(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Zirə” 10-cu qələbənin astanasında

“Zirə” 10-cu qələbənin astanasında

Bu gün Bakı vaxtı ilə saat 18:00-da (Yerli vaxtla 17:00) “Zirə” Türkiyədəki təlim-məşq toplanışında son oyununa çıxacaq. “Qartallar” Rusiya təmsilçisi “Tambov”la görüşəcək.
 
Bu, Samir Abasovun yetirmələrinin Antalya hazırlığı çərçivəsində 3-cü sınağı olacaq. Əvvəlki oyunlarda Rumıniya “Voluntari”si və Macarıstan “Paksi”sinə eyni – 1:0 hesabı ilə qalib gələn “Zirə” ardıcıl 3-cü qələbəsini qazanmağa çalışacaq.
 
Paytaxt təmsilçisi meydanı qələbə ilə tərk etsə, Türkiyədə baş tutan beynəlxalq yoxlama matçlarında 10-cu dəfə qalib gələcək. 8-ci dəfə qonşu ölkədə toplanış keçən komanda indiyədək 9 dəfə xarici klubları məğlub edib. 20 matçda 4 heç-heçə və 7 məğlubiyyəti də olan qəsəbə təmsilçisi 25 qol vurub və 18-ni buraxıb.
 
Əsası 2013-cü ildə qoyulan “Tambov” artıq 3 ildir I divizionda – Milli Futbol Liqasında mübarizə aparır. Ötən il 4-cü yeri tutan eyniadlı şəhərin komandası cari çempionatda qış fasiləsinə lider kimi yollanıb.
 
Tambov təmsilçisi “Zirə”nin bu ölkədən olan ikinci rəqibidir. “Qartallar” indiyədək 1 dəfə Rusiya təmsilçisi ilə üz-üzə gəlib. 2018-ci il yanvarın 30-da komanda “Avanqard”la görüşüb. Həmin vaxt şimallılar 3 cavabsız qolla qələbə qazanıb.

 
tarix: 26-01-2019 14:21


 
Xəbər lenti
26.04.2019

09:56   “Neftçi”nin 3 komandası finalda

09:25   “Qəbələ” “Keşlə”ni 4 qolla məğlub etdi

09:12   “Sabah”ın əsas komandasından azyaşlı futbolçulara dəstək

09:00   AFFA-da oğurluq: kamera görüntüləri onları ifşa etdi

01:24   “Real” “Xetafe” səfərindən 1 xalla döndü

00:54   İtaliya kubokunda hər iki finalçı bəlli oldu

25.04.2019

23:06  “Qalatasaray” darmadağınla finalda

21:33  Ramil Şeydayev oynadı, komandası yenə uduzdu

19:33  Millimizin rəqibi yoxlama oyunu keçirəcək

19:00  “Bavariya” rekordunu yenilədi

18:24  “Mançester Siti” və Qvardioladan rekord

17:50  AFFA Gəncə şəhər stadionu ilə bağlı tender elan etdi

17:25  Azərbaycanda işləmiş məşqçidən Ayaz Quliyevə sərt tənqid

16:58  “Zirə”nin beş futbolçusu üçün ilk

16:21  40 il sonra gələn antirekord

15:43  “Üç xal qazana bilsək, bürünc medallara çox yaxınlaşacağıq”

15:26  İlk heç-heçə: 5-ci quru oyun

15:08  İtaliyalı futbolçu “Qarabağ”la oyunu unutmur

14:42  Şimşək çaxdı, oyun təxirə salındı

14:07  “Ayaks” 12 yaşında klubu təhqir edən futbolçunu transfer etdi - VİDEO

13:30  Premyer Liqada mövsümün rəmzi komandası

13:07  HAŞİYƏ: “Vandallar Bakıda tarixi abidəni dağıtdılar”

12:39  Premyer Liqada 26-cı tur rəqəmlərin gözü ilə

12:18  İki ildən sonra: Yenə yarımfinalda

12:01  “Sumqayıt” “20”-yə çatdı

11:54  Qvardiola tələsmir və… qadağa qoyur

11:45  Sulşer rəqibi tərifləyir

11:29  AFFA Region Liqası ilə bağlı qərar verə bilmir – araşdırma gedir

11:01  İtaliyada Bordinə şans vermədilər

10:30  Matç zamanı ağzına arı girdi, xəstəxanalıq oldu - FOTO

10:03  Azər Əliyevin komandası qələbəni əldən verdi

09:54  Lisenziya intizarı: AFFA klubların maliyyə hesabatını gözləyir

09:47  Quluzadənin komandası 4 qola üzüldü

09:21  Paşayev oynadı, komandası qalib gəldi

09:00  “Bakı” ölkədən, FIFA futboldan qovdu – danışılmış oyunlara görə

01:25  “Atletiko” “Barselona”nın çempionluğunu ertələdi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az