(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
“Neftçi” “Bursaspor”la müqavilə bağladı - FOTOLAR

“Neftçi” “Bursaspor”la müqavilə bağladı - FOTOLAR

“Neftçi” ilə Türkiyənin “Bursaspor” klubları arasında qardaşlıq və strateji əməkdaşlıq müqaviləsi imzalanıb. 

Futbolinfo.az "timsahlar"ın rəsmi saytına istinadən xəbər verir ki, Özlüce İbrahim Yazıcı Təsislərində baş tutan tədbirə hər iki klubun prezidentləri – Kamran Quliyevlə Ali Ay, eləcə də vitse-prezidentlər Elnur Eyvazov və Cem Öztürk qatılıblar. Mərasimdə “Bursaspor”un İdarə Heyətinin üzvləri Erkan Aydemir, Onur Özselek ve Ömer Faruk Şahin və “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev də iştirak edib. 

“Neftçi”nin Azərbaycanın köklü və çempion klubu olduğunu xatırladan Ali Ay bildirib ki, klublar gələcəkdə ortaq layihələr həyata keçirəcəklər: “Bir müddətdir “Neftçi” ilə hansı istiqamətlərdə əməkdaşlıq qura biləcəyimizi müzakirə edirdik. Bu gün qardaşlıq və starteji əməkdaşlıq müqaviləsi imzalamaq üçün bir araya gəlmişik. “Fənərbaxça” ilə oyunda qonağımız oldular. Stadionumuzu, xüsusilə də “Goldsit 1963” tribunamızı çox bəyəndilər. Sadəcə idmanda deyil, bir qurum olaraq hər sahədə əməkdaşlıq edəcəyik. Reklam, media, fan-şop və skaut mövzularında fikir mübadiləsi aparıb, ortaq layihələr həyata keçirəcəyik".

Ali Ay müqavilənin imzalanmasında vasitəçilik etmiş Cem Öztürkə minnətdarlığını bildirib: "Əməkdaşlığın xeyirli-uğurlu olmasını diləyirəm. Yeri gəlmişkən, Cem Öztürkə təşəkkür edirəm. Şəxsi işi ilə bağlı Azərbaycanda olduğu vaxt onunla tanış olublar və belə bir işə yol açılıb. Buna görə minnətdaram. Çox gözəl işlər reallaşacaq. Bir-birimizə faydalı olacağıq".

"Neftçi"nin prezidenti Kamran Quliyev isə deyib: “Bizim üçün qürurverici andır. Belə bir klubda sizinlə birgə olmaqdan məmnunuq. Ali Aya, Cem Öztürkə, bütün idarə heyətinə, təşəkkürümü bildirmək istərdim. Qardaş ölkədən gəldik. Ölkənin ən böyük və tarixin ən qədim klubuyuq. SSRİ dağıldıqdan sonra 8 dəfə çempionluq yaşamış klubuq. Sizinlə birgə olmaq bizim üçün çox xoş və sevindiricidir. Ötən gün "Fənərbaxça" ilə matçınızı izlədik. Çox şanssız idiniz. Möhtəşəm stadionunuz var. Özəl bir klub və özəl tərəfdarınız var. Sizdən örnək alacağımız çox şey var. Ali Aya çox təşəkkür edirəm. İlişkilərimiz davam edəcək. Gələcəkdə birgə işlərimiz olacaq. Biz də sizi Bakıda görmək istəyirik".


 
tarix: 22-01-2019 13:30


 
Xəbər lenti
20.09.2019

09:00   “Rəqib bizdən yalnız fiziki göstəricidə üstün oldu”

01:05   “Beşiktaş” uduzdu, “Arsenal” və “Roma” darmadağına sevindi

19.09.2019

23:49  “Qarabağ” “Sevilya”ya belə uduzdu - VİDEO

23:30  Qurban Qurbanov: “Əlavə şərhə ehtiyac yoxdu, fərqi tam gördük”

23:19  Lopeteqi: “Gözlədiyim “Qarabağ”ı gördüm”

22:45  “Qarabağ” “Sevilya”ya, APOEL “Düdelanj”a uduzdu

20:24  “Real”ın “Real” olmadığı gün

19:13  Millimiz Belarusa böyük hesabla uduzdu

18:29  “Hər şey “Qarabağ”a qarşı matçla başlayır” - Xesus Navas

18:02  “Turan Tovuz” “Kəpəz”ə də qalib gəldi

17:41  Monçi “Qarabağ”dan danışdı: “Sevilya” üstündü, amma…”

17:07  “Qızıl top”un təqdimat mərasiminin yeri və vaxtı bilindi

16:46  Hiddinki qovdular

16:03  Benzema Anrini keçdi

15:36  “Monako” Jardimi onunla əvəz edir

15:05  Ansu Fati milli seçimini etdi

14:34  “Bavariya” və Levandovskidən rekord

14:11  10 ildən sonra... “müvəqqəti” kimi

14:00  “Qarabağ”a 0:2 hesabıyla uduzacağımızı gözləyirəm”

13:45  “Hər matç final xarakteri daşıyır”

13:30  “Sevilya”nı məğlub etmək istəyimiz olmasaydı, oyuna çıxmazdıq” – Xayme Romero

13:15  Millimiz Belarusa qarşı

13:00  “Bavariya”dan darmadağın - VİDEO

12:45  Millimiz FİFA reytinqində yerində saydı

12:30  “Atletiko” - “Yuventus” matçında 4 qol - VİDEO

12:15  “Zirə” ikinci yer üçün mübarizə aparacaq gücdədi”

12:00  ÇL-də “həftənin ən yaxşısı” adına namizədlər

11:45  “Mançester Siti” 3 xalı 3 qolla qazandı - VİDEO

11:30  Millimizin heyətində dəyişiklik edildi

11:15  PSJ - “Real” 3:0 - VİDEO

11:00  “Barselona”nın futbolçusu 2 həftəlik sıradan çıxdı

10:45  “Sabah”da yeni baş məşqçi - RƏSMİ

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az