublarımız Türkiyənin kurort bölgəsində təkcə məşq etməklə kifayətlənmir, yoxlama görüşlərində də qüvvələrini sınayırlar.
 
Suvorovun məşhur "təlimdə nə qədər çətin olsa, döyüşdə o qədər asan olar” sözləri məhz belə bir məqamda yada düşür. Təlim-məşq toplanışı çərçivəsində keçirilən oyunlarda zəif rəqiblərlə qarşılaşan klublarımız həm  özlərini, həm də azarkeşləri aldatmış olurlar. Hər kəsin yadındadı ki, ötən yay "Neftçi” Türkiyədə keçirdiyi yoxlama oyunlarında zəif rəqiblərlə qarşılaşdı və bütün oyunlarda inamlı qələbə qazandı. Amma Avropa Liqasının elə ilkin təsnifat mərhələsindəcə "Uypeşt” "Neftçi”nin daşını-daş üstə qoymadı.
 
Güclü rəqiblərlə qarşılaşmalar heyətdəki nöqsanları, zəif nöqtələri üzə çıxarmağa imkan verir. Zəiflərlə görüşlərdə isə bu, hiss olunmur və beləcə futbolçularda arxayınlıq yaranır. Bu eyforiyadan ayılanda isə gec olur. Yoxlama görüşlərinin gözdən-könüldən uzaq keçirilməsi, canlı yayımlanmaması da bu mənada klubların işinə yarayır. Onlar həm öz səhvlərini, həm də rəqiblərin səviyyəsini azarkeşlərdən və idman mətbuatından gizlətməyi bacarırlar.
 
Bu mənada Peşəkar Futbol Liqası qış fasiləsində sürpriz etməklə həm diqqətləri üzərinə topladı, həm də bəzi planları pozmuş oldu. Belə ki, Antalyaya geniş heyətlə olanan PFL bizim klubların iştirakı ilə keçirilən yoxlama görüşlərini canlı yayımlamağa başladı. Görüşlər PFL-in rəsmi yutub kanalı vasitəsiylə azarkeşlərə təqdim olunur. Yüksək keyfiyyətli görüntü izləyicilər tərəfindən böyük bəyəni toplayıb və maraqla qarşılanıb.
 
Artıq "Neftçi” – "Qaz Metan”, "Qarabağ” – "Uypeşt”, "Sabah” – MTK, "Səbail” – "Aqvital” görüşləri canlı yayımla azarkeşlərə təqdim edilib. Siyahının daha da genişlənməsi nəzərdə tutulur. Klublarımızın iştirakı ilə keçirilən digər görüşlər də internet vasitəsiylə futbolsevərlərə təqdim olunacaq.
 
Belə yerdə hər kəsi bir sual düşündürür: Premyer Liqanın yayımçısı, Azərbaycan futbolunun təbliği üçün yaradılan "CBC Sport” hardadı, daha böyük texniki imkanlara sahib olan telekanal nə üçün klublarımızın iştirakıyla keçirilən yoxlama oyunlarını canlı yayımlamır?
 
İndiyə qədər dərin "qış yuxusu”nda olan "CBC Sport” ayılmağa başlayıb. Görünür, PFL-in fəallığı onları da hərəkətə keçirib. Antalyadakı təlim-məşq toplanışlarının sona yaxınlaşdığı ərəfədə "CBC Sport” da öz əməkdaşlarını Türkiyəyə ezam edib və yaxın günlərdə bəzi yoxlama oyunlarının ekrana gətirilməsi planlaşdırılır.
 
Necə deyərlər, buna da şükür! (sport7.az)

 
tarix: 21-01-2019 18:07


 
Xəbər lenti
22.09.2019

00:57   “Barselona”dan 5 oyuna 2-ci məğlubiyyət, “Atletiko”dan xal itkisi

00:44   “Yuventus”dan çətin qələbə, derbidə “İnter” sevindi

21.09.2019

23:59  “Monako” yenə qələbəyə həsrət qaldı

23:35  “Fənərbaxça”dan əzmkar qələbə

23:12  “Bavariya”dan darmadağın

22:54  “Mançester Siti” 3 xalı 8 cavabsız qolla qazandı

22:28  “Səbail” - “Qəbələ” 1:1 - VİDEO

22:22  “Qarşımıza heç ikinci yer hədəfi də qoyulmayıb”

22:14  Elmar Baxşıyev: “Heç kimdən çəkinmirik”

21:37  “Sabah” “Sumqayıt”a uduzdu, “Səbail”lə “Qəbələ”dən heç-heçə

20:55  “Sumqayıt” “Sabah”ı tək qolla yendi - VİDEO

19:56  Ayxan Abbasov: “Bu gün tam başqa yerdə olmalıydıq”

19:48  “Sabah”ın hücum xəttində çatışmazlıq var”

19:03  Novruzovun komandası 3 xalı tək qolla qazandı

18:25  Rüfət Dadaşov üçün 83 dəqiqə və 1 xal

16:49  Külək - millimizin ardıcıl məğlubiyyətlərinin günahkarı

15:15  “Neftçi”nin oyununun biletləri satışa çıxarıldı

15:13  Millimiz Belarusa yenə məğlub oldu

15:02  “Barselona”dan daha bir ilk

14:47  Monçi: “Qarabağ”la oyun asan keçmədi”

13:33  Ekşteynin problemi: “Qol vura bilmirik”

13:19  Avroliqa: Azərbaycanın ən yaxşısı Pavel Paşayevdi

12:39  UEFA millimizin rəqibinin hücumçusunu cəzalandırdı

11:41  UEFA “Qarabağ”ı yenə cərimələdi

11:09  Azərbaycanlı futbolçu rəmzi komandada

10:40  “Səbail”lə “Qəbələ”nin 11-ci dueli

10:11  Dadaşov oynadı, komandası ilk qələbəsini qazandı

09:37  Millimizin üzvü üçün 7 dəqiqə və 3 xal

09:00  “Dürüst olsam, bunu gözləmirdim” - Yevgeni Koçuk

01:06  La Liqada tur heç-heçə ilə başladı

00:56  “Sauthempton” “Bornmut”a doğma meydanda uduzdu

00:45  3 xalı 3 qolla qazandılar

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az