(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Ruslan Abışov: "Kənardan baxıb, pis hislər keçirirdim"

Ruslan Abışov: "Kənardan baxıb, pis hislər keçirirdim"

“Zədəm çox ciddi idi. Açığı, heç vaxt gözləməzdim ki, karyeramda bu cür ciddi zədə alaram” - bu sözləri “Neftçi”nin kapitanı Ruslan Abışov klubun rəsmi saytına açıqlamasında deyib.
 
Uzun müddət zədədən əziyyət çəkən müdafiəçi pis günlərin geridə qaldığını söyləyib: “Futboldur, bu, mənim başıma gəldi,yaşadım. Şükürlər olsun, artıq hər şey qaydasındadır. Pis günlər geridə qaldı. Məşqlərdə bacardığım qədər tam gücümü ortaya qoymağa çalışıram. Düzdür, bəzi çətinliklər var, bu da normaldır. Çünki hardasa 5 aya yaxın məşq etmədim. Öz təsirini göstərir. Yenidən əvvəlki formamı bərpa etmək üçün həm məşqçilərimiz, həm komanda yoldaşlarım, həm də həkimlər mənə böyük dəstək göstərirlər”.
 
Ruslan zədəli olduğu dövrdə ən böyük dəstəyi ailəsindən aldığını bildirib: “Təzə-təzə heyfslənirdim. İlk oyunlara çəliklə gəlirdim. Kənardan baxıb, çox pis hislər keçirirdim. Sağ olsun ailəm, mənə ən böyük dəstəyi onlar verdilər. Dedilər ki, səbrli, rahat, sakit ol. Ondan sonra dostlarım, komanda yoldaşlarım mənə bildirdilər ki, hər şey yaxşı olacaq. Futbolçu hər tərəfdən özünə dəstək gözləyir. Bu cəhətdən məndə heç bir problem olmadı. Əksinə, bunu artıqlaması ilə gördüm. Azarkeşlərimiz də zəng vurur, öz dəstəyini göstərirdilər. Hər kəsə dərin təşəkkürümü bildirirəm”.
 
Təcrübəli futbolçu sonda komandasının Antalyada davam edən təlim-məşq toplanışını dəyərləndirib: “İndi hər şey qaydasındadır. Çətinliklər geridə qalıb, daha çox toplu məşqlər olur. Artıq yoxlama oyunları da oynamışıq. Vaxtımız azdır. Qısa müddət ərzində hər şeydən maksimum istifadə etməliyik ki, çəkdiyimiz əziyyətin bəhrəsini çempionat oyunlarında görək”.

 
tarix: 24-01-2019 17:44


 
Xəbər lenti
17.02.2019

09:00   “Səbail” “Sabah”a qarşı - YENİLƏNİR

01:41   “Barselona” və “Atletiko”ya 1 qol bəs etdi

01:30   “Milan” “Atalanta”ya səfərdə qalib gəldi

01:14   Meydan sahibləri üçün növbəti uğurlu gün

00:55   “Mançester Siti” darmadağınla 1/4 finalda

16.02.2019

23:53  “Leyptsiq”dən səfərdə inamlı qələbə

23:45  “Fənərbaxça” evdə xal itirdi

21:23  “Neftçi”nin futbolçusu “Qəbələ”yə azarkeşlik edəcək

21:22  “Neftçi”də ciddi itki

20:57  Stuxlikin uduzdurduğu “Sumqayıt”

20:48  “Neftçi” belə xal itirdi - VİDEO

20:24  Abbasovun istefa qərarı son anda dəyişdi

20:14  “Onu özüm gətirmişəm, zəif olduğun deyə bilmərəm”

20:02  Roberto Bordin: “2 xal itirdik”

19:48  “Qarabağ”dan yeni endirim

19:23  “Neftçi” Zirədə büdrədi

18:43  “Sumqayıt”dan daha bir transfer - RƏSMİ

18:25  “Keşlə”nin “Sumqayıt” üzərində qələbəsi - VİDEO

17:30  Ayxan Abbasov: “Azarkeşlərə cavab vermək çətindi”

17:18  “Kiminsə bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz”

16:47  “Sumqayıt” “Keşlə”yə məğlub oldu

16:07  “Keşlə” - “Sumqayıt” matçının baş hakimi fasilədə əvəzləndi

15:01  Naninin yeni klubu məlum oldu

13:20  “Səbail”də nigeriyalı forvard - RƏSMİ

13:03  “Neftçi” yeni transferini sifariş etdi

12:42  Premyer Liqa klubunda iki yeni müqavilə

11:07  Kamran Quliyev – “like”?

11:00  “Qarabağ” yenə Miçelsiz hazırlaşır

10:32  Əliyev İspaniya klubu ilə heç-heçəni kənardan izlədi

10:00  Dəniz Yılmaz oynadı, komandası qalib gəldi

09:32  “Traktorsazi”yə 1 qol bəs etdi

09:17  Ziya Əzizovsuz məhsuldar heç-heçə

09:00  Limitlə uyğun gəlməyən legioner bolluğu

02:23  İlk 1/4 finalçı bəlli oldu

02:04  Meydan sahiblərinin günü

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az