(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Zirə”nin macarlarla ilk, xarici klublarla 20-ci dueli

“Zirə”nin macarlarla ilk, xarici klublarla 20-ci dueli

Antalyada təlim-məşq toplanışında olan “Zirə” bu gün Bakı vaxtı ilə 16:00-da (yerli vaxtla 15:00) hazırlıq çərçivəsində ikinci yoxlama oyununa çıxacaq.

Futbolinfo.az xəbər verir ki, “qartallar” Macarıstanın “Paksi” klubu ilə üz-üzə gələcək. Bu, komandanın adıçəkilən ölkə təmsilçiləri ilə ilk dueli olacaq. “Zirə” indiyədək Macarıstan klubları ilə nə rəsmi, nə də yoxlama oyunlarında görüşüb.

Türkiyədəki toplanışlar çərçivəsində ümumilikdə 20, xarici klublarla 19 dəfə üz-üzə gələn paytaxt təmsilçisi indiyədək 10 ölkədən olan komanda ilə yoxlama oyunu keçirib. Macarıstan bu siyahıda 11-ci ölkə olacaq. Bunadək “Zirə” Gürcüstan, Qazaxıstan, Rumıniya, Almaniya, Qırğızıstan, Bolqarıstan, Kamerun, Rusiya, İran və Qətər təmsilçiləri ilə hazırlıq matçına çıxıb.

“Paksi” ilə qarşılaşma Türkiyədə keçirilən 20-ci beynəlxalq yoldaşlıq görüşüdür. Əvvəlki 19 matçda 8 qələbə qazanan “Qartallar” 4 heç-heçə edib və 7 dəfə uduzub. Rəqib qapılarından 24 top keçirən “Zirə” futbolçuları 18 top buraxıb.

1952-ci ildə yaradılan “Paksi”nin ölkə çempionatında ən yaxşı nəticəsi 2010/11 mövsümündə qazanılan gümüş medaldır. Həmin mövsüm komanda Macarıstan Liqa kubokunun qalibi olub. 2009/10 mövsümündə isə bu yarışın final oyununda uduzub. Ötən mövsüm çempionatı 7-ci pillədə başa vuran Paksi şəhərinin eyniadlı təmsilçisi cari birincilikdə qış fasiləsinə 8-ci pillədə yollanıb.

Xatırladaq ki, “Zirə” Antalyadakı ilk yoxlama oyununda Rumıniya təmsilçisi “Voluntari”yə 1:0 hesabı ilə qalib gəlib.


 
tarix: 22-01-2019 11:27


 
Xəbər lenti
19.06.2019

00:43   “Qarabağ” Avstriyaya çatdı

00:29   “Səbail” onunla rəsmən vidalaşdı, Avstriya klubuna keçdi - FOTO

00:15   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

18.06.2019

23:55  “Milan” Avroliqadan imtina edir

23:44  “Səbail” Bolqarıstanda ilk məşqə çıxdı

23:39  “Neftçi”nin şansı bizdən çox deyil”

23:20  UEFA “Neftçi”nin ilk oyununun yerini dəyişdi

22:37  Dəniz Yılmaz üçün yeni baş məşqçi

19:04  Emin Mahmudov: “Qalib gəlib, mərhələni keçməyə çalışacağıq”

18:45  Bordin: “Rəqibin fiziki hazırlığı bizimkindən daha yaxşıdı”

18:28  Avroliqada 1-ci təsnifat mərhələsinin bütün cütləri

18:06  Rəşad Sadıqov: “ÇL-də hər bir rəqib təhlükəlidi”

17:51  “Neftçi” və “Səbail”in Avroliqadakı rəqibləri bəlli oldu

17:45  “Sənan Qurbanov komandanı ən çətin vaxtda qəbul etdi”

17:30  Qurban Qurbanov: “Bizi çətin qarşılaşmalar gözləyir”

17:15  13 ildi avrokubokda qələbəyə həsrət Albaniya çempionu

17:00  Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin cütləri

16:42  “Qarabağ”ın ÇL-də rəqibi məlum oldu

16:24  “Borussiya”dan baş məşqçi ilə yeni müqavilə

16:00  UEFA Super Kubok matçına bilet satışına start verdi

15:31  PSJ-nin prezidentindən Mbappe açıqlaması

15:08  “Barselona”nın sabiq futbolçusu Hollandiya klubunda

14:43  “Neftçi”nin futbolçusu rəsmən “Sabah”da

14:26  “Qarabağ” Avstriyaya yola düşdü

14:04  Platini həbs olundu

13:47  Messi Fransa klubunda

13:29  Milli komandada ciddi itki

13:08  Nesta İtaliya klubunda

12:42  Nazim Süleymanov bu dəfə Buzovnada

12:29  “Qarabağ”ın oyununda 6 qol

12:08  Uelbeklə danışıqlar dayandırıldı

11:57  Çili millisi darmadağına sevindi

11:42  Poqbaya yeni təklif

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az