(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Samir Əliyev: "AFFA-nın təklifi gözlənilməz oldu"

Samir Əliyev: "AFFA-nın təklifi gözlənilməz oldu"

Azərbaycanın U-19 milli komandasının baş məşqçisi Samir Əliyev sportal.az saytına müsahibə verib. 39 yaşlı mütəxəssis ilk toplanışdan və yığmadakı planları barədə danışıb.
 
- U-19 millisini çalışdırmaqla bağlı AFFA-dan təklif aldıqda təəccüblənmədiniz?
- Sözün düzü, bir az gözlənilməz oldu. Görüşdük, federasiya rəsmiləri ilə söhbət etdik, bir az zaman istədim. Bundan sonra bir neçə nəfərlər məsləhətləşdim və qərar verdim ki, bu yükün altına girim. Məşqçilik karyeramda yeni bir səhifə və çağırış oldu.
 
- İlk toplanışdan razı qaldınız?
-  Seleksiya və tanışlıq məqsədli toplanış oldu. Araz Qulamovla Emin İmaməliyev köməkçi məşqçilər olacaq. Mən 2001-2002-ci il doğumlu futbolçuları o qədər də yaxşı tanımıram. Ancaq İmaməliyev “Qəbələ”nin U-19 komandasında çalışıb. O, həm “Qəbələ”də, həm də digər klublarda olan gənc oyunçular tanıyır. Toplanışdan öncə biz məşqçilər divizion və U-19 liqasında çıxış edən klubların çalışdırıcıları ilə danışdıq. Onların rəyinə əsasən, bu futbolçular toplanışa dəvət aldılar. Divizion klublarının məşqçiləri ilə milliyə layiq olan futbolçular barədə söhbət etdik. Onların təklif etdiyi və özümüzün tanıdığı futbolçulardan ibarət 23 nəfərlik heyət topladıq. Planlaşdırdıq ki, üç oyun keçirək. Ancaq təəssüf ki, hava şəraitinə görə bunlardan biri təxirə salındı. Bir həftəlik toplanışla qəti nəsə qərar vermək olmur. Ancaq bizdə müəyyən fikir formalaşdı.
 
- Avropa çempionatının ilkin seçmə mərhələsinin qrupunda şansları necə dəyərləndirirsiniz?
- U-19 elə yaş qrupudur ki, futbolçular peşəkar karyeralarında ilk addımlarını atırlar. Bu yaşda bizim Avropa ölkələri ilə ayaqlaşmağımız çətindi. Çexiya San Marino və Norveçlə eyni qrupda qərarlaşmışıq. Çexiya və Norveçin  U-19 milliləri ötən və ondan əvvəlki illər elit-raund mərhələlərində ştirak ediblər. U-17 və U-19 Avropa çempionatlarında çıxış etmiş komandalardır. Vaxtımız var, hazırlaşacağıq. İstəyirik ki, layiqli çıxış edək və qarşımıza qoyulan elit-raund hədəfini reallaşdıraq. Bunun üçün əlimizdən gələni edəcəyik.
 
- Rəqiblərimizin oyununu izləmisiniz?
- Sözün düzü, hələ öz millimizi formalaşdırmaq istəyirik. Fikrimizi buna cəmləmişik. Proqramımızı AFFA-ya təqdim etmişik. Demək olar, 99 faiz təsdiq olunub. Oktyabr ayına kimi yoldaşlıq oyunları keçirməyi planlaşdırırıq. Bununla paralel olaraq, rəqiblərimizin yoxlama görüşlərini mən, ya da köməçilərimin canlı izləməsini də istəyirik. Rəqiblərlə tanış olacağıq və təhlillər aparacağıq.
 
- Qrupda favorit kimi hesab edirsiniz?
- Fikir bildirmək çətindir. Rəqiblərin oyununu izləməmişik. Qrupda Norveçlə Çexiya güclü rəqiblərdir. Çexiya evdə oynayacaq, bu da onlar üçün əlavə üstünlükdür. Norveçin U-19 yığması ötən il İngiltərə üzərində 3:0 hesabı ilə qalib gəlib. Elə bu oyunu demək kifayətdir. Fikrimcə, Çexiya və Norveç qrupda favoritdir. Ancaq vaxtımız var və hazırlaşacağıq.
 
- Neçə yoxlama oyunu nəzərdə tutulub və rəqibləri seçmisiniz?
- Planı tərtib edib federasiyaya təqdim etmişik. Artıq təsdiq edilib. Oyunların sayını bilmirəm. İstəyirik ki, oktyabr ayına qədər beynəlxalq yoldaşlıq oyunları keçirək, təcrübəmizi daha da artıraq. Futbolçuların oyun praktikaları daha da artıracaq. Federasiya ilə görüşmüşük və bununla bağlı axtarışlar, danışıqlar gedir. Bildiyiniz kimi, ötən il U-19 millimiz elit-raunda vəsiqə qazanıb. Antalyaya gəlmişəm və burada yığmada çıxış edə biləcək 12 nəfərə yaxın 2001-2002-ci il təvəllüdlü futbolçulara baxıram. Onlar bu il də U-19 yığmasında oynayacaqlar. Ayın 27-si və 30-u oyunlar var. Onların çıxışını izləyəcəm.

 
tarix: 26-01-2019 10:18


 
Xəbər lenti
19.04.2019

00:58   Avroliqada yarımfinalçılar bəlli oldu

18.04.2019

23:55  “Keşlə”nin gənc qapıçısı xəstəxanalıq oldu - FOTO

21:51  “Qarabağ”dan “Keşlə”yə 3 cavabsız qol - VİDEO

21:28  Qurban Qurbanov: “Hər qərara etiraz edə bilmərik”

21:17  Tərlan Əhmədov: “Uşaq səhvləri məni çox yorur”

21:00  “Qəbələ” yeni prezidentini açıqladı - RƏSMİ

20:56  “Qarabağ”dan darmadağın

20:00  “Sumqayıt” “Səbail”ə də uduzdu - VİDEO

19:42  Tərlan Əhmədov qovuldu

19:31  Aftandil Hacıyev: “Maariflənmə getməli, yeni qaydalardan xəbərimiz olmalıdı”

19:19  Ayxan Abbasov: “Məğlubiyyətə layiq deyildik”

19:01  “Sabah” Təmkin Xəlilzadəni qovdu

18:55  “Neftçi” “Sabah”la matça hazırlığı başa vurdu

18:35  “Səbail”dən Sumqayıtda əzmkar qələbə

18:06  Şevçenko “Neftçi”nin qonağı oldu

17:43  Avropa nəhənglərinin istədiyi futbolçunu 7 milyon avroya aldı

16:38  Millidə baş məşqçi istefası

16:10  Serbiya - Azərbaycan: 2 oyun, 15 qol - VİDEO

15:34  La Liqa klubunda yeni müqavilə

15:10  Ayaz Quliyev “Spartak”ın əsas heyətinə döndü

14:49  “Neftçi” ilə oyuna üç itki ilə

14:27  Dani Kintana Polşada ən yaxşılar arasında

14:00  ÇL-də yarımfinal matçlarının vaxtı açıqlandı

13:24  “Yuventus”un forvardı 2 həftəlik sıradan çıxdı

13:01  Ramiz Məmmədovdan Tərlan Əhmədova dəstək

12:45  Sabiq “Qalatasaray”lı Dortmund “Borussiya”sında

12:02  ÇL-də həftənin ən yaxşısı adına 4 namizəd

11:37  “Qəbələ” - “Zirə”: 18-ci duel

11:14  Elçin Məmmədova sərt ittihamlar: “Kişi olan şəxs heç vaxt zənən xeylağı ilə prinsip aparmaz”

10:46  Çempionlar Liqasında yeni rekord

10:20  Millidə yeni baş məşqçi, 7 aylıq müqavilə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az