(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Azərbaycan futbolunun 155 minincisi

Azərbaycan futbolunun 155 minincisi

AFFA-nın “Futbola Qoşul” onlayn qeydiyyat sistemi vasitəsilə qeydiyyata alınanların sayı 155000 nəfərə çatıb. Futbolinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan futbol ailəsinin qeydiyyatdan keçən 155000-ci üzvü "Məhəllənin ulduzu” layihəsi çərçivəsində Yasamal rayonu, Süleyman Dadaşov 577  ünvanında AFFA tərəfindən inşa edilmiş süni örtüklü meydançada məşqlərə qatılan 30.05.2013-cü il təvəllüdlü Mahmudov Səlim Ayxan oğludu.
 
"Məhəllənin ulduzu" layihəsi AFFA tərəfindən inşa edilmiş süni örtüklü meydançalarda müxtəlif yaş qrupuna daxil olan uşaqlar üçün məşqlərin təşkil olunması, onların futbola, sağlam həyat tərzinə istiqamətləndirilməsi, bu idman növünün təbliğatının gücləndirilməsi məqsədi daşıyır. Layihə 6-8 yaşlı uşaqlar  üçün həftədə 2  və ya 3 dəfə təmənnasız olaraq məşq keçmək imkanı verir. Eyni zamanda, bütün məşq ləvazimatları da AFFA tərəfindən təmin olunur. Bu layihəyə xüsusi məşqçilik kursunu bitirmiş, minimum C məşqçilik lisenziyası olan məşqçilər cəlb edilib.

 
tarix: 25-01-2019 12:39


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az