(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Vaqif Sadıqov Elxan Məmmədova qarşı

Vaqif Sadıqov Elxan Məmmədova qarşı

Yanvar bitir, Avro-2020-nin seçmə mərhələsi qaspıdadı, amma milli komandamızın yeni baş məşqçisi hələ də bəlli deyil. AFFA çox gecikib və buna görə kimsə cavab verməlidi. Namizədlərin müəyyənləşdirilməsinin tapşırıldığı katiblik hər hansı açıqlama vermir, bu isə təşvişi bir qədər də artırır.
 
Vəziyyət o həddə çatıb ki, artıq Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov da dilə gəlib. Onun sport7.az-a açıqlamasından narahat olduğu görünür. Və sabiq məşqçi buna görə hədəf göstərir, günahkar axtarır: "Millinin baş məşqçisi ilə bağlı yenilik yoxdu. Deyə bilmərəm düyün nöqtəsi nədi. Onu bu işlə məşğul olan adamlar bilər. Həmişə demişəm ki, bu ayın sonuna qədər nöqtə qoyulsun. Biz də bilək ki, yeni baş məşqçi kimdi. Çünki çempionat başlayır. Oyunları da izləmək lazımdı. İndi komandalar Antalyadadı. Yanvarda təyinat olarsa, fevralda oyunları izləmək lazımdı. Daha sonra yığmanın oyunlarına hazırlıq başlamalıdı. Siz də, biz də, hamımız bunu başa düşürük. Namizədlər həmişə var. Tapşırıq verilibsə, hansısa namizədlərlə danışıq aparılması normal haldı. Amma kimdi, nəçidi - bu haqda məlumat verilmir. Bunu bizə deməzlər axı. Ona görə bu dəfə də səbr edək. Nə edək, vəziyyət belədi. Heç olmasa, yanvarın sonuna qədər cizgilər açılmalıdı. Peşəkar yanaşsaq, çempionat başlayır. İlk oyunda yeni baş məşqçi olmalıdı. Düzdü, yanvar ayında yeni baş məşqçi Antalyada komandalarla tanış olmalı idi. Amma alınmayıbsa, ən azı fasilədən sonrakı ilk turda oyunlara baxmalıdı. İnşallah ayın sonuna qədər xəbər çıxar. Daha sonra müzakirə edərik".
 
Sadıqov faktiki öz yaxasını kənara çəkir və “Onu bu işlə məşğul olan adamlar bilər” deyir. Birbaşa katibliyi, baş katib Elxan Məmmədovu nişan verir. Ardınca ən doğrusunu deyərək, təyinatın gecikməsinin fəsadlarını sadalayır. Bircə onu demir ki, bizi bu problemlər gözləyir və yeganə günahkar da Elxan Məmmədovdu.
 
Vaqif bəy özünün nüfuzsuz, rəhbərlik etdiyi qurumun isə qondarma olduğunu da etiraf edir: “Amma kimdi, nəçidi - bu haqda məlumat verilmir. Bunu bizə deməzlər axı”. Təkcə bu sitat utanmaq üçün kifayət etməlidi. Yəni Sadıqov daxil olmaqla, ölkənin təcrübəli məşqçilərinin yığışdığı komitə millinin baş məşqçi postuna namizədləri bilmək səlahiyyətində deyil. Onlar uzaqbaşı aşağı yaş qruplarından olan millilərə təklif olunanlarla bağlı hansısa müzakirədə iştirak edə bilərlər. Necə ki, Milan Obradoviçin U-21-ə təyinatı birbaşa Məşqçilər Komitəsinin adı ilə bağlandı.
 
Əsas milli komanda ilə bağlı vəziyyət isə fərqlidi və Sadıqov yeni gələnin onsuz da uğursuz olacağını bildiyindən bu açıqlama ilə həm də özünü sığortalayır. O, namizədlərdən xəbərinin olmadığını deməklə məsuliyyəti katibliyin boynuna qoyur ki, sabah nəticələr pis olanda da özlərindən hesabat istəyən olmasın. Vaqif bəy açıq kartla öz oyununu oynayır və özünü qoruyur.
 
Sadıqovun dediklərində yalan yoxdu. Həqiqətən də məşqçi seçimində ciddi yubanma var. Səbəbləri bilmirik, yəqin AFFA buna aydınlıq gətirər. Lakin Vaqif bəyin susqun qalmayıb, açıq danışması özü maraqlıdı. Həmişə Elxan Məmmədovun istədiyi vaxtda və istədiyi tərzdə açıqlama verməsinə öyrəşdiyimiz sədrdə bu cəsarət hardandı? AFFA susursa, danışıqlar davam edirsə, Vaqif bəy də assosiasiyanın bir qurumunun rəhbəri kimi danışmamalıydı, yox, danışmağa başlayıbsa, deməli, katiblikdən o da narazıdı.
 
Tezliklə İsgəndər Cavadov, Rauf Əliyev də danışacaq. Lazım olanda ağaların istədiyi kimi, ağaların işi çətinə düşəndə özləri bildiyi formada danışan bu üçlük elə bu məharətləri sayəsində daim iş başında olublar. Zirvədə olana tərif deməyi, büdrəyənə, ayağı azacıq dolaşana badalaq vurmağı vərdiş edənlər buna görədi ki, AFFA-ya kimin rəhbərlik etməsindən asılı olmayaraq, daim vəzifədə qalıblar. İndi milli ilə bağlı problemli vəziyyətdi və Sadıqov özünü ifşa etməyə başladı...
 
FƏRİD
 
P.S.: Bir neçə gün öncə həmin Sadıqov bəyan etmişdi ki, U-16, U-18 və U-20 milliləri ləğv olunacaq. Dünən isə AFFA-nın mətbuat katibi Firuz Abdulla matça.az-da bu xəbəri yalanlayıb. Ya Vaqif bəy təxribatla məşğuldu, ya da həqiqətən komitədə yalnız maaş almaq üçün əyləşib, heç nədən xəbəri yoxdu.

 
tarix: 22-01-2019 09:24


 
Xəbər lenti
20.09.2019

18:17   Son 7 ilin ən gənc komandası

17:52   “Qarabağ” “Səbail”ə məğlub oldu

17:28   “Real”ın qapıçısı bu FOTOya görə üzr istədi

16:56   “Barselona”nın zədəlisi sağaldı

16:36   “Qarabağ”ın rəqibi ilkə imza atdı

16:14   “Düdelanj”ın məşqçisi: “Futbolçularımın hamısı məni təəccübləndirdi”

15:53   Çempionlar Liqasında ilk turun ən yaxşısı

15:32   6 günlük səfər başa çatdı

15:12   Riçard Almeyda “Astana” ilə müqaviləni pozdu

14:50   Bakıdan “Real”a dəstək - VİDEO

14:33   “Sevilya”lılar paltardəyişmə otağında şou göstərdilər - VİDEO

14:11   Munir El Haddadi: “Məşqdəkindən yaxşı oynadıq”

13:51   Bolqarıstanın “qol silahı” karyerasını bitirdi

13:36   Paytaxt klubunda 5 illik müqavilə

13:15   “İstəyim “Qarabağ”la oyunda reallaşdı”

12:52   Çiçarito: “İlk qola qədər yaxşı oynamırdıq”

12:35   “Sevilya”nın yeni transferi: “Burdan razı ayrılırıq”

12:14   “Kəpəz”də yeni icraçı direktor

11:54   Milli komandada yeni baş məşqçi

11:34   Avroliqada həftənin ən yaxşısı adına 4 namizəd

11:17   “Vulverhempton” “Braqa”ya evdə uduzdu - VİDEO

10:57   Səviyyə fərqi və gözlənilən məğlubiyyət

10:40   “Roma”dan “Başakşəhər”ə 4 cavabsız qol - VİDEO

10:20   “Borussiya” 4 cavabsız qola üzüldü - VİDEO

10:00   Maksim Medvedev: “Arada yerlə göy qədər fərq var”

09:30   Dani Kintana: “Sevilya” hamıdan öndədi”

09:00   “Rəqib bizdən yalnız fiziki göstəricidə üstün oldu”

01:05   “Beşiktaş” uduzdu, “Arsenal” və “Roma” darmadağına sevindi

19.09.2019

23:49  “Qarabağ” “Sevilya”ya belə uduzdu - VİDEO

23:30  Qurban Qurbanov: “Əlavə şərhə ehtiyac yoxdu, fərqi tam gördük”

23:19  Lopeteqi: “Gözlədiyim “Qarabağ”ı gördüm”

22:45  “Qarabağ” “Sevilya”ya, APOEL “Düdelanj”a uduzdu

20:24  “Real”ın “Real” olmadığı gün

19:13  Millimiz Belarusa böyük hesabla uduzdu

18:29  “Hər şey “Qarabağ”a qarşı matçla başlayır” - Xesus Navas

18:02  “Turan Tovuz” “Kəpəz”ə də qalib gəldi

17:41  Monçi “Qarabağ”dan danışdı: “Sevilya” üstündü, amma…”

17:07  “Qızıl top”un təqdimat mərasiminin yeri və vaxtı bilindi

16:46  Hiddinki qovdular

16:03  Benzema Anrini keçdi

15:36  “Monako” Jardimi onunla əvəz edir

15:05  Ansu Fati milli seçimini etdi

14:34  “Bavariya” və Levandovskidən rekord

14:11  10 ildən sonra... “müvəqqəti” kimi

14:00  “Qarabağ”a 0:2 hesabıyla uduzacağımızı gözləyirəm”

13:45  “Hər matç final xarakteri daşıyır”

13:30  “Sevilya”nı məğlub etmək istəyimiz olmasaydı, oyuna çıxmazdıq” – Xayme Romero

13:15  Millimiz Belarusa qarşı

13:00  “Bavariya”dan darmadağın - VİDEO

12:45  Millimiz FİFA reytinqində yerində saydı

12:30  “Atletiko” - “Yuventus” matçında 4 qol - VİDEO

12:15  “Zirə” ikinci yer üçün mübarizə aparacaq gücdədi”

12:00  ÇL-də “həftənin ən yaxşısı” adına namizədlər

11:45  “Mançester Siti” 3 xalı 3 qolla qazandı - VİDEO

11:30  Millimizin heyətində dəyişiklik edildi

11:15  PSJ - “Real” 3:0 - VİDEO

11:00  “Barselona”nın futbolçusu 2 həftəlik sıradan çıxdı

10:45  “Sabah”da yeni baş məşqçi - RƏSMİ

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az