(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Mamadu Mbodj: “Hədəf çempionluqdur” - VİDEO

Mamadu Mbodj: “Hədəf çempionluqdur” - VİDEO

“Neftçi”nin yeni transferi Mamadu Mbodj klub televiziyasına müsahibə verib. 

Futbolinfo.az xəbər verir ki, seneqallı futbolçu bunları bildirib:

"Komandaya iki həftəlik gəldim. Həmin müddət ərzində müqavilə bağladım və "Neftçi”ni daha yaxından tanıya bildim. Birinci gündən gördüm ki, yaxşı kollektivimiz var. Heç bir komanda üzvündən pis münasibət görmədim. Məni yaxşı qarşıladılar. İlk gündən hər şey yaxşı idi. İki həftə komanda ilə məşq edib, evə qayıtdım. 

Çempionatın ikinci hissəsinə hazırlaşmaq üçün Antalyaya gəlmişik. Hər şey yaxşı gedir. İnanıram ki, belə də davam edəcək. Bura gəlmişik ki, oyun tərzimizi daha da yaxşılaşdıraq. Daha da yaxşı çıxış edək. Çempionatın ikinci hissəsinin ilk oyununadək tam hazır olaq. 

Azarkeşləri yaxşı anlayıram. İşlər qaydasında getməyəndə onlar da etirazlarını bildirməlidilər. Buna baxmayaraq, onların daim arxamızda olub, "Qarabağ”la ilk oyunda dəstək verməkləri bizim üçün vacibdir. Məncə, hər şey yaxşı olacaq. Onların dəstəyinə çox ehtiyacımız var. Azarkeşlərin tənqidini normal qarşılamaq lazımdır. Buna baxmayaraq, bizi dəstəkləmələrini istəyirəm. Biz də istədiyimiz nəticəni qazanmaq üçün əlimzdən gələni edəcəyik. 

"Neftçi”yə gəldiyim gündən "Qarabağ” haqda eşitmişəm. Dəqiq bilmirəm, son 4 və ya 5 Azərbaycan çempionatının qalibidir. Düzdür, güclü rəqibdir, amma biz də yaxşı komandayıq. Bizdə də işlər düzgün gedir. Bunun məntiqi nəticəsi kimi çempionatın lideriyik. Bilirik ki, çox çətin oyun olacaq. Buna baxmayaraq, təlim-məşq toplanışı hər şeyi yaxşı göstərir. Səhvlərimiz üzərində işləməliyik ki, oyuna hazır olaq və hər şey yaxşı olsun. 

Əsas məqsədimiz çempion olmaqdır. Mənim də hədəfim bu çempionluğu yaşamaqdır. Çempion olandan sonra növbəti məqsədlərə çatmaq uğrunda mübarizə aparacağıq. Hazırda ən vacibi komandaya əlimdən gələn köməyi etməyimdir ki, çempion olaq”.


 
tarix: 27-01-2019 22:05


 
Xəbər lenti
22.09.2019

00:57   “Barselona”dan 5 oyuna 2-ci məğlubiyyət, “Atletiko”dan xal itkisi

00:44   “Yuventus”dan çətin qələbə, derbidə “İnter” sevindi

21.09.2019

23:59  “Monako” yenə qələbəyə həsrət qaldı

23:35  “Fənərbaxça”dan əzmkar qələbə

23:12  “Bavariya”dan darmadağın

22:54  “Mançester Siti” 3 xalı 8 cavabsız qolla qazandı

22:28  “Səbail” - “Qəbələ” 1:1 - VİDEO

22:22  “Qarşımıza heç ikinci yer hədəfi də qoyulmayıb”

22:14  Elmar Baxşıyev: “Heç kimdən çəkinmirik”

21:37  “Sabah” “Sumqayıt”a uduzdu, “Səbail”lə “Qəbələ”dən heç-heçə

20:55  “Sumqayıt” “Sabah”ı tək qolla yendi - VİDEO

19:56  Ayxan Abbasov: “Bu gün tam başqa yerdə olmalıydıq”

19:48  “Sabah”ın hücum xəttində çatışmazlıq var”

19:03  Novruzovun komandası 3 xalı tək qolla qazandı

18:25  Rüfət Dadaşov üçün 83 dəqiqə və 1 xal

16:49  Külək - millimizin ardıcıl məğlubiyyətlərinin günahkarı

15:15  “Neftçi”nin oyununun biletləri satışa çıxarıldı

15:13  Millimiz Belarusa yenə məğlub oldu

15:02  “Barselona”dan daha bir ilk

14:47  Monçi: “Qarabağ”la oyun asan keçmədi”

13:33  Ekşteynin problemi: “Qol vura bilmirik”

13:19  Avroliqa: Azərbaycanın ən yaxşısı Pavel Paşayevdi

12:39  UEFA millimizin rəqibinin hücumçusunu cəzalandırdı

11:41  UEFA “Qarabağ”ı yenə cərimələdi

11:09  Azərbaycanlı futbolçu rəmzi komandada

10:40  “Səbail”lə “Qəbələ”nin 11-ci dueli

10:11  Dadaşov oynadı, komandası ilk qələbəsini qazandı

09:37  Millimizin üzvü üçün 7 dəqiqə və 3 xal

09:00  “Dürüst olsam, bunu gözləmirdim” - Yevgeni Koçuk

01:06  La Liqada tur heç-heçə ilə başladı

00:56  “Sauthempton” “Bornmut”a doğma meydanda uduzdu

00:45  3 xalı 3 qolla qazandılar

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az