(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Tərlan Əhmədov: “Bu mövqeyə daha yaxşı futbolçu seçmək istəyirik”

Tərlan Əhmədov: “Bu mövqeyə daha yaxşı futbolçu seçmək istəyirik”

“Keşlə”nin Türkiyənin Antalya mahalındakı təlim-məşq toplanışı davam edir.

Futbolinfo.az xəbər verir ki, paytaxt klubunun baş məşqçisi Tərlan Əhmədov hazırlıq, keçirilən yoxlama matçları və transferlər barədə klubun mətbuat xidmətinə müsahibə verib.

- Tərlan müəllim, təlim-məşq toplanışının böyük hissəsi artıq arxada qalıb. Hazırlıq dövründə qarşısınıza hansı məqsədləri qoymuşduz və düşündüklərinizi həyata keçirə bildinizmi?
- Toplanışda birinci məqsədimiz komandanın fiziki hazırlığını pik nöqtəyə çatdırmaqdan ibarət idi. Bundan sonra taktiki mərhələ başlayırdı. Bakı toplanışından sonra artıq 10-cu gündür Antalyada hazırlıqlarımızı davam etdiririk və Türkiyə hazırlığı çərçivəsində iki oyun keçirmişik. Taktiki məşqlər gedir və demək olar ki, istədiyimiz bəzi taktiki gedişləri, sistemdəki dəyişiklikləri həyata keçirdik. Bəzi səhvlər var idi ki, son iki yoxlama oyununda onlara daha çox diqqət ayırdıq və sonrakı məşqlərdə üzərində işləməyə başladıq. Ümumilikdə götürsək, komandanın 2-ci yoxlama matçında fiziki hazırlıq vəziyyəti qənaətbəxş idi və gördüyümüz iş müsbət istiqamətə doğru gedir. Bəzi taktiki məsələlər var ki, onların üzərində işlədik. Keçirdiyimiz son iki yoxlama matçında fərqli heyətlə və fərqli sistem və taktika ilə meydana çıxdıq. Ona görə ki, bizi çempionatımızda on dörd oyun gözləyir və bütün oyunların maraqlı, eyni zamanda, çətin olacağını düşünürük. Bu baxımdan son iki oyunda, ümumilikdə, gördüyümüz işlərdə taktiki və sistem dəyişikliklər üzərində çalışdıq.

- Hava şəraiti məşqlərdə çətinlik yaratdımı? Bu məqam məşq planına necə təsir göstərdi?
- Söz yox, problem olur və oldu. İki günlük bizdə problem oldu, amma bu iki gün ardıcıl olmadı. Həmin günlərdən də səmərəli istifadə etdik, yəni bir gün sırf fitnes məşqləri etdik. Digər problem yanvarın 22-də baş verdi. Ancaq həmin gündən də maksimum istifadə etməyə çalışdıq. Sadəcə, məşqin mahiyyətini dəyişdik, zamanı qısaltdıq və taktiki tapşırıqlar yox, tamamilə başqa tapışırıqlar üzərində işlədik. Hər halda vəziyyət nə bizdən, nə təşkilatçılardan asılıdır, bu, təbiət hadisəsidir və bu vəziyyətdən səmərəli istifadə etməliyik.

- Toplanış çərçivəsində keçirilmiş iki yoxlama matçı barədə təəssüratınız necədir?
- Açığı deyim ki, ilk yoxlama matçında, komandada ağır yükləmələrdən sonra gedişatı hiss etmək olurdu. Öncə qeyd etdiyim kimi, hər iki oyuna fərqli sistem və taktika ilə meydana çıxmışdıq, çünki çempionatda bizi fərqli sistem və taktika ilə oynayan komandalarla oyunlar gözləyir. Baxmayaraq ki, komandamız 1-ci oyunda ağır yükləmələrdən sonra meydana çıxmışdı. Ancaq buna baxmayaraq komandanın meydandakı hərəkətindən çox razı qaldım.

2-ci oyunda komanda ilk oyunla müqayisədə daha çox hərəkətli idi. 1-ci hissədə komandadan istədiyim oyunu görmüşdüm, amma bəzi məqamlarda çatışmazlıq var idi ki, onlar da zamanla aradan götürüləcək. Qarşıda hələ iki yoxlama oyunu var. 2-ci hissədə heyətdə 4-5 nəfər dəyişdikdən sonra sistemdə də dəyişiklik etdik ki, başqa sistem üzərində də çalışaq və sonda bu sistemdə bəzi çatışmazlıqlar ortaya çıxdı və onların üzərində işləməliyik. Ümumilikdə götürsək, komandada tərəqqi böyükdür. İlk və 2-ci yoxlama matçlarında böyük irəliləyiş var. Həm fiziki, həm komanda oyunu planında inkişaf var ki, bu da bizi çox sevindirir.

- Transferlər barədə nə deyə bilərsiniz?
- Bilirsiniz ki, bu günədək üç futbolçu ilə müqavilə imzalamışıq. İkisi yerli futbolçudur - Emin Mehdiyevi və Vüsal İsgəndərlini komandamızın heyətinə cəlb etmişik. Emin Mehdiyevi “Neftçi” Futbol Klubunda çıxış etdiyi zamandan tanıyıram. Onun oyununa bələdəm və azərbaycanlıdır, istəyirəm ki, bizə köməyi dəysin. Vüsal İsgəndərli də “Zirə” Futbol Klubunda çıxış edirdi və biz onu komandamıza dəvət etmişik. 3-cü transferimiz legionerdir, Con Kamara, hansı ki, Qazaxıstanın “Kaysar” komandasında çıxış edirdi. Həmin mövqeyə bizə təklif edilən ən optimal oyunçu məhz C.Kamara idi. Məşqçilər korpusu onu komandaya dəvət etdi. İki əcnəbi futbolçu da cəlb oluna bilər. Ən çox da istədiyimiz “pleymeyker”dir, onun axtarışları davam edir. Bu məsələdə tələsmək də istəmirik, çünki həmin mövqeyə daha yaxşı futbolçu seçmək istəyirik. Yaxın günlərdə hansı futbolçunun komandaya cəlb olunacağı bilinəcək.

- Mergim Brahimi adlı futbolçu komandada baxışda oldu və ilk yoxlama matçında meydana da çıxdı. Bu məsələdə nə yenilik var?
- Onun çox yaxşı futbolçu kayrerası var. Yunanıstanda və İsveçrədə oynayıb, amma ümumilikdə götürsək, uzun zamandır futbol oynamır və çox ümidli idim ki, bəlkə o, bizə kömək edə bilər. Onun 6 ay futbol oynamaması mənim üçün problem yaradırdı. Amma hələ heç nə bitməyib, hələlik axtarışdayıq və hər zaman hər şey ola bilər. Çalışırıq ki, daha yaxşı futbolçunu cəlb edək. Brahimi haqqında mətbuatda bəzi məlumatlar yayılmışdı, onun kosovalı olduğu bildirilmişdi. Nəzərinizə çatdırmaq istəyirəm ki, o, kosova mənşəlli İsveçrə vətəndaşıdır. Onun Albaniya və İsveçrə pasportu da var. Brahiminin əsli-kökü kosovalıdır və bunu şişirtməyə lüzum yoxdur. Onun bizim komandaya cəlb olunması məsələsi hələlik açıq qalır.


 
tarix: 23-01-2019 12:56


 
Xəbər lenti
18.04.2019

20:00   “Sumqayıt” “Səbail”ə də uduzdu - VİDEO

20:00   “Qarabağ” “Keşlə”yə qalib gəlir - YENİLƏNİR

19:42   Tərlan Əhmədov qovuldu

19:31   Aftandil Hacıyev: “Maariflənmə getməli, yeni qaydalardan xəbərimiz olmalıdı”

19:19   Ayxan Abbasov: “Məğlubiyyətə layiq deyildik”

19:01   “Sabah” Təmkin Xəlilzadəni qovdu

18:55   “Neftçi” “Sabah”la matça hazırlığı başa vurdu

18:35   “Səbail”dən Sumqayıtda əzmkar qələbə

18:06   Şevçenko “Neftçi”nin qonağı oldu

17:43   Avropa nəhənglərinin istədiyi futbolçunu 7 milyon avroya aldı

16:38   Millidə baş məşqçi istefası

16:10   Serbiya - Azərbaycan: 2 oyun, 15 qol - VİDEO

15:34   La Liqa klubunda yeni müqavilə

15:10   Ayaz Quliyev “Spartak”ın əsas heyətinə döndü

14:49   “Neftçi” ilə oyuna üç itki ilə

14:27   Dani Kintana Polşada ən yaxşılar arasında

14:00   ÇL-də yarımfinal matçlarının vaxtı açıqlandı

13:24   “Yuventus”un forvardı 2 həftəlik sıradan çıxdı

13:01   Ramiz Məmmədovdan Tərlan Əhmədova dəstək

12:45   Sabiq “Qalatasaray”lı Dortmund “Borussiya”sında

12:20   Avroliqada yarımfinalçılar müəyyənləşir - YENİLƏNİR

12:02   ÇL-də həftənin ən yaxşısı adına 4 namizəd

11:37   “Qəbələ” - “Zirə”: 18-ci duel

11:14   Elçin Məmmədova sərt ittihamlar: “Kişi olan şəxs heç vaxt zənən xeylağı ilə prinsip aparmaz”

10:46   Çempionlar Liqasında yeni rekord

10:20   Millidə yeni baş məşqçi, 7 aylıq müqavilə

09:45   “Liverpul” darmadağınla yarımfinalda - VİDEO

09:30   Təbriz klubu səfərdə minimal hesabla uduzdu

09:14   ÇL-də 7 qolluq İngiltərə derbisi - VİDEO

01:33   Paytaxt təmsilçisindən inamlı qələbə

01:06   PSJ yenə məğlub oldu

00:56   “Liverpul” yarımfinalda, MS “Tottenhem” səddini keçə bilmədi

17.04.2019

22:24  Qurban Qurbanov mövqeyini qorudu

19:03  “Kamp Nou”da yeni rekord

18:00  “Qarabağ” “Keşlə” önünə Geryesiz çıxacaq

17:22  “Neftçi”də iki cəzalı

16:59  “Neftçi”dən darmadağın, “Kəpəz” uduzdu

16:18  “Atletiko” Oblakla bağlı qərarını verdi

15:37  Yağış yağdı, “Qarabağ”ın oyunu təxirə salındı

15:20  Ronaldo 9 ildən sonra bu aqibəti yaşadı

14:50  Baş məşqçidən Mbappeyə cəza

14:21  “Fənərbaxça”da 3 həftəlik itki

13:51  Emil Balayev: “Yüksək məbləğdən imtina etmişəm”

13:14  “Ayaks”dan ÇL-də yeni rekord

12:52  Elxan Məmmədov qərb səfərindən əliboş dönüb

12:35  HAŞİYƏ: Faiq Qarayev milliyə qayıtdı

12:18  Millimiz Ukraynaya uduzdu

11:44  Essyen 9 ildən sonra “Stemford Bric”ə qayıdır

11:27  Qazaxıstanda Bakıdakı finalın təqdimatı

11:00  В Дивизионе новые факты азартных игр: список для АФФА

10:42  “Barselona”dan ÇL-də yeni rekord

10:20  Pol Skoulza danışılmış oyun ittihamı

10:11  Divizionda yeni qumar faktları: AFFA üçün siyahı

09:45  “Barselona” darmadağınla yarımfinalda - VİDEO

09:30  “Yalnız istəklə heç nə əldə etmək mümkün deyil”

09:15  ÇL-də “Ayaks” fırtınası davam edir - VİDEO

09:00  Monrozun FAKTını görməyənlər...

01:42  Autsayderlərin duelində qonaqlar sevindi

00:55  “Barselona” MY-ni, “Ayaks” “Yuventus”u ÇL-dən uzaqlaşdırdı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az