(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Səbail” ölkəmizdən qaçan futbolçunu gətirdi

“Səbail” ölkəmizdən qaçan futbolçunu gətirdi

"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib. "Dənizçilər" Oke Akpoveta ilə anlaşıb. Nigeriyalı hücumçu mövsümün sonunadək müqavilə imzalayıb (futbol11.az).
 
27 yaşlı Azərbaycana tanış futbolçudur. Afrikalı hücumçu 2014-cü ildə "Rəvan"da çıxış edib. Həmin vaxt ölkəmizdə 15 oyuna çıxan Oke 1 qol vurub.
 
Son olaraq İsveç "Eskilstuna"sında forma geyinən Akpoveta əvvəllər Nigeriyanın "Varri Volves", Danimarkanın "Bröndbi", "Bronşoy", "Lünqbü", İsveçin "Fre", "Dalkurd" və "Helsinqborq" klublarında çıxış edib. O, “Rəvan”ın düşərgəsindən qaçmış, klub rəhbərliyinin israrına baxmayaraq, geri qayıtmamışdı. Sonradan futbolçu gizlicə müəyyən miqdarda təzminat ödədi və “Rəvan” ondan şikayətçi olmadı.

 
tarix: 28-01-2019 10:47


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az