(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Əhmədovun alverçi təfəkkürü və Axundovun ifşası

Əhmədovun alverçi təfəkkürü və Axundovun ifşası

Yox, söhbət oyun alqı-satqısından getmir. Tərlan Əhmədov oyunçu vaxtı nə qələt qarışdırıb, AZAL-da, “Neftçi”də baş məşqçi işləyəndə nə hoqqalardan çıxıb, babalı öz boynuna. Sübut edə bilməyəcəyimiz şeyi iddia da etmirik.
 
Əhmədovun alverçi təfəkküründən danışarkən onun son açıqlamasındakı məntiqsizliyi nəzərdə tuturam. “Keşlə”nin baş məşqçisi futbolçuları təyyarəylə başsız yola salıb, özü “daha sərfəli” avtobusla yola çıxırsa, bu kluba canıyananlıq yox, xislətin diqtə etdiyi düşüncə qüsurudu. Bundan sonra onun futbolçuların yanında hörməti ola bilməz. Özünü nə qədər aşağıdan aparırsansa, o qədər də kiçik olacaqsan.
 
Tərlan Antalyada jurnalistlərə (sport24.az) verdiyi açıqlamada komandayla birgə deyil, avtobusla vətənə qayıtmasına izah verməyə çalışıb: “Heç bir səbəb yoxdu. Sadəcə, 4-5 nəfər məşqçi heyəti avtobusla gəlmişik. Onunla da Antalyadan bu gün qayıdacağıq. Klub 25 nəfərlik heyətlə bura gəlib. Yüklərimiz həddən artıq çox olduğuna görə avtobusla qaytarırıq. Təyyarədə baqaj həddən artıq bahadı. Orda ödənilməli olan 30 minə yaxın vəsaitdənsə, belə daha məqsədəuyğundu. Köməkçilərim avtobusla gedirlərsə, onları tək göndərə bilmərəm. Heç bir aerofobiyam yoxdu. Sadəcə, köməkçilərimdən ayrı təyyarəylə qayıtmağı qəbul edə bilməzdim. Ona görə rəhbərlikdən xahiş etdim ki, köməkçilərim, texniki heyət avtobusla gedirsə, onların yanında getməliyəm. Əzabı çəkirlərsə, bu, mən başda olmaqla çəkilməldi. Bunu tək edə bilməzdilər”.
 
Gözləriniz yaşarmasın, bu, insanlıq jesti deyil, idarəçilikdəki bacarıqsızlığın nümunəsidi. Baş məşqçi futbolçularının başında olmalı, avtobusla qayıdan inzibati heyətə də hansısa klub rəsmisi rəhbərlik etməliydi. İşin, peşəkarlığın qaydası budur. 30 min manata qənaət etmək lazımdı, lakin bunun üçün baş məşqçinin futbolçulardan ayrı düşməsi ayıbdı.
 
Əhmədovun bu qənaətcilliyi harada öyrənməsi də maraqlıdı. Komandaya heç bir fayda verməyən Andre Klennonun iki aylıq maaşı bu xərci bağlamağa imkan verir. Heç bir xeyri olmayan belə oyunçuları saxlamaqdansa, onları göndərib daha böyük işlər görmək olar. Elə Tərlanın istəyi ilə gələn yeni əcnəbilər də eyni gündədi.
 
Həm də bu, həmin Tərlandı ki, “Neftçi”də hərəsi 15-20 min dollar maaş alan 3 futbolçunu aldırıb ehtiyatda oturtmuşdu. O klubun pulu pul deyildimi? Hələ yanına salıb apardıqlarını, xərcini kluba ödətdirdiyi “qonaqlarını” demirik. O zaman qənaət zamanı deyildi, yoxsa “Neftçi”nin pulu havadan gəlirdi?
 
Tərlanın belə danışmasının səbəbi var. O, həm özünü canıyanan kimi göstərib, xal qazanmağa cəhd edir, həm də klubun rəhbəri Zaur Axundovu ifşa edir. Əhmədov çətin şəraitdə işlədiyini göstərməyə çalışır ki, sabah nəticələri düzəldə bilməyəndə də əlində bəhanəsi olsun. Bu, birbaşa baş məşqçisinin qayğısına qala bilməyən Axundova – Müşahidə Şurasının sədrinə arxadan zərbə, çəpəki sillədi. “Keşlə”ni həvəskar klub kimi nişan verir...
 
Bildiyimizə görə, “Keşlə” Antalyaya gedəndə də eyni marşrut, eyni sərnişinlər seçilib. Amma bugünədək xəbər mətbuata çıxmamışdı. Və Əhmədov özü açıqlama verməklə Axundovun yarıtmaz klub idarəçiliyini ifşa etdi. Sədrin nüfuzuna necə zərbə vurduğunun fərqində olmalıdı...
 
Əhmədov həmişə belə işləyib. Özünü sadə göstərməyə çalışıb, amma əslində, alverçi təfəkkürünü büruzə verib. Yalançı qəhrəman yenə iş başındadı və autsayder imicindən qurtula bilməyəcəyini anladığından diqqəti klubda üzləşdiyi problemlərə yönəldir. Sabahın sığortası üçün...
 
CAVAD

 
tarix: 25-01-2019 18:41


 
Xəbər lenti
22.09.2019

20:56   Bordin: “10 nəfərlə daha yaxşı oyun göstərdik”

20:41   Tərlan Əhmədov: “Heç-heçə ədalətli nəticədi”

20:22   “Neftçi” ilə “Keşlə”dən heç-heçə

19:36   Emil Balayevli “Tobol”dan növbəti qələbə - VİDEO

19:10   “Rəsmi oyunlara qədər bunlar yoluna qoyulacaq”

17:52   Millimiz Rusiyaya məğlub oldu

15:59   “Barselona” 25 ildən sonra…

14:46   Vüqar Əsgərov “Liepaya”nı məğlubiyyətdən xilas edə bilmədi

13:28   Millimizin üzvü ehtiyatda qaldı, komandası uduzdu

12:45   Ufuk Budak debüt etdi, “Altınordu”...

12:12   MS-dən 8 cavabsız qol - VİDEO

11:59   Sertan Taşqın: “Hiss edirdim ki, alınacaq”

11:33   Amil Yunanov: “Keşlə” karyeram məni geri saldı”

11:10   Rasim Ramaldanov: “İlk “beşliy”ə düşəcəyik, hətta...”

11:05   Əliyev fasilədə əvəzləndi, darmadağına sevindi

10:55   Fariz Nəcəfov: “AFFA bizə sponsor tapsa, çox sevinərdim”

10:48   “Qarabağ”da istirahətə son, məşqə davam

10:14   İsrafilov üçün 90 dəqiqə və 3 xal

09:30   Turabovun komandasından “Partizani”ylə heç-heçə

00:57   “Barselona”dan 5 oyuna 2-ci məğlubiyyət, “Atletiko”dan xal itkisi

00:44   “Yuventus”dan çətin qələbə, derbidə “İnter” sevindi

21.09.2019

23:59  “Monako” yenə qələbəyə həsrət qaldı

23:35  “Fənərbaxça”dan əzmkar qələbə

23:12  “Bavariya”dan darmadağın

22:54  “Mançester Siti” 3 xalı 8 cavabsız qolla qazandı

22:28  “Səbail” - “Qəbələ” 1:1 - VİDEO

22:22  “Qarşımıza heç ikinci yer hədəfi də qoyulmayıb”

22:14  Elmar Baxşıyev: “Heç kimdən çəkinmirik”

21:37  “Sabah” “Sumqayıt”a uduzdu, “Səbail”lə “Qəbələ”dən heç-heçə

20:55  “Sumqayıt” “Sabah”ı tək qolla yendi - VİDEO

19:56  Ayxan Abbasov: “Bu gün tam başqa yerdə olmalıydıq”

19:48  “Sabah”ın hücum xəttində çatışmazlıq var”

19:03  Novruzovun komandası 3 xalı tək qolla qazandı

18:25  Rüfət Dadaşov üçün 83 dəqiqə və 1 xal

16:49  Külək - millimizin ardıcıl məğlubiyyətlərinin günahkarı

15:15  “Neftçi”nin oyununun biletləri satışa çıxarıldı

15:13  Millimiz Belarusa yenə məğlub oldu

15:02  “Barselona”dan daha bir ilk

14:47  Monçi: “Qarabağ”la oyun asan keçmədi”

13:33  Ekşteynin problemi: “Qol vura bilmirik”

13:19  Avroliqa: Azərbaycanın ən yaxşısı Pavel Paşayevdi

12:39  UEFA millimizin rəqibinin hücumçusunu cəzalandırdı

11:41  UEFA “Qarabağ”ı yenə cərimələdi

11:09  Azərbaycanlı futbolçu rəmzi komandada

10:40  “Səbail”lə “Qəbələ”nin 11-ci dueli

10:11  Dadaşov oynadı, komandası ilk qələbəsini qazandı

09:37  Millimizin üzvü üçün 7 dəqiqə və 3 xal

09:00  “Dürüst olsam, bunu gözləmirdim” - Yevgeni Koçuk

01:06  La Liqada tur heç-heçə ilə başladı

00:56  “Sauthempton” “Bornmut”a doğma meydanda uduzdu

00:45  3 xalı 3 qolla qazandılar

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az