(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
AFFA daha 2 komandaya texniki məğlubiyyət verdi

AFFA daha 2 komandaya texniki məğlubiyyət verdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, müzakirələrdən sonra AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar çıxarılıb:

U-16 Liqasında “Viləş” (Masallı) – “Keşlə” matçının 27-ci dəqiqəsində “Viləş”in futbolçusu Ramiz Qasımov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-16 Liqasında “İsgəndər Cavadov BFA” – “Qarabağ” matçının 79-cu dəqiqəsində “Qarabağ”ın futbolçusu Fidayə Əzizov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-14 Liqasında “Qəbələ” – “Səbail” matçının 57-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Murad Musayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 59-cu dəqiqəsində “Qəbələ”nin futbolçusu Elmir Hüseynli hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-12 Liqasında “Həkəri” FK (Qubadlı) – İOEUGİM (Sumqayıt) matçının 47-ci dəqiqəsində İOEUGİM klubunun futbolçusu İbrahim Hacıyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-13 Qızlar Liqasında “Dinamo” (Balakən) – UGİM (Şəki) matçında UGİM (Şəki) komandasının heyətində yetərsay olmadığına görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-13 Qızlar Liqasında “Qubek” (Balakən) – “Zaqatala” matçında “Zaqatala” komandasının heyətində yetərsay olmadığına görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Yüksək Qızlar Liqasında “Fidan” (Bakı) – “Zaqatala” matçının 70-ci dəqiqəsində “Zaqatala” klubunun futbolçusu Hicran Əhmədova aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.


 
tarix: 22-01-2019 14:12


 
Xəbər lenti
19.04.2019

10:03   “Sabah”ın bitən Təmkini...

10:00   “Sabah” “Neftçi” ilə üz-üzə - YENİLƏNİR

09:41   Avroliqada İspaniya derbisini “Valensiya” qazandı - VİDEO

09:20   “Çelsi” - “Slaviya” matçında 7 qol - VİDEO

09:04   Autsayderlərin layiqli kötəklənməsi

09:00   “Qəbələ” “Zirə”yə qarşı - YENİLƏNİR

00:58   Avroliqada yarımfinalçılar bəlli oldu

18.04.2019

23:55  “Keşlə”nin gənc qapıçısı xəstəxanalıq oldu - FOTO

21:51  “Qarabağ”dan “Keşlə”yə 3 cavabsız qol - VİDEO

21:28  Qurban Qurbanov: “Hər qərara etiraz edə bilmərik”

21:17  Tərlan Əhmədov: “Uşaq səhvləri məni çox yorur”

21:00  “Qəbələ” yeni prezidentini açıqladı - RƏSMİ

20:56  “Qarabağ”dan darmadağın

20:00  “Sumqayıt” “Səbail”ə də uduzdu - VİDEO

19:42  Tərlan Əhmədov qovuldu

19:31  Aftandil Hacıyev: “Maariflənmə getməli, yeni qaydalardan xəbərimiz olmalıdı”

19:19  Ayxan Abbasov: “Məğlubiyyətə layiq deyildik”

19:01  “Sabah” Təmkin Xəlilzadəni qovdu

18:55  “Neftçi” “Sabah”la matça hazırlığı başa vurdu

18:35  “Səbail”dən Sumqayıtda əzmkar qələbə

18:06  Şevçenko “Neftçi”nin qonağı oldu

17:43  Avropa nəhənglərinin istədiyi futbolçunu 7 milyon avroya aldı

16:38  Millidə baş məşqçi istefası

16:10  Serbiya - Azərbaycan: 2 oyun, 15 qol - VİDEO

15:34  La Liqa klubunda yeni müqavilə

15:10  Ayaz Quliyev “Spartak”ın əsas heyətinə döndü

14:49  “Neftçi” ilə oyuna üç itki ilə

14:27  Dani Kintana Polşada ən yaxşılar arasında

14:00  ÇL-də yarımfinal matçlarının vaxtı açıqlandı

13:24  “Yuventus”un forvardı 2 həftəlik sıradan çıxdı

13:01  Ramiz Məmmədovdan Tərlan Əhmədova dəstək

12:45  Sabiq “Qalatasaray”lı Dortmund “Borussiya”sında

12:02  ÇL-də həftənin ən yaxşısı adına 4 namizəd

11:37  “Qəbələ” - “Zirə”: 18-ci duel

11:14  Elçin Məmmədova sərt ittihamlar: “Kişi olan şəxs heç vaxt zənən xeylağı ilə prinsip aparmaz”

10:46  Çempionlar Liqasında yeni rekord

10:20  Millidə yeni baş məşqçi, 7 aylıq müqavilə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az