(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
“Neftçi”dən darmadağın

“Neftçi”dən darmadağın

Antalyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün son yoxlama matçını keçirib.

Futbolinfo.az xəbər verir ki, “ağ-qaralar” Bolqarıstanın “Beroe” klubuyla qarşılaşıb. Saat 16:30-da start götürən qarşılaşma “ağ-qaralar”ın qələbəsiylə başa çatıb.

“The Sense De Luxe” otelində məskunlaşan “Neftçi” yanvarın 18-də Rumıniyanın “Qaz Metan” (3:0), 23-də isə Çexiyanın “Slovan” Liberes (1:2) klubları ilə qarşılaşıb.

Yoxlama oyunu
26 yanvar

Neftçi – Beroe  4:0
Qol: Dario Federiko, 12; 30. Baqali Dabo, 39. Vangelis Platellas, 58.

Neftçi: 1.Səlahət Ağayev, 3.Mamadu Mbodj, 5.Anton Krivotsyuk, 8.Emin Mahmudov (K), 9.Baqali Dabo, 10.Dario Frederiko, 11.Vanqelis Platellas, 21.Məhəmməd Mirzəbəyov, 22.Mirabdulla Abbasov, 26.Ömər Buludov, 93.Soni Mustivar.
Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 6.Qoran Paratski, 7.Namik Ələskərov, 15.Ruslan Abışov, 17.Rəhman Hacıyev, 18.Tural Axundov, 20.Elnur Süleymanov, 32.Mirkamil Əliyev, 36.Mamadu Kane, 70.Əli Şirinov, 77.Elvin Sərkərov, 95.Rəhman Daşdəmirov.


 
tarix: 26-01-2019 18:22


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az