(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Müəmmalı işbirliyinin perspektiv(sizliy)i

Müəmmalı işbirliyinin perspektiv(sizliy)i

Heç nə dəyişməyb. “Keşlə” həmin “Keşlə”di və bu komanda belə də davam edəcək.
 
Əslində, Zaur Axundovun Tərlan Əhmədovu baş məşqçi postuna gətirməsi özü müəmmalı idi və bu sirr indiyədək çozülməyib, izdivacın  səbəbləri az adama məlumdu. “Neftçi”dəki hoqqalardan sonra Əhmədovun hətta futbolda qalmaması lazım idi. Onun “Keşlə”nin Müşahidə Şurasının sədri ilə işbirliyi isə ümumiyyətlə, mümkün olmamalıydı. Amma oldu.
 
O səbəbdən ki, ötən qış məhz Əhmədov Axundovun komandasının futbolçularını pulla almağa cəhd etmiş, sonradan 3 nəfərin ömürlük diskvalifikasiyasına səbəb olan hadisələr baş vermişdi. Üstəlik, Tərlan bəy növbəti hoqqalarla daim tənqid hədəfi olmuşdu.
 
Lakin olan Nizami Hacıyev və Mirhüseyn Seyidova oldu. Axundov bu futbolçuların Əhmədovla birgə etdiyi günahları unutdu, zərbə futbolçulara dəydi, məşqçi isə hətta başda oturduldu. Zaur bəyin kimlərinsə vasitəsi ilə qılığına girən Tərlan indi özünü “Keşlə”nin əsas söz sahibi kimi aparır.
 
Məşqçilərə qarşı amansız olan Axundov onlarla yola getməyi bacarmır. Lakin deyəsən, Əhmədov onu da yanında gəzdirdiyi cüt mollaya tapşırıb, dil-ağzını “bağlatdırıb”. Bütün məşqçilər korpusunun dəyişməsinə, oyunçu seçiminə yalnız məşqçinin nəzarət etməsinə sədr heç bir müdaxilə etmir. Baş məşqçi külli-ixtiyar sahibidi.
 
Lakin iş ondadı ki, həm edilən transferlər, həm də ümumi hazırlıq səviyyəsi, yoxlama oyunlarındakı nəticələr “Keşlə”nin autsayderlər sırasından qurtulmayacağına dəlalət edir. Bütün məsuliyyəti üzərinə götürən, “hər şeyə mən cavabdehəm” deyən məşqçi də durumun fərqindədi. İndi o, açıq şəkildə dediklərini danmır, amma pərdə arxasında deyinməyə başlayıb. “Pul yoxdu”, “rəhbərlik istəklərimizi yerinə yetirmir” deməklə gözlənilən uğursuzluqlara indidən səbəb axtarır.
 
Əhmədovun oyunçu seçimi heç vaxt yaxşı olmayıb. Bəli, hazır heyətlə pis işləmir, lakin seleksiya işini birbaşa ona etibar etdinsə, deməli, intihara razılıq verdin. Ötən mövsüm “Neftçi” üçün seçdiklərini, transferinə razılıq verdiklərini yada salın. Elə “Keşlə”yə yeni gələn Con Kamaranın da bir işə yaramadığını özünüz görəcəksiz. Bu komandanı mövsümün ikinci yarısında ciddi uğursuzluqlar gözləyir.
 
Axundov hələ səbr edir. Yəqin ki, çempionat bərpa olunandan sonra nəticələrə baxıb o da bəzi addımlar atacaq. Lakin həmin vaxt məşqçi qovmaq heç nəyi dəyişməyəcək. Sədr indiyədək işə əl qoymalı idi.
 
Transferlərin yubanması, yeni gələnlərin yalnız Əhmədovun dostu Polad Nəbizadənin kadrları olması maraqlı məqamdı. Deməli, burada iş komandanı gücləndirmək üçün yox, cibləri doldurmaq üçün qurulub. “Keşlə”nin durumu, sabah dəliyə dönəcək Axundovun nüfuzu Əhmədovun vecinə deyil. 10-a yaxın futbolçunun qovulması, Yuri Maksimovun həyata qaytardığı Vaqif Cavadovun - müqaviləsi davam edən futbolçunun Antalyaya aparılmaması, onu qazanmağa cəhd edilməməsi, onları əvəz edənlərin də səviyyəsiz olması mütləq Əhmədovun bacarıqsızlığını üzə çıxaracaq. Bu insanın niyyəti təmiz deyil, ilahi ədalət də cəzasını verəcək. Necə ki, Kamaranın timsalında sabahın uğursuzluq bombası gətirilib.
 
“Keşlə” həm autsayderdi, həm də avrokuboklara vəsiqə qazanmağa ümid edir. Qışda işlər doğru görülsəydi, hətta ilk dördlüyə düşmək problem deyildi. 8 komandanın mübarizə aparıb, yarısının qitə yarışına yollandığı Azərbaycanda bu, realdı. Amma fasilə dönəminin boşa verilməsi üzündən indi əsas hədəf elitada yerini qorumaqdı. Gözü “Neftçi” prezidentliyində, AFFA-da rəhbər vəzifələrdə olan Axundov üçün bu hədəf ciddidisə, Əhmədovun başını sığallamaqda olsun.
 
FƏRİD

 
tarix: 25-01-2019 10:02


 
Xəbər lenti
19.06.2019

11:24   Aqolli “Partizani”yə kömək etməyəcək: "Qarabağ"ın baş məşqçisi mənə ikinci ata kimi olub”

11:15   Hacıyev üçün ən güclü rəqib

11:07   Platini azadlığa buraxıldı

11:00   Portuqaliyalı futbolçu Super Liqa klubunda

10:41   Fransa klubundan Super Liqaya transfer - RƏSMİ

10:20   Bir ailədən 4 nəfər - “Neftçi”nin rəqibi

10:00   “Səbail”in rəqibi 750 minlik keçidə hazırlaşır

09:45   Türkiyəli hücumçu Fransa klubunda

09:34   Super Liqaya çıxardığı klubu elitanı tərk edənə dəyişdi

09:17   “Bahalı yox, yaxşı olan qələbə qazanır”

09:00   20 il öncə başlayan yol – I yazı

08:30   “Real” 45 milyon avroluq transferini təqdim etdi

00:43   “Qarabağ” Avstriyaya çatdı

00:29   “Səbail” onunla rəsmən vidalaşdı, Avstriya klubuna keçdi - FOTO

00:15   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

18.06.2019

23:55  “Milan” Avroliqadan imtina edir

23:44  “Səbail” Bolqarıstanda ilk məşqə çıxdı

23:39  “Neftçi”nin şansı bizdən çox deyil”

23:20  UEFA “Neftçi”nin ilk oyununun yerini dəyişdi

22:37  Dəniz Yılmaz üçün yeni baş məşqçi

19:04  Emin Mahmudov: “Qalib gəlib, mərhələni keçməyə çalışacağıq”

18:45  Bordin: “Rəqibin fiziki hazırlığı bizimkindən daha yaxşıdı”

18:28  Avroliqada 1-ci təsnifat mərhələsinin bütün cütləri

18:06  Rəşad Sadıqov: “ÇL-də hər bir rəqib təhlükəlidi”

17:51  “Neftçi” və “Səbail”in Avroliqadakı rəqibləri bəlli oldu

17:45  “Sənan Qurbanov komandanı ən çətin vaxtda qəbul etdi”

17:30  Qurban Qurbanov: “Bizi çətin qarşılaşmalar gözləyir”

17:15  13 ildi avrokubokda qələbəyə həsrət Albaniya çempionu

17:00  Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin cütləri

16:42  “Qarabağ”ın ÇL-də rəqibi məlum oldu

16:24  “Borussiya”dan baş məşqçi ilə yeni müqavilə

16:00  UEFA Super Kubok matçına bilet satışına start verdi

15:31  PSJ-nin prezidentindən Mbappe açıqlaması

15:08  “Barselona”nın sabiq futbolçusu Hollandiya klubunda

14:43  “Neftçi”nin futbolçusu rəsmən “Sabah”da

14:26  “Qarabağ” Avstriyaya yola düşdü

14:04  Platini həbs olundu

13:47  Messi Fransa klubunda

13:29  Milli komandada ciddi itki

13:08  Nesta İtaliya klubunda

12:42  Nazim Süleymanov bu dəfə Buzovnada

12:29  “Qarabağ”ın oyununda 6 qol

12:08  Uelbeklə danışıqlar dayandırıldı

11:57  Çili millisi darmadağına sevindi

11:42  Poqbaya yeni təklif

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az