(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Zirə”nin tarixində ilk

“Zirə”nin tarixində ilk

“Zirə” Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını başa vurub. 

Futbolinfo.az xəbər verir ki, 2018/19 mövsümünün ikinci yarısına hazırlıq üçün yanvarın 12-də qonşu ölkəyə yollanan “qartallar” 14 günlük toplanış gerçəkləşdirib.

İki həftəlik hazırlıq prosesində Samir Abasovun yetirmələri 3 yoxlama oyununda qüvvəsini sınayıb. Yanvarın 18-də Rumıniyanın “Voluntari” klubu ilə qarşılaşan komanda 1:0 hesabı ilə qalib gəlib. “Zirə”nin Antalyadakı ilk qoluna Pərdis Fərcad-Azad imza atıb. 4 gün sonra Macarıstan “Paksi”si ilə görüşən “qartallar” yenə eyni hesabla qələbə qazanıb. Bu dəfə İlkin Qırtımov fərqlənib.

Yanvarın 26-da keçirilən son sınaqda isə rəqib Rusiya “Tambov”u olub. Yenə qol buraxmadan qalib gələn “Zirə” 2:0 hesabı ilə qələbə qazanıb. Rəqib qapısına Bilal Həmdi və Aleksandr Dedov yol tapıb.

Beləliklə, Abasovun yetirmələri Antalya toplanışında keçirdiyi hər üç qarşılaşmada qalib gəlib. 4 top vuran komanda qapısını toxunulmaz saxlayıb.

Yoxlama oyunlarındakı belə nəticə klubun tarixində də ən yaxşı göstəricidi. Premyer Liqada oynamaq hüququ qazandığı 2015-ci ilin yayından başlayaraq ildə 2 dəfə Türkiyəyə yollanan "Zirə" belə nəticələrə imza atmamışdı. Belə ki, komanda” ilk dəfə toplanışı 3 qələbəylə başa vurub, bunadək 2-dən artıq qələbə əldə etməmişdi. Antalyada keçirdiyi 3 oyunda qapısında qol görməyən “Zirə” ilk dəfə qonşu ölkədən qol buraxmadan dönür. İndiyədək ən yaxşı halda 1 dəfə rəqib qolu qeydə alınmışdı.

Bununla da “qartallar” 2018-ci ilin yayında başlayan beynəlxalq yoxlama oyunlarındakı uğurlu seriyalarını davam etdirib. 2018-ci ilin yayındakı toplanışda da məğlubiyyətlə üzləşməyən komanda 7 matçdır yenilmir. Son 6 görüşdə qapısından qol buraxmayan zirəli futbolçular ardıcıl 5-ci "quru hesablı" qələbəsini qazanıb. 
Belə ki, ötən toplanışın son iki görüşündə “Osmanlıspor” (Türkiyə) 1:0, “Traktorsazi”nin U-23 (İran) komandası 3:0 hesabı ilə məğlub edilmişdi. Bu oyunlardan əvvəl isə “Girəsunspor”la (Türkiyə) duel qolsuz bitmişdi. Qətər “Əl-Xaritiya”sına da uduzmayan “Zirə” son qolunu həmin qarşılaşmada buraxıb – 1:1.

Xatırladaq ki, “Tambov” üzərində qələbə beynəlxalq yoxlama oyunlarında 10-cu olub. 21 matçda 4 heç-heçə və 7 məğlubiyyəti də olan komanda 27 qol vurub 18-ni buraxıb.


 
tarix: 27-01-2019 11:07


 
Xəbər lenti
19.02.2019

18:10   AFFA-dan “Səbail”ə 2400 manatlıq cərimə

17:21   “Neftçi” “Səbail”lə oyuna da Aqilsiz hazırlaşır

17:04   “Sportinq”də daha bir erkən vida

16:24   “Espanyol”dan La Liqada yeni rekord

15:57   Premyer Liqa klubunun forvardı sıraya döndü

15:19   İqor Mitreski: “Həm “Neftçi”, həm də Bakı mənim qəlbimdədi”

14:55   Braziliya millisinin kapitanı “Barselona”da

14:34   Şeydayevsiz qələbə

13:51   AFFA “Keşlə”yə texniki məğlubiyyət verdi

13:32   Birinci Divizionda top və xərək daşıyanlara görə cəzalar

13:03   Rəfiyev şikayət etməyəcək: “Öz günahımızdan uduzduq”

12:57   İngiltərə klubuna casusluğa görə cəza verildi

12:36   Kapitan 220 gün sonra qayıdır

11:51   Stuxlikin tələbi VAR

11:45   Rauf 10 gündən sonra qayıdacaq

11:40   Dadaşovun oynamamasının səbəbi

11:30   “Bavariya” və “Barselona” üçün çətin səfər - YENİLƏNİR

11:02   Paşayev ermənilərə qarşı oynadı

10:51   Şeydayev yenidən Türkiyədə

10:39   1/4 final cütlükləri bilindi

10:31   Erat oynadı, komandası məğlub oldu

10:23   Vengerin favoriti

10:12   De Xeaya yeni təklif

10:01   AFFA-nın faydalı limiti: daha nələr etmək olar?

09:47   Milli komandada yeni baş məşqçi

09:30   Nəbiyev oynadı, “Slaviya” səfərdən xalsız döndü

09:21   Nani rəsmən ABŞ klubunda

09:14   “Sumqayıt”ın milliləşdirdiyi oyunçu: “Damarlarımda İsrail qanı axır”

09:00   Hakimliyin fiaskosu: turun bütün oyunlarında ciddi səhvlər var idi!

02:02   “Mançester Yunayted” “Çelsi”ni 1/4 finala buraxmadı

01:51   “Atletik” səfərdən 3 xalla döndü

01:32   “Borussiya” səfərdə xal itirdi

01:24   “Roma”dan çətin qələbə

18.02.2019

23:26  Super Liqanın liderinə 1 qol bəs etdi

18:20  Azərbaycanlı hakimlər VAR sertifikat turnirinə dəvət aldı

17:15  Yurçeviçin millimizlə Bakıda debüt matçının vaxtı bilindi

16:46  Milimizin rəqibi gürcülərlə qarşılaşacaq

15:19  “Napoli”dən ayrılan futbolçu rəsmən Çin klubunda

14:50  Millimizin üzvü Latviya klubunda - RƏSMİ

14:24  Messi bunu da bacardı

13:51  Birinci Divizion: 16-cı turun hakimləri

13:17  Premyer Liqada 18-ci turun hakim təyinatları açıqlandı

12:55  “Arsenal”dan “Napoli”yə

12:38  Qışdan sonra: “Neftçi” 4-cü pillədə

12:24  Azərbaycan çempionatının 99-cusu

12:02  Namiq Ələsgərov üçün əlamətdar tur

11:49  “Sumqayıt” 70-ə çatdı

11:25  Bayılla “Bəhramov” arasındakı onqat fərq

11:19  İtaliya çempionatında 20:0 hesablı qələbə - VİDEO

11:15  Mbappe tarixə düşdü

11:11  Qadına görə qadağa

10:56  Zidanın tələbləri

10:49  Almeyda həsrəti bitirdi

10:41  Xal itirməyən qalmadı

10:27  Məğlublar hakimlərdən şikayətləndi

10:17  “Qarabağ” hücumçusunu Ukrayna klubuna satır

10:10  Lukaku satılır

10:01  “Azərbaycanda yaxşı şəraitlə qarşılaşdıq”

09:52  Axundovun xilası naminə səhv...

09:41  Riçard Almeyda: “Qəbələ” fasilədən sonra bizdən üstün idi”

09:31  Ozan Canın yoxluğunda komandası məğlub oldu

09:24  “İlk yarı heç-heçə bitsəydi, yaxşı nəticə əldə edə bilərdik”

09:11  “Eştoril” Dadaşovsuz xal itirdi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az