(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Kəpəz” kimə tapşırılmalıdı?

“Kəpəz” kimə tapşırılmalıdı?

Divizion klubu “Kəpəz”ə yeni təyin olunan rəhbər heyət Gəncədə ciddi narazılıq yaradıb. İslam Abbasovun klubun Müşahidə Şurasına sədr, Vaqif Sadıqovun isə müavin seçilməsi yerli veteranları özündən çıxarıb.
 
Növbəti mövsümdən Premyer Liqada mübarizə aparacağı gözlənilən komandada Gəncədən heç kimin təmsil olunmaması, xüsusilə idarəçiliyin bu şəhərlə heç bir bağlılığı olmayanlara verilməsi haqlı narazılıq yaradır. AFFA-nın vasitəsi ilə maliyyələşdirilən klubda pula nəzarətin bu qurumun nümayəndəsinə tapşırılması başadüşüləndi. Lakin futbol tarixi olan şəhərin futbol ictimaiyyətinin ümumiyyətlə, kənarda saxlanılması elə onların özünə hörmətsizlikdi.
 
Gəncəli veteranlar da dilə gəlib. Onlar sosial şəbəkələrdə paylaşımlar edir, yeni rəhbərliklə bağlı etirazlarını bildirirlər. Daha tanınan sabiq futbolçular isə mətbuata çıxmağa başlayıb.
 
Maşallah Əhmədov “Futbol+: qəzetinə açıqlamasında narazılığını ifadə edib: “Yaşananlardan xəbərim var. Deməli, məsələ belədi. 2-3 ay əvvəl Elxan Məmmədovun yanına getmişdik. Üzbəüz oturub söhbət etdik və açıq şəkildə dedim ki, “Kəpəz”də Müşahidə Şurasının sədri səlahiyyətlərini yerinə yetirə bilərəm. Hamı bilir ki, gəncəli veteranlarla münasibətim yaxşıdı. Mehman Allahverdiyev, Arzu Mirzəyev, Səfər Rəhimov kimi keçmiş futbolçularla əl-ələ verib futbolu yenidən ayağa qaldırmağın planlarını cızıb, ən qısa zamanda hədəfə çatmaq mümkündü. Mənə konkret cavab vermədi, amma danışığından başqa planlarının olduğunu başa düşdüm. Açıq şəkildə bizə inamsızlıq göstərdiklərini dedim. Tanınmış futbolçuyam, Maşallah Əhmədovam, məni şuraya sədr qoymurlar. O vaxt “Neftçi”nin Müşahidə Şurasında yer almaq üçün Çingiz Abdullayevə müraciət etmişdim, o da onluq bir şeyin olmadığını demişdi. İslam Abbasovla Vaqif Sadıqovun “Kəpəz”də işləyə biləcəyinə inanmıram. Orda Mehman Allahverdiyevdən başqa heç kim işləyə bilməz. Mehman gələnə qədər Gəncədə futbol dirçəlməyəcək. Bunların ağlı var ki, Vaqifi Gəncəyə göndərirlər? “Kəpəz” nə İslamın yeridi, nə də Vaqifin. Gəncə nə Sumqayıtdı, nə də Lənkəran, ora başqa yerdi. Gəncədə işləmək çox çətindi. Mehman 2-3 il əvvəl “Kəpəz”də işləyəndə stadiona 20-25 min adam gəlirdi. Klub üçün canını qoyub, cibinin pulunu xərcləyib. Bu cür insanların əziyyətini yerə vurmaq olmaz. Allah hamısının işini avand eləsin. Mənim kimi bacarıqlı kadrları şuraya yaxın buraxmasınlar. Çünki keçmiş futbolçulara etimad göstərmirlər”.
 
Doğrusu, dələduzluqda ittiham olunaraq həbs edilən Maşallah bəyin kənarda saxlanılması başadüşüləndi. AFFA maliyyəni ona etibar etməməklə doğru qərar verib. Lakin SSRİ çempionatında da ad çıxarmış bu şəxsi ümumiyyətlə, yaxın qoymamaq da doğru deyil.
 
O da var ki, İslam Abbasovla Vaqif Sadıqov kimdi, onlar nə qədər “təmiz”di? Biri milli komandaların inzibatçısı, assosiasiya ilə futbolçular arasında körpü rolunu oynayan “Otkat İslam”, obirisi də futbolçuların müqavilələrinə şərik olmaqla, onlardan faiz almaqla məşhurlaşan, Azərbaycanda bu “biznes”in təməlini qoyan şəxs.
 
Ona görə də nə bu cütlüyə, nə də Əhmədova maliyyə etibar etmək olmaz. Əks halda, onlar da Mikayıl Nərimanoğlu kimi cib doldurmaqla, ağalarına pay göndərməklə məşğul olacaqlar. Klub daha sağlam qüvvələrə tapşırılmalıdı. Və idarəçi heyətdə mütləq gəncəlilər olmalıdı.
 
Narazı gəncəlilərə başçılıq edən Mehman Allahverdiyevin də deməyə sözü var: “Nə deyim axı? AFFA-dan belə məsləhət görüblər, bunlar da gəlib işləməlidilər. Zorla gedib nəsə tələb edəsi deyilik ki. İstər baş məşqçi, istər prezident, istərsə də icraçı direktor işlədiyim dönəmdə işimiz və “Kəpəz”in nəticələri göz qabağında olub. 3 il əvvəl Avroliqaya vəsiqə qazanıb, mərhələ adladıq. Mən klubdan çıxandan sonra nələr baş verdi, Allah bilir. İslam Abbasova da, Vaqif Sadıqova da uğurlar arzulayıram. Açığı, hansısa səlahiyyətli posta təyinat alacağımı gözləyirdim. Etmədilər, canları sağ olsun. Bu ideyanı irəli sürənə də, qərarı verənə də, icraçılara da can sağlığı diləyirəm. Necə işləyəcəklərini zaman göstərəcək. Söhbət azarkeşləri stadiona qaytarmaqdan gedirsə, bunun üçün özündənrazılıq kimi çıxmasın, Mehman Allahverdiyev lazım idi. İnanırsız, nə qədər zəng edirlər, görüşə çağırırlar. Hamı məndən xəbər alır, soruşur, maraqlanır. Baxıram ki, hamının ümidi mənədi. “Kəpəz”i 3 dəfə çempion etmişəm, 4 dəfə ölkə kubokunu qazanmışıq, 2 dəfə gümüş, 1 dəfə bürünc medallara sahib çıxmışıq. Çempionatlar tarixində mövsümboyu məğlubiyyət acısı yaşamayan bir komanda var – o da baş məşqçi olduğum dönəmdəki “Kəpəz”di. Məndən sonra çempionluq nədi, heç “bürünc” qazanmaq mümkün olmayıb. Klubun adını dəyişib “Gəncə” etmişdilər, “Kəpəz”in adını qaytardım. Bu gün futbolkaların yaxasındakı klub gerbi mənim dönəmimdə hazırlanıb. Sarı-göy rənglərin ideya müəllifi mən olmuşam. Həmin Mehman Allahverdiyevəm də. Vallah, özümü tərifləmək üçün demirəm. Sadəcə, “keçmişini dananın gələcəyi olmaz” məsəlini əsas tutub danışıram. Bunları mən deməsəm də, faktdı. Hər şey silinə bilər, amma tarix silinmir. Vallah, azarkeşlər var ki, deyir, sən yoxsan deyə, stadiona getmirik. Deyirəm, çox nahaq, gedin, dəstək verin, “Kəpəz” hamımızındı. Demək pis çıxmasın, vaxt olub biznesdən qazandığım şəxsi pullarımı klubun yolunda xərcləmişəm. Halal-halal xoşları olsun, Gəncəm və gəncəlilərim üçün etmişəm. Bakıdan oyundan qayıdanda yol qırağındakı təkərləri avtobusa yığıb gətirirdik ki, qaz olmayan bazada yandıraq, otaqlar isinsin. Meydanı sulayırdıq. Bu qədər əziyyət çək, axırı da belə... Bu gün maşından düşə bilmirəm, başıma yığışırlar. Qarabağ əlilləri, müəllimlər, veteranlar. Çox söz deyirlər, çox şey etmək istəyirlər, qoymuram. Nəsə edəcəklər, sonra da söhbət, şayiə ki, Mehman öyrətdi. Hələ işləmədiyim dönəmdə nə olurdusa, mənim üstümə atırdılar. Ona görə də susmaları məsləhətdi. Yaxşı olar, inşallah. Allah görür”.
 
Mehman bəyin dedikləri həqiqətdi. O, həqiqətən nüfuz sahibidi, Gəncədə futbol sözü onun adıyla sinonim təşkil edir. Düzdü, Allahverdiyev də sudan duru deyil, çempionluqlar, kuboklar yalnız təmiz mübarizənin nəticəsi olmayıb. Bununla belə, maliyyəyə nəzarət edərək onun bacarığından faydalanmaq pis olmaz. Məhz o, veteranları başına toplayıb şəhər futbolunu ayağa qaldıra bilər.
 
İstənilən halda, gəncəlilər narahatdı və əmin ola bilərsiz ki, yeni rəhbərlik, xüsusilə də Sadıqov “Kəpəz”də işləyə bilməyəcək. Yerli veteranlar bu biganəliyi ssenarinin müəllifi olan baş katib Elxan Məmmədova bağışlamayacaq. Vaqif bəyin hətta – vaxtilə bura kuratir təyin edilib, qovulan İsgəndər Cavadov kimi - Gəncəyə getməyə cəsarəti çatmayacaq. O, işində tam təmiz biri olsaydı, bunu edərdi, amma keçmişini, həyat fəaliyyətini ən azı gəncəli veteranlar yaxşı bilir. Bütün bunları nəzərə alsaq, AFFA bu sevdadan vaxtında vaz keçməli, maliyyəni əbəs yerə dağıtmamalıdı.
 
Problemi yazdıq, hazırkı ab-havanı təsvir etdik, bəs, çıxış yolu varmı? Var! Futbolinfo.az olaraq təklifimizi veririk, dəyərləndirib-dəyərləndirməmək AFFA-nın işidi.
 
Zənnimizcə, “Kəpəz”in Müşahidə Şurası Mehman Allahverdiyev, Maşallah Əhmədov, Yunis Hüseynov, Vidadi Rzayev, Vəli Qasımov kimi veteranlardan, eyni zamanda bəzi yerli iş adamlarından təşkil olunmalıdı. Mehman bəy əsas idarəçiliyi üzərinə götürüb, işlək komanda formalaşdırmalıdı. Bundan sonra Gəncədə futbol da olacaq, güclü komanda da.
 
Sədr postu isə Rəşad Qasımova tapşırılmalıdı. Məşhur gəncəli veteranımız Müzəffər Qasımovun oğlu təsadüfi adam deyil, “İnter”in prezidenti olub, Cahangır Hacıyevin bataqlığa salıb getdiyi paytaxt klubunu ölümdən döndərən biridi. Məhz onun iş bacarığı sayəsində indiki “Keşlə” cərimələrdən, sanksiyalardan qurtuldu. Ortabab futbolçularla döyüşkən komanda yaratdı, kollektivi dağılmağa qoymadı. Maraqlıdı ki, Qasımovun prezidentliyi dövründə komanda 20-dən çox (bəlkə də 23) oyunda bir məğlubiyyət belə görmədi. Lakin nədənsə onu klubdan uzaqlaşdırdılar və kənara atdılar.
 
Bildiyimizə görə, Rəşad bəyin Elxan Məmmədovla da yaxşı münasibətləri var. Çətin dövrdən “təmiz” çıxan veteran oğluna baş katib maliyyə məsələlərində güvənə bilər. Təbii ki, Nərimanoğlunun vaxtındakı kimi öz şəxsi marağı yoxdusa...
 
Bu, bizim təklifimizdi. AFFA həqiqətən bölgələrdə futbolun inkişafında maraqlıdısa, sərf etdiyi pulu işi bacaranlara etibar etməlidi. Qasımov sadəcə, son vaxtlar işini gördüyümüz, yadımızda qalan adlardan biridi. Elə Gəncənin özündə papaq altda yatan o qədər oğlanlar var ki...
 
FƏRİD

 
tarix: 28-01-2019 10:41


 
Xəbər lenti
20.04.2019

23:28   “Mançester Siti” “Tottenhem”i məğlub yola saldı

22:22   “Qalatasaray”dan inamlı qələbə

21:48   Şeydayev “Dinamo”ya qarşı 68 dəqiqə oynadı

19:14   Nazarovsuz heç-heçə

18:32   Dadaşovun komandasına 1 qol bəs etdi

16:57   Balayevin komandasından ilk xal itkisi

14:34   Azər Əliyev “Arsenal”a qarşı 26 dəqiqə oynadı

13:24   Əzizovun komandasından daha bir qələbə

12:57   AFFA-nın araşdırması: “Füzuli” oyunçularının qəsdən uduzduğunu düşünür

12:34   Bezotosnının durumuna sabah aydınlıq gələcək

12:29   Vüqar Əsgərovun dublu “Dauqavpils”ə qələbə qazandırdı

12:14   Son oyunda turun rekordu

12:07   Bordinsiz qələbə

11:59   “Real” onu itirdi

11:32   Bəhlul Mustafazadə “Seltik”in hədəfində

11:07   Dadaşov oynadı, “Eştoril” qalib gəldi

10:15   İsrafilovsuz “Alkorkon” 4 qola üzüldü

09:11   “Traktorsazi”dən ardıcıl 2-ci məğlubiyyət

01:00   Dörd qolluq heç-heçə

00:41   Meydan sahiblərindən çətin qələbə

00:25   “Bursaspor” yenə qələbəyə həsrət qaldı

00:01   Avroliqada həftənin ən yaxşı futbolçusu bəlli oldu

19.04.2019

23:09  Ələsgərov: “Hədəfimiz qarşıdakı bütün oyunlarda qalib gəlməkdi”

21:24  “Neftçi”ni Ələsgərov sevindirdi - VİDEO

21:15  Elşad Əhmədov: “Həmin epizoda baxmaq lazımdı”

20:56  Bordin: “Qalib gəlsək də, üzüldüyüm məqamlar da var”

20:22  “Neftçi”dən inamlı qələbə

19:55  Samir Abasov: “Bu oyun bütün suallara aydınlıq gətirdi”

19:38  Bakı finalına doğru: Aleksanr Səmədov səfir seçildi

19:02  “Futbolçuya meydanda ehtiyatlı olmağı tapşıra bilmərik”

18:54  “Qəbələ” - “Zirə” matçında 3 qol - VİDEO

18:37  “Neftçi” Petrovu itirdi: 2-ci dəqiqədə

17:53  “Qəbələ” “Zirə”ni məğlub yola saldı

17:44  Mahirdən xəstəxanalıq etdiyi futbolçuya ziyarət – FOTO

17:35  Kapitanın 150-ci oyunu

17:14  “Qəbələ”də Bezotosnı şoku

17:03  ÇL-də həftənin ən yaxşı futbolçusu açıqlandı

16:41  Mədətovla Medvedevdən yubiley

16:22  “Qarabağ”dan mövsümün rekordu

16:04  Maksim Medvedev: “Bu sürprizi çox bəyəndim”

15:42  “Qarabağ”ın təxirə salınan matçının vaxtı bilindi

15:25  Premyer Liqada 26-cı turun oyun cədvəli

14:54  Birinci Divizion: Növbəti turun oyun cədvəli açıqlandı

14:26  Maksim Medvedevin 400-ü - FOTOLAR

13:55  “Valensiya”lı mövsümü erkən başa vurdu

13:05  Paytaxt klubunda ciddi itki

12:46  “Çelsi”də yeni rekordçu

12:23  “FC Baku” oyun alveri edib? – AFFA-dan gözlənilməz qərar

12:00  Avroliqada həftənin ən yaxşısı adına 4 namizəd

11:42  Qaliblər mükafatlandırıldı

11:21  Region Liqası: Yarımfinal oyunlarının vaxtı bilindi

11:01  “Qəbələ”dəki yerdəyişmə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az