(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Onlar “Neftçi” ilə oyunun nəticəsindən şoka düşər”

“Onlar “Neftçi” ilə oyunun nəticəsindən şoka düşər”

“Şəxsən mən “Neftçi” ilə oyundakı sınaqdan çox razıyam. Çünki bu qarşılaşmada məhz bu durumda – yorğun olan, futbol oynamağa çalışan yetirmələrimi görmək istəyirdim”. 

Futbolinfo.az xəbər verir ki, bunu Bolqarıstanın “Beroe” klubunun baş məşqçisi Aleksandar Tomaş deyib.

Vaxtilə Azərbaycanda “Bakı”nın şərəfini qoruyan sabiq futbolçu “Neftçi” ilə Antalyadakı yoxlama oyununu dəyərləndirib. Tomaş komandasının 0:4 hesablı məğlubiyyətinin gözlənilən olduğunu bildirib: “Belə vəziyyətdə futbolçuların nəyə qadir olduğunu bilmək, buna uyğun çalışmaq lazım idi. Oyuna baxmayanlar “Neftçi” ilə görüşün nəticəsindən şoka düşər. Biz bu matçda 4 qol buraxdıq. Amma bütün planlaşdırdıqlarımızı meydanda gördüm ki, buna sevinməyə dəyər. Sevinirəm ki, oyunçular səylə, dayanmadan çalışdılar. Bizim səhvlərimiz də oldu ki, onların üzərində işləməliyik. Yoxlama oyunları elə bu məqsədi daşıyır. Belə rəqiblərlə keçirilən səviyyəmizi görməyə imkan verir”.

2008/09 mövsümündə Azərbaycan çempionu olan Tomaş “Beroe”nin hazırlığını da dəyərləndirib: “10 gündü toplanışdayıq. Yüklənmə ilə çalışırıq. Yorğunluq artıq hiss olunur. Növbəti matç da “Neftçi” ilə oyun kimi olacaq. Məhz yorğunluqla mübarizədə necə düzgün oynamalı olduğumuzu görməliyik. Belə baxış mənim məqsədimdi. Düzdü, müəyyən səhvlərimiz nəticəyə təsir edir. Amma yoxlama oyununun nəticəsinə fikir vermirəm. Yalnız komandamdakı irəliləyiş məni maraqlandırır. Biz peşəkar olmalıyıq. Bu görüş də bizim üçün çox faydalı sınaq oldu”.


 
tarix: 27-01-2019 15:52


 
Xəbər lenti
20.04.2019

09:11   “Traktorsazi”dən ardıcıl 2-ci məğlubiyyət

01:00   Dörd qolluq heç-heçə

00:41   Meydan sahiblərindən çətin qələbə

00:25   “Bursaspor” yenə qələbəyə həsrət qaldı

00:01   Avroliqada həftənin ən yaxşı futbolçusu bəlli oldu

19.04.2019

23:09  Ələsgərov: “Hədəfimiz qarşıdakı bütün oyunlarda qalib gəlməkdi”

21:24  “Neftçi”ni Ələsgərov sevindirdi - VİDEO

21:15  Elşad Əhmədov: “Həmin epizoda baxmaq lazımdı”

20:56  Bordin: “Qalib gəlsək də, üzüldüyüm məqamlar da var”

20:22  “Neftçi”dən inamlı qələbə

19:55  Samir Abasov: “Bu oyun bütün suallara aydınlıq gətirdi”

19:38  Bakı finalına doğru: Aleksanr Səmədov səfir seçildi

19:02  “Futbolçuya meydanda ehtiyatlı olmağı tapşıra bilmərik”

18:54  “Qəbələ” - “Zirə” matçında 3 qol - VİDEO

18:37  “Neftçi” Petrovu itirdi: 2-ci dəqiqədə

17:53  “Qəbələ” “Zirə”ni məğlub yola saldı

17:44  Mahirdən xəstəxanalıq etdiyi futbolçuya ziyarət – FOTO

17:35  Kapitanın 150-ci oyunu

17:14  “Qəbələ”də Bezotosnı şoku

17:03  ÇL-də həftənin ən yaxşı futbolçusu açıqlandı

16:41  Mədətovla Medvedevdən yubiley

16:22  “Qarabağ”dan mövsümün rekordu

16:04  Maksim Medvedev: “Bu sürprizi çox bəyəndim”

15:42  “Qarabağ”ın təxirə salınan matçının vaxtı bilindi

15:25  Premyer Liqada 26-cı turun oyun cədvəli

14:54  Birinci Divizion: Növbəti turun oyun cədvəli açıqlandı

14:26  Maksim Medvedevin 400-ü - FOTOLAR

13:55  “Valensiya”lı mövsümü erkən başa vurdu

13:05  Paytaxt klubunda ciddi itki

12:46  “Çelsi”də yeni rekordçu

12:23  “FC Baku” oyun alveri edib? – AFFA-dan gözlənilməz qərar

12:00  Avroliqada həftənin ən yaxşısı adına 4 namizəd

11:42  Qaliblər mükafatlandırıldı

11:21  Region Liqası: Yarımfinal oyunlarının vaxtı bilindi

11:01  “Qəbələ”dəki yerdəyişmə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az