(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
“Azərbaycanlı futbolçular taktiki hazırlıqda geri qalırlar”

“Azərbaycanlı futbolçular taktiki hazırlıqda geri qalırlar”

"Ailəm Kiyevdə yaşayır, amma son yarım ildə onlar tez-tez Azərbaycana uçmalı olurdular. Bir gün yoldaşım dedi ki, gəl, evimizə yaxın ölkəyə gedək. Elə alındı ki, "Qomel"dən gələn təklif hamının ürəyincə oldu".

Futbolinfo.az xəbər verir ki, bu sözləri qış fasiləsində "Sabah"dan göndərilən Vitali Kvaşuk deyib. Azərbaycandan ayrıldıqdan sonra Belarus təmsilçisi "Qomel"ə keçən ukraynalı yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında əvvəlcə ölkəmizdəki 6 aylıq karyerasından danışıb:

"Fiziki baxımdan hazır idim. Ancaq yaxşı yadımdadır, gecə saat 3-də təyyarədən düşəndə Bakıda havanın temperaturu təxminən 25 dərəcə idi. İqlimə uyğunlaşmaq üçün bir neçə həftə lazım oldu. Həmçinin yerli mentalitetə alışmaq üçün də vaxt lazım idi. Müşahidələrimə əsasən, deyə bilərəm ki, digər əcnəbilərlə müqayisədə, postsovet ölkələrindən olan insanların Azərbaycandakı həyat tərzinə uyğunlaşması bir az çətin olur".

25 yaşlı futbolçu Azərbaycan futbolunda güclü rəqabət olduğunu söyləyib: "Bir il öncə də karyeramı Azərbaycanda davam etdirmək variantı var idi. Həmin vaxt müəyyən səbəblərdən keçidim alınmadı. Amma nəticə etibarilə yayda bu ölkəyə getdim. Yerli çempionatın bir çox oyunlarına baxmışdım və deyə bilərəm ki, orada komandaların səviyyəsi ciddi dərəcədə yuxarıdır. Komandaların çoxunda yaxşı legionerlər çıxış edir. Onların sayəsində çempionatın səviyyəsi yüksəkdir və rəqabət inanılmaz dərəcədədir. Şadam ki, Marko Deviç kimi usta futbolçu ilə bir yerdə oynadım. Cəsarətlə deyə bilərəm ki, karyeramın bu mərhələsi mənə peşəkarlıq baxımından çox şey verdi".

Kvaşuk Azərbaycan və Belarus çempionatlarını da müqayisə edib: "Belarus futbolunda fiziki mübarizəyə üstünlük verilir. Komandalar tez-tez uzun ötürmələrdən istifadə edirlər. Azərbaycanda isə güc futboluna üstünlük verən elə də çox komanda yoxdur. Onlar qısa ötürmələrlə sürətli oyundan istifadə edirlər. Ola bilər ki, azərbaycanlı futbolçular taktiki hazırlıqda bir qədər geri qalırlar, amma texnikaları bu boşluğu sığortalayır".

Qeyd edək ki, Kvaşuk bu mövsümün əvvəlində "Sabah"a keçmişdi.


 
tarix: 27-01-2019 12:29


 
Xəbər lenti
20.06.2019

11:23   Argentina millisi yenə xal itirdi

11:10   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

11:00   “Zirə”də yeni müqavilə

10:30   MY-nin əfsanəsi cəzalandı - Bukmeker kontorunda mərcə görə

10:00   Sabiq “Qalatasaray”lıdan dopinq etirafı

09:30   MY ispaniyalı futbolçusu ilə nikah təzələdi

09:15   “Mançester Siti”də yeni müqavilə

09:00   20 il öncə başlayan yol – II yazı

00:17   “Səbail” moldovalı futbolçu ilə müqavilə bağladı

19.06.2019

22:36  “Milan” yeni baş məşqçisini rəsmən açıqladı

20:16  “Keşlə” Samir Məsimovla vidalaşdı - RƏSMİ

20:05  “Bavariya”dan “Borussiya”ya 38 milyon avroluq transfer

19:39  “Real” yeni transferini təqdim etdi

18:36  Luis Enrike İspaniya millisindən getdi - RƏSMİ

18:00  Mirabdulla “Neftçi”ni məhkəməyə verir

17:35  “Qarabağ”da oynamağa razılıq verdi

16:57  Avroliqada 2-ci təsnifat mərhələsinin bütün cütləri

16:20  “Qəbələ”, “Neftçi” və “Səbail”in Avroliqadakı potensial rəqibləri bəlli oldu

15:46  “Keşlə” yeni transferini rəsmən açıqladı

15:39  Stuxlik: “UEFA-dan gələn bu siqnal bizim ağır işimizin mükafatıdır”

15:22  Azərbaycanlı hakimlər KONKAKAF turnirinə təyinat aldılar

15:17  “Keşlə” braziliyalı futbolçu transfer edir

15:05  “Qarabağ” “Partizani”yə uduzsa…

14:50  Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin bütün cütləri

14:32  “Keşlə” sabahdan məşqlərə başlayır

14:12  “Qarabağ”ın potensial rəqibi də məlum oldu

14:08  “Sumqayıt”da yeni müqavilə

13:50  Hollandiya klubundan “Keşlə”yə: Bu gün müqavilə imzalanır

13:43  “Psixoloji olaraq turu keçəcəyimizə inanıram”

13:36  Xorvat futbolçu “Keşlə” ilə müqavilə bağlamağa gəlir

13:00  Braziliya Venesuela ilə bacarmadı

12:43  “Neftçi”nin rəqibini yaxından tanıyaq - VİDEO

12:34  “Sumqayıt”ın futbolçusu 27 yaşında karyerasını bitirdi

12:27  “Kəpəz” başsız qaldı

12:26  “Zirə”nin yay hazırlıq planı açıqlandı

12:12  Meza Kolli “Səbail”ə qarşı oynamayacaq

12:04  Koçuk qayıtdı

11:57  Lilay “Qarabağ”ı təriflədi

11:44  "Sperantsa" - "Neftçi" matçının stadionu da dəyişdi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az