(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Qarabağ” günü 2 məşqlə başa vurdu - VİDEO

“Qarabağ” günü 2 məşqlə başa vurdu - VİDEO

“Qarabağ” Antalyada qış təlim-məşq toplanışını davam etdirir. 

Futbolinfo.az xəbər verir ki, Qurban Qurbanovun komandası günü iki məşqlə tamamlayıb.

İlk məşq fitnes zalında tutub və təxminən bir saat davam edib. Günün ikinci məşqi yerli vaxtla saat 17:00-da start götürüb. Futbolçular bu hazırlığın ilk hissəsində isinmə hərəkətlərindən sonra müəyyən fiziki təmrinləri və toplu çalışmaları yerinə yetirib.

Yağışlı hava şəraitində baş tutan məşqin ikinci hissəsində isə komanda 3 qrupa bölünüb və ikitərəfli oyun oynayıb. Bu dueldə isə "bozlar" qalib gəlib.

 


 
tarix: 22-01-2019 12:07


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az