(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Emil necə böyüdü?

Emil necə böyüdü?

"Neftçi"ni yeni qəbul etmişdik. Perspektivli yeniyetmə qapıçının olduğu deyilirdi. Üzünü görən isə yox idi. Araşdırmağa başladıq. Bəlli oldu ki, uzun müddətdi məşqlərə qatılmır, Rusiyadadır. Hansısa menecerlərin vasitəsilə klub axtarılır...
 
"Neftçi" ilə müqaviləsi bitməmişdi hələ...
 
AFFA və Rusiya Futbol Federasiyasına rəsmi məktublar ünvanladıq, yeniyetmə futbolçu klubda olmasa da, tam olaraq nəzarətə götürdük. Eyni zamanda ailəsilə əlaqə saxlamağa qərar verdik.
 
Emil Balayevin atası Nazim müəllimin çox çətin insan olduğu deyilir və kluba qayıtmayacaqları ilə bağlı qəti fikirlər bildirilirdi...
 
Əlaqə saxladıq, telefonla danışdıq. İlk olaraq Emilin geri dönməyəcəyini bildirdi. Kluba dəvət etdik və görüşümüzdən sonra qərarda sərbəst olacaqlarını dedik...
 
Peşəkarlıq, müqavilə öz yerində, ilk öncə niyyət, ünsiyyət, psixoloji yanaşma çox önəmlidir. Qarşılıqlı inam bütün qapıları açır...
 
Nazim müəllimlə 30 dəqiqəlik söhbətimizdən sonra heç bir maliyyə, digər şərtlər irəli sürmədən qəti şəkildə bildirdi, "Emil "Neftçi" də olacaq, sizlərə inanıram".
 
Doğrusu "çətin" insan deyilən Nazim müəllimin belə tez qərar verməsi gözləmilməz və sevindirici oldu. Hüquqşünas atanın insani keyfiyyətləri, qəti addımları, dünyagörüşü Emilin sabahına ümid verirdi. Qalırdı kluba qayıtması və inkişafı...
 
Çox gənc olmasına baxmayaraq, əsas heyətə cəlb etdik. Qapıçılar üzrə serb mütəxəssis Nebonun xüsusi nəzarəti altında məşqlərə start verildi. Əsas qapıçımız Stamenkoviç də öz qayğısını əsirgəmirdi. Tezliklə Emil Balayev çempionatda start heyətdə də debüt etdi...
 
Yerli futbolçular mentalitetdən, digər səbəblərdən böyük əziyyət çəkirlər. Bu, tək onların günahı deyil, ümumi cəmiyyətin problemidir...
 
Azərbaycan futbolunda Emil Balayev kimi gənclər istisnadır. Ailə tərbiyyəsi, həyata baxışı, davranışı, böyük-kiçik yerini bilməsi mükəmmələ yaxındır. İstedadı ilə yanaşı müxtəlif dillərin mənimsənilməsi, öyrənilməsi isə əlavə üstünlüyüdür...
 
"Neftçi"nin hədəfləri hər zaman zirvə, çempionluq olub. Qapıçı yükü çox ağır olur. Vaxtından əvvəl yerini alsa, "sına" bilər. Planlı şəkildə inkişafının təmin olunması, daimi oyun praktikasının olması üçün icarəyə göndərilir, "Sumqayıt", "Araz"ın heyətində "Neftçi" üçün yetişirdi. Naxçıvandakı çıxışı ilə daha da püxtələşdi, özünəinamı artdı. "Neftçi" ilə Avropa, möhtəşəm "San Siro" meydanlarına çıxaraq Stamenkoviçdən sonra əsas heyətə hazırlanırdı...
 
Artıq milli komandaya da cəlb edilir, gənc qapıçı kimi skautların diqqətini cəlb edirdi.
 
Almaniyaya tez göndərildi, hələ tam hazır deyildi. Bir tərəfdən də xəstəlik, əməliyyat Emili xeyli geri saldı...
 
Geri, Azərbaycana dönmək məcburiyyətində qaldı. Öz təfəkkürü, tərbiyyəsi, istedadı ilə əyilmədi, bütün əziyyətlərə dözdü. Peşəkar idman, futbol kənardan göründüyü kimi sadə deyil, çox qəddar sahədir...
 
Təəssüf ki, "Neftçi" öz yetirməsi olan Emil Balayevə sahib çıxmadı. İllərin əziyyətilə yetişmiş digər istedadlı gənc futbolçular kimi klubdan didərgin salındı. Ölkənin ən bacarıqlı gənc qapıçı-yetirməsini "unudub" səviyyəsiz legionerlərə, başqa klubların yerli qapıçılarına üstünlük verilirdi. Emil məcburiyyətdən digər klublarda çıxış edirdi...
 
İstedad öz üzərində səbrlə çalışırsa, bütün çətinliklərə sinə gəlirsə, heç vaxt itib-batmır. İllərin əziyyətinin bəhrəsi hər zaman ödənilir.
 
Emil Balayevin Qazaxıstan "Tobol"una transfer xəbəri karyerasında yeni mərhələdir. Artıq təcrübə toplamış, bərkə-boşa düşmüş Emil, böyüyüb, püxtələşib. Tək qapıçı bacarığı deyil, şəxsi keyfiyyətləri də inkişafını təmin etməlidir. Karyerasında Emil Balayev üçün yeni çağırışdır...
 
"Neftçi"nin yetirməsindən "Səbail" də müəyyən vəsait əldə edəcək. Vaxtilə səriştəsiz, "Neftçi"ni dağıdan təsadüflər "Emil Balayevin transferindən klub futbolçunun 40 yaşına kimi pul qazanacaq", deyirdi. Buyurun, qazanın...
 
Qapıçı üçün Emil Balayevin yaşı çox münasibdi. İnanıram ki, bundan sonra da öz üzərində çalışsa, yaxın 5-10 ildə millinin bir nömrəli qapıçısına çevrilə bilər. Tanrı zədələrdən qorusun...
 
Yolun açıq, uğurların bol olsun, Emil!
 
TAHİR SÜLEYMANOV, beynəlxalq dərəcəli hakim, “Neftçi”nin sabiq vitse-prezidenti

 
tarix: 25-01-2019 16:24


 
Xəbər lenti
18.02.2019

18:20   Azərbaycanlı hakimlər VAR sertifikat turnirinə dəvət aldı

17:15   Yurçeviçin millimizlə Bakıda debüt matçının vaxtı bilindi

16:46   Milimizin rəqibi gürcülərlə qarşılaşacaq

15:19   “Napoli”dən ayrılan futbolçu rəsmən Çin klubunda

14:50   Millimizin üzvü Latviya klubunda - RƏSMİ

14:24   Messi bunu da bacardı

13:51   Birinci Divizion: 16-cı turun hakimləri

13:17   Premyer Liqada 18-ci turun hakim təyinatları açıqlandı

12:55   “Arsenal”dan “Napoli”yə

12:38   Qışdan sonra: “Neftçi” 4-cü pillədə

12:24   Azərbaycan çempionatının 99-cusu

12:02   Namiq Ələsgərov üçün əlamətdar tur

11:49   “Sumqayıt” 70-ə çatdı

11:25   Bayılla “Bəhramov” arasındakı onqat fərq

11:19   İtaliya çempionatında 20:0 hesablı qələbə - VİDEO

11:15   Mbappe tarixə düşdü

11:11   Qadına görə qadağa

10:56   Zidanın tələbləri

10:49   Almeyda həsrəti bitirdi

10:41   Xal itirməyən qalmadı

10:27   Məğlublar hakimlərdən şikayətləndi

10:17   “Qarabağ” hücumçusunu Ukrayna klubuna satır

10:10   Lukaku satılır

10:01   “Azərbaycanda yaxşı şəraitlə qarşılaşdıq”

09:52   Axundovun xilası naminə səhv...

09:41   Riçard Almeyda: “Qəbələ” fasilədən sonra bizdən üstün idi”

09:31   Ozan Canın yoxluğunda komandası məğlub oldu

09:24   “İlk yarı heç-heçə bitsəydi, yaxşı nəticə əldə edə bilərdik”

09:11   “Eştoril” Dadaşovsuz xal itirdi

09:00   Maksim Medvedev: “Mahir Mədətovun hərəkətlərinə əsəbləşirik”

02:08   PSJ 3 xalı tək qolla qazandı

01:56   “Real” autsayderə uduzdu, “Sevilya” darmadağın oldu

01:40   “İnter”dən qələbə, “Napoli”dən xal itkisi

01:06   Millimizin baş məşqçisi: “Futbolçularda güc hiss etdim”

00:55   Millimiz İspaniya toplanışını məğlubiyyətlə başa vurdu

00:23   “Qalatasaray”dan səfərdə darmadağın

17.02.2019

23:30  “Borussiya” “Ayntraxt”la heç-heçəyə razılaşdı

22:07  Daha üç komanda 1/4 finalda

21:04  40-cı heç-heçə

20:32  “Qəbələ” “Qarabağ”la yenə bacarmadı - VİDEO

20:01  Qurban Qurbanovdan “Qəbələ”yə tərif

19:48  “Məğlub olsaq da, futbolçularımı təbrik etdim”

19:22  “Qarabağ” “Neftçi” ilə xal fərqini minimuma endirdi

18:37  “Sabah” “Səbail”ə belə uduzdu - VİDEO

17:52  “Matçın gedişində söyüşə qətiyyən yol vermək olmaz”

17:34  Elşad Əhmədov: “Alınsa, yeni transfer edəcəyik”

16:58  “Səbail” “Sabah”ı məğlub yola saldı

15:42  Bundesliqada yeni rekord

14:01  “Zirə”də 25-ci ölkə təmsilçisi

13:09  İsrafilovlu “Alkorkon” yenə uduzdu

12:08  “Qəbələ”nin sabiq forvardı “Şaxtyor”da

11:18  Ufuk Budak oynamadı, komandası uduzdu

10:26  Dmitri Nazarov qələbəni kənardan izlədi

09:31  Rüfət Dadaşov üçün 8 dəqiqə və 1 xal

01:41  “Barselona” və “Atletiko”ya 1 qol bəs etdi

01:30  “Milan” “Atalanta”ya səfərdə qalib gəldi

01:14  Meydan sahibləri üçün növbəti uğurlu gün

00:55  “Mançester Siti” darmadağınla 1/4 finalda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az