(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Dəniz Yılmazın yoxluğunda komandası zirvəni əldən verdi

Dəniz Yılmazın yoxluğunda komandası zirvəni əldən verdi

Futbol üzrə Türkiyə 1-ci liqasında 19-cu turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Altınordu” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.

Dəniz bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

Bu tura qədər vahid lider olan “Gənclərbirliyi” növbəti məğlubiyyətin ardından zirvəni əldən verib və hazırda 41 xalla 18 kollektiv arasında 2-cidi.


 
tarix: 27-01-2019 15:15


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az