(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Roberto Bordin: “Bu heyətdən razıyam”

Roberto Bordin: “Bu heyətdən razıyam”

“Neftçi”nin baş məşqçisi Roberto Bordin klubun rəsmi saytına müsahibə verib. 

Futbolinfo.az xəbər verir ki, təlim-məşq toplanışını və yeni transferləri dəyərləndirən italiyalı mütəxəssis azarkeşlərə səslənib:

- Təlim-məşq toplanışından razı qaldınızmı?
- Taktiki-texniki planda eləmək istədiklərimizin hamısını həyata keçirdik. Komandamdan razıyam. Düzdür, bəzi futbolçuların yüngül zədələrinə görə kiçik problemlər vardı. Bununla belə, həmin oyunçuları ayağa qaldıra bildik. Təbii ki, üç yoxlama oyunu keçirmək bizim üçün çox vacib idi. Təlim-məşq toplanışından tam razı qaldım.

- Yeni transferlər – Mamadu Mbodj və Vangelis Platellasın oyunu sizi qane edirmi?
- Bəli. Bu futbolçuları, xüsusilə də Mamadu Mbodju əvvəldən izləyirdik. Sonra o, komandamıza qoşulub, müdafiə xəttimizi gücləndirdi. Vanqelis Platellasa gəlincə, yunanıstanlı hücum xəttimizi gücləndirəcək keyfiyyətdə olan futbolçudur. Bunlardan əvvəl isə Mamadu Kane heyətə cəlb olunmuşdu. Digər iki oyunçu kimi, onun da gəlişinə şadıq. Bu futbolçuların oyunları bizi sevindirir. Ümid edirəm ki, yeni transferlər komandaya kömək etmək üçün rəsmi oyunlarda özlərini daha da yaxşı tərəfdən göstərəcəklər.

- Yoxlama görüşlərində Əli Şirinov, Rəhman Daşdəmirov, Mirkamil Əliyev kimi gəncləri meydana buraxdız. Onlara çempionat oyunlarında da şans verəcəksiz?
- Bunu zaman göstərəcək. İndi bu haqda danışmaq tezdir. Əsas odur ki, onlar yaxşı hazırlıq keçdilər, ümumi məqsədimizə çatmaq üçün mənə və komandaya kömək etdilər.

- Kvame Karikarinin icarəyə verilməsindən sonra hücumçu transferi reallaşmasa, bunu ciddi problem kimi qiymətləndirmək olar?
- Əvvəla onu deyim ki, hazırkı heyətdən razıyam. Kifayət qədər yaxşı futbolçularımız var. Karikarinin gedişini bir tərəfdən itki saymaq olar. Çünki bizə köməyi dəyirdi. Amma digər tərəfdən təəssüf ki, bəzi hallarda komandada öz yerini tuta bilmədi. Ona görə özü də vəziyyəti dəyişmək qərarına gəldi. Hücum xəttinə gəlincə, Vanqelis Platellas yaxşı futbolçu keyfiyyətlərinə malikdir. Bununla belə, Mbodj və Platellasdan sonra heyətə daha bir futbolçu cəlb edə bilsək, daha yaxşı olar. Amma cəlb edə bilməsək, dediyim kimi, hazırkı heyətdən razıyam.

- "Neftçi” son rəsmi matçlarına böyük azarkeş dəstəyi olmadan çıxmışdı. Qarşıdan isə çempionluq uğrunda əsas rəqiblərdən olan "Qarabağ”la oyun gəlir. Azarkeşlərimizə nə demək istərdiniz?
- Azarkeşlərimizin dəstəyi bizim üçün çox vacibdir. Çünki onlar həmişə bizə sonadək mübarizə aparmaq üçün lazım olan gücü, enerjini veriblər. Çox ümid edirəm ki, azarkeşlərimizin də dəstəyi ilə "Qarabağ”la matçda yaxşı oyun göstərib, istədiyimiz nəticəni əldə edəcəyik.


 
tarix: 27-01-2019 16:10


 
Xəbər lenti
20.06.2019

11:10   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

11:00   “Zirə”də yeni müqavilə

10:30   MY-nin əfsanəsi cəzalandı - Bukmeker kontorunda mərcə görə

10:00   Sabiq “Qalatasaray”lıdan dopinq etirafı

09:30   MY ispaniyalı futbolçusu ilə nikah təzələdi

09:15   “Mançester Siti”də yeni müqavilə

09:00   20 il öncə başlayan yol – II yazı

00:17   “Səbail” moldovalı futbolçu ilə müqavilə bağladı

19.06.2019

22:36  “Milan” yeni baş məşqçisini rəsmən açıqladı

20:16  “Keşlə” Samir Məsimovla vidalaşdı - RƏSMİ

20:05  “Bavariya”dan “Borussiya”ya 38 milyon avroluq transfer

19:39  “Real” yeni transferini təqdim etdi

18:36  Luis Enrike İspaniya millisindən getdi - RƏSMİ

18:00  Mirabdulla “Neftçi”ni məhkəməyə verir

17:35  “Qarabağ”da oynamağa razılıq verdi

16:57  Avroliqada 2-ci təsnifat mərhələsinin bütün cütləri

16:20  “Qəbələ”, “Neftçi” və “Səbail”in Avroliqadakı potensial rəqibləri bəlli oldu

15:46  “Keşlə” yeni transferini rəsmən açıqladı

15:39  Stuxlik: “UEFA-dan gələn bu siqnal bizim ağır işimizin mükafatıdır”

15:22  Azərbaycanlı hakimlər KONKAKAF turnirinə təyinat aldılar

15:17  “Keşlə” braziliyalı futbolçu transfer edir

15:05  “Qarabağ” “Partizani”yə uduzsa…

14:50  Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin bütün cütləri

14:32  “Keşlə” sabahdan məşqlərə başlayır

14:12  “Qarabağ”ın potensial rəqibi də məlum oldu

14:08  “Sumqayıt”da yeni müqavilə

13:50  Hollandiya klubundan “Keşlə”yə: Bu gün müqavilə imzalanır

13:43  “Psixoloji olaraq turu keçəcəyimizə inanıram”

13:36  Xorvat futbolçu “Keşlə” ilə müqavilə bağlamağa gəlir

13:00  Braziliya Venesuela ilə bacarmadı

12:43  “Neftçi”nin rəqibini yaxından tanıyaq - VİDEO

12:34  “Sumqayıt”ın futbolçusu 27 yaşında karyerasını bitirdi

12:27  “Kəpəz” başsız qaldı

12:26  “Zirə”nin yay hazırlıq planı açıqlandı

12:12  Meza Kolli “Səbail”ə qarşı oynamayacaq

12:04  Koçuk qayıtdı

11:57  Lilay “Qarabağ”ı təriflədi

11:44  "Sperantsa" - "Neftçi" matçının stadionu da dəyişdi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az