(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
AFFA-nın Lisenziyalaşdırma qrupu ilə bağlı yoxlamanın nəticələri açıqlandı

AFFA-nın Lisenziyalaşdırma qrupu ilə bağlı yoxlamanın nəticələri açıqlandı

İsveçrənin SGS şirkəti 2018-ci ildə AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti ilə bağlı apardığı yoxlamanın nəticələrini açıqlayıb. 

Futbolinfo.az xəbər verir ki, şirkət tərəfindən AFFA-ya ünvanlanmış təbrik məktubunda qeyd olunub ki, AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğundur və Lisenziyalaşdırma qrupu 2019-20-ci il Lisenziyalaşdırma mövsümü çərçivəsində Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdir.

SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.


 
tarix: 23-01-2019 18:00


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az