(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Məşqçi seçimində çoxmu yubanmışıq? - SORĞU

Məşqçi seçimində çoxmu yubanmışıq? - SORĞU

Milli komandaya baş məşqçi təyinatının bu qədər müşkülə düşəcəyini hətta AFFA-dakılar da təsəvvür etməzdi. Qurban Qurbanovun istefasından 2 ay ötüb, yeni seçmə mərhələ isə martın sonunda başlayır. Amma əsas komanda hələ də başsızdı.
 
Səbəb açıqlanmır. Versiyalara görə, uyğun məşqçi tapılmır, şərtlərdə razılaşmaq mümkün olmur. Əsasən də AFFA-nın Avro-2020-nin final mərhələsinə yüksəlmək tələbi hamını qorxudur. Bizimkilər isə populizm üçün deyil, “yuxarı” səviyyədə belə tapşırıq olduğu üçün məşqçilərdən məhz finallara vəsiqə arzulayır.
 
Milliyə yerli məşqçinin təyin olunmasıyla bağlı ortaya atılan versiya ictimaiyyətin damarını yoxlamaq üçün idi və xoş qarşılanmadı. Bu səbəbdən AFFA-nın katibliyi yenidən əcnəbi məşqçi variantı üzərində düşünür və ciddi axtarışdadı. İş o həddə çatıb ki, artıq qurumun Məşqçilər Şurasının üzvləri də gecikdiyimizi vurğulayır.
 
AFFA niyə yubanır? Bu, millimizin qarşıdakı seçmə mərhələdə nəticələrinə təsir edə bilərmi?
 
Bu suallarla futbol jurnalistləri arasında kiçik sorğu keşirdik.
 
Qafqazinfo.az-ın əməkdaşı Elsevər Məmmədovun fikrincə, təyinatın yubanması AFFA-nın marağında olan məşqçilərin imtinası ilə bağlıdı: “Elxan Məmmədov hansısa məşqçinin dilindən vədlər almaq istəyir. Qurban Qurbanovdan sonra baş katib bu posta elə adam gətirməlidi ki, böyük təzyiqlə qarşılaşmasın. Çox güman ki, bu, onun işini bir az da çətinə salıb. Həm ad baxımından, həm məşqçilik keyfiyyətləri yüksək olan biri lazımdı. Azərbaycan yığması kimi komandaya belə məşqçinin gələcəyi inandırıcı deyil. Daha doğrusu, çox çətindi. Elxan Məmmədovun maddi vədləri böyük ehtimalla çox yüksəkdi. Amma buna aldanmayıb, AFFA-ya “yox” deyən istənilən məşqçi ağıllı davranır. Çünki hazırkı komanda ilə heç bir vəd vermək düzgün deyil. Kim gəlsə, uğurlu olmayacaq, 90 faiz ehtimalla nəticələr dəyişməz qalacaq. Qurban Qurbanov elə ən ideal seçim idi, onu da göndərdilər. Şəxsən mən Azərbaycan millisindən heç bir uğurlu nəticə gözləmirəm. Futbolçu potensialımız bəllidi. Əgər bir düz-əməlli mərkəz müdafiəçisi tapa bilmiriksə, hücumda hansısa ölkənin 3-cü, 4-cü liqasında oynayan futbolçulara güvəniriksə, uğur haqqında düşünmək ağılsızlıqdı. Avro-2020? Biz bu qrupdan çıxsaq, yəqin ki, dünyanın 8-ci möcüzəsi olar. Qrupun bizə uyğun tək komandası Macarıstandı ki, onların da heyətində Avropa klublarında top qovan oyunçular var. Mənim üçün məşqçinin indi və ya sonra gətirilməsinin heç bir əhəmiyyəti yoxdu, nəticə baxımından da heç nə gözləmədiyim üçün pis təsir edəcəyini, nəyisə dəyişəcəyini də düşünmürəm”.
 
“Xəzər” TV-dən tanıdığımız Sənan Abdullayev də oxşar fikirdədi: “Qurban Qurbanovun istefaya göndərilməsinin nağıl olduğu hamıya aydın idi. Qarşılıqlı razılıq yox, qarşılıqlı güc nümayişi oldu. Bunu Qurbanovun gətirdiyi mətbuat katibinin belə an keçmədən uzaqlaşdırılması, Rəşad Sadıqovla birgə qurulan millilərin de-yure ləğvi "qələbə"nin elanı idi. İndi isə elə bir məşqçi gətirilməlidi ki, ictimaiyyət onun Qurbanovdan ən azı nəticələrinə görə zəif olmasını əsas gətirib AFFA-nı qınamasın. Yerlilərdən min manat maaşa görə çarəsizcəsinə Obradoviçin böyrünə düzülüb şəkil çəkdirənlər üzdə olanlarımızın səviyyəsini açıq göstərdiyindən çıxış yolu əcnəbiyə qalır. 2020-də ev sahiblərindən biri olmağımız, dünya reytinqində yerimiz və qrupumuzun içi şərtlərində, bir də bildiyimiz qədər, açıqlanmasa belə, final mərhələsi tələbi özünə hörmət edən bütün məşqçiləri qorxudur. Özünə hörmət edən kimsə buna razılaşmaz! Aydın görünür ki, həmin adam bataqlığa baş vuracaq. Çıxmaq ehtimalı yox dərəcəsindədi. Gecikmənin təsir edəcəyi şübhəsizdi. Gələn adam elə futbolçularımızı tanımağa xeyli vaxt itirəcək. Ən pisi, real görünən uğursuzluq fonunda bizim suallarımıza çox rahatlıqla “siz də bilirsiz ki, gec gəlmişəm” cavabını verəcək”.
 
Matç.az-ın əməkdaşı Ruslan Sadıqov bir qədər fərqli düşünür: “AFFA-nın baş məşqçi seçimində yubandığını düşünmürəm. Qurban Qurbanovun istefasının ertəsi günü ilk yarının son tur oyunları keçirildi. Yanvarın əvvəlindən də klublarımız Antalyada təlim-məşq toplanışındadı. Yəni dekabr - yanvar aylarında yeni baş məşqçi gəlsəydi belə, milli üzvlərini düz-əməlli izləmək və ya toplanış keçmək imkanı olmayacaqdı. Ancaq düşünürəm ki, ikinci yarının startına qədər baş məşqçi təyin olunmalıdı. Onun çempionat matçlarını müntəzəm izləməsi şərtdi. Həmçinin AFFA fevralda qısamüddətli də olsa, yığma üçün toplanış, hətta bir yoxlama görüşü təşkil etməlidi. Bu, həm məşqçiylə futbolçuların bir-birini tanıması, həm də çalışdırıcının beynindəki oyun üslubunu çatdırması baxımından çox önəmlidi. Xorvatiya ilə görüşə qədər bu proseslər həyata keçsə, o zaman AFFA-nın gecikmədiyini söyləmək olar. O ki qaldı Avro-2020-dəki nəticələrə təsir məsələsinə, etraf edək ki, yığmamız qrupun aşkar autsayderidi. Nəsil dəyişdikcə futbolçuların səviyyəsinin get-gedə aşağı düşdüyü bir dönəmdə nəyəsə iddia etmək özü absurddu. Novruz bayramı günü Xorvatiya "papağımıza" 2 yox, 4-5 "yumurta" qoya bilər. Hər halda, Zaqrebdən xalla dönmək ehtimalını belə, adam düşünə bilmir. İkinci oyunun iyunda keçiriləcəyini nəzərə alsaq, yeni baş məşqçinin əsas işi həmin vaxtdan görünəcək”.
 
Komanda.az-ın baş redaktoru Rəşad Ergün ironiyalı cavabla seçildi: “AFFA ozunu inandirib ki, kimsə bizim millini AC-2020-nin final mərhələsinə cixara bilər. Bunlar da həmin o "kimsə"ni axtarir. Həmin o "kimsə" də baxir reytinq siralamasina, Azərbaycan millisinin 107-ci yerdə olduqunu gorub, ele bilir AFFA onunla məzələnir. Ona gorə də, AFFA-nin təklifini hec kim ciddi qəbul etmir. Bas məsqci məsələsinin yubanmasinin  AC-2020-dəki nəticələrə elə də təsiri olmayacaq. Buvaxta qədər bas məsqcilər olub, nə etmisik? Olmasa nə olacaq ki? Hec nə olmaz, biz bas məsqcisiz də qrupdaki yerimizi bilirik (gülür)”.
 
Fanat.az-ın əməkdaşı Nihat Ağasoy proseslərə fərqli prizmadan yanaşır: “Ortada aydın məqsəd var: AFFA-nın, daha doğrusu, ölkə futbolunu təkbaşına idarə edən baş katib Elxan Məmmədovun əsas hədəfi Qurban Qurbanovdan qurtulmaq idi. Ona görə yox ki, onun rəhbərliyi dönəmində milli zəif oynayır, ümid vermirdi. Səbəb Qurbanov və digər milli komandalara bu çalışdırıcının istəyi ilə götürülən mütəxəssislərin “vəzir”in əl-qolunu bağlaması, bildiyi kimi işləməsinə mane olması idi. AFFA-dakılar kimi və niyə axtardığını məncə, özləri də dəqiq bilmir. Qurbanovun, Rəşad Sadıqovun və digərlərinin yola salınması əvvəldən cızılmış planın birinci hissəsi olaraq asanlıqla həyata keçirildi. Amma ikinci hissə daha çətin missiyadı. Qurum rəsmiləri yeni əcnəbinin “hakimiyyət”i dönəmində qeydə alınacaq mümkün uğursuzluğun öz “kreslo”larını da laxlada biləcəyindən ehtiyatlanır. Azərbaycan futbolunu bu vəziyyətə qoyanların danışıq apardığı bütün səviyyəli mütəxəssilər isə necə deyərlər, neft ölkəsinə qiymət oxuyur.  Əlbəttə, büdcədən neçə milyon verilməsi mənəvi anlamda assosiasiyadakı söz sahiblərini maraqlandırmır. Ancaq sabah havaya sovrulan milyonlara görə cavab vermək lazım gəlsə, vəziyyət qəlizləşə bilər.  Məntiqlə, növbəti fiaskonu Məmmədova və əlaltılarına keçməyəcəklər. Gecikmə AÇ-2020-nin final mərhələsinə vəsiqə qazanmaq perspektivinə zərbə vura bilərmi? Bu hədəfi ortaya atmağın özü futbol ictimaiyyətini dolamaq cəhdindən başqa heç nə deyildi. Baş katib və “ləbbeyk” prinsipiylə işləyənlər lap dekabrda Joze Mourinyo ilə anlaşsaydı belə, yığmanın AÇ-yə yüksəlmək ehtimalı 2 faiz olardı. Yəni gecikib-gecikməmələri bu mənada xüsusi önəm daşımır. Gecikməsəydilər 2, gecikiblərsə, 1 faizdi. Hansı idarəçilik, hansı perspektiv və hansı Avropanın güclü birinciliklərində top qovan oyunçularla qitə birinciliyindən danışırlar?”
 
AĞA

 
tarix: 25-01-2019 14:07


 
Xəbər lenti
25.06.2019

19:46   “Keşlə”dən Latviya klubuna

19:23   “Neftçi” ilə oyundan sonra sevinməyimiz Qurban Qurbanovun xoşuna gəlmirdi”

17:43   “Sevilya”nın futbolçusu qəza törətdi, 2 nəfər öldü - FOTO

17:21   “Sumqayıt”da istirahət başa çatdı

17:00   “Çelsi” Lempardla danışıqlara başladı - RƏSMİ

16:44   Lion “Olimpik”ində yeni futbolçu

16:23   “Borussiya”dan Premyer Liqa klubuna

16:02   Şeydayev yeni mövsümü bu klubda keçirəcək

15:46   Milli komandada ciddi itki

15:25   “Qarabağ”ın legioneri oynamadı, komandası qalib gəldi

15:01   Super Liqa təmsilçisindən Liqa 1 klubuna

14:42   “Səbail”in yoxlama oyununun vaxtı dəyişdirildi

14:24   UEFA “Qarabağ”ın albanlarla ilk oyununun saatını açıqladı

14:00   “Neftçi”nin cavab matçının da vaxtı bilindi

13:43   “Azərbaycanın futbol ənənəsi olan bütün bölgələrinə səfər edəcəyik”

13:22   “Neftçi”nin yeni transferi: “Hədəfim bacardığım qədər çoxlu qol vurmaqdı”

13:10   “Səbail” “Beroe”yə qarşı - YENİLƏNİR

13:00   Amerika kubokunda 1/4 finalın cütlükləri

12:41   Millimizin futbolçusu ən yaxşılar arasında

12:20   Tunis xal itkisi ilə başladı

12:00   Emil Balayev Qazaxıstanda hamını qabaqladı

11:46   Uruqvay qrup lideri, Çili ikinci oldu

11:30   Yeni transferi “Qarabağ”la məşqlərə başladı

11:15   “Qarabağ”ın Avstriyada ikinci sınağı - YENİLƏNİR

11:00   Azərbaycanlı referi final oyununa təyinat aldı

10:30   Dəniz Yılmazın klubundan yeni transfer

10:00   Super Liqa klubundan 2 transfer

09:30   “Sevilya”dan “Ayaks”a 15,7 milyonluq transfer

09:00   “Neftçi”nin Türkiyədə 10-cu günü - VİDEO

24.06.2019

23:43  “Səbail”in “Beroe” ilə matçının başlanma saatı bəlli oldu

23:33  “Qarabağ”ın rumınlarla oyun saatı açıqlandı

21:31  Azərbaycan Premyer Liqasında son mövsümün ən yaxşı 10 qolu – VİDEO

20:45  “Milan”da ayrılıq

19:03  “Neftçi”nin Türkiyədə ikinci rəqibi müəyyənləşdi

18:43  “Səbail”in Avroliqada debüt matçının başlama saatı açıqlandı

18:09  Sənan Qurbanov: “Verdiyimiz pulu bəyənmirlər”

17:17  Türkiyə klubu seneqallı forvardla gücləndi

16:48  Baş məşqçi “sarı” aldı, tarixə düşdü

16:17  Benites Premyer Liqa klubundan getdi

15:54  “Speranta” - “Neftçi” matçının başlama saatı açıqlandı

15:12  “İnanırıq ki, növbəti mərhələyə yüksələn biz olacağıq”

14:50  Səmədov Azərbaycandan təklif alıb: “İndi bu variant haqda düşünürəm”

14:26  Super Liqa klubunda yeni hücumçu

14:00  “Real”la “Çelsi”nin əfsanələrindən 9 qolluq oyun

13:36  Şeydayevin komandası Avstriyaya yollandı

13:00  A Seriyası təmsilçisindən Kipr klubuna

12:41  Rodalleqa Super Liqa klubunda

12:15  Seneqalla Əlcəzair 3 xalı 2 qolla qazandı

12:00  Emil Balayev: “Narahat olmaq üçün hər hansı bir səbəb yoxdu”

11:45  “Zirə” çempion oldu – 1500 manatlıq mükafat

11:30  “Qarabağ”ın yaxşı komanda olduğunu bilirəm, amma onlara qalib gələ bilərik“

11:15  “Səbail”dən Albaniya klubuna - FOTO

11:00  İlkin Qırtımov “Keşlə”də!

10:45  “Qarabağ”ın rəqibinə 5 qol vurdular

10:30  “Qarabağ”da 3 illik müqavilə: “Azərbaycanın ən önəmli komandasına gəldiyimi bilirəm”

10:15  Emil Balayev oynadı, “Tobol” qalib gəldi - VİDEO

10:00  La Liqaya sonuncu vəsiqənin sahibi bəlli oldu

09:45  Bilal Həmdi “Səbail”ə keçidindən danışdı

09:30  Kolumbiya və Argentina da 1/4 finalda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az