(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
“Qəbələ” macarlara qalib gəldi

“Qəbələ” macarlara qalib gəldi

Mövsümün ikinci yarısının hazırlıqlarını davam etdirən “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib.

Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar”ın Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışındakı son rəqibi Macarıstanın MTK klubu olub. 

“Titanik” otelinin meydançasında keçirilən Budapeşt təmsilçisi ilə matç əlvərişsiz hava şəraiti ilə əlaqədar öncədən nəzərdə tutulduğundan 20 dəqiqə gec – Bakı vaxtı ilə saat 19:20-də başlayıb.

Beş qolun qeydə alındığı matç “Qəbələ”nin qələbəsiylə başa çatıb.

“Qəbələ” bunadək Antalyada 2 yoxlama oyununda qüvvəsini sınayıb. Almaniyanın “Meppen” (1:2) və Rusiyanın “Yenisey” (2:2) klubları ilə görüşən “qırmızı-qaralar”ın “Fakel”lə (Rusiya) matçı əlverişsiz hava şəraiti üzündən ləğv olunub.

Yoxlama oyunu
26 yanvar

Qəbələ – MTK (Macarıstan) 3:2
Qol: Cavid Hüseynov, 40-pen. Lalavele Atakora, 74. Sabien Lilay, 79.
“Titanik” otelinin meydançaları.

Qəbələ: 22. Dmitri Bezotosnı, 2. Amin Seydiyev, 3. Voyislav Stankoviç, 4. Elvin Camalov, 10. Rauf Əliyev, 14. Cavid Hüseynov (K), 17. Ceyms Adeniyi, 27. Bəhlul Mustafazadə, 28. Stiven Monroz, 34. Urfan Abbasov, 99. Davit Volkovi
Ehtiyat oyunçular: 35. Murad Popov, 30. Anar Nəzirov, 5. Rasim Ramaldanov, 7. Roman Hüseynov, 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 18. İlqar Qurbanov, 21. Lalavele Atakora, 35. Josiel, 79. Kayo Neves, 88. Sabien Lilay.


 
tarix: 26-01-2019 21:20


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az