(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Uçurumun kənarında söhbət: Elxan Məmmədovun dedikləri və gizlətdikləri

Uçurumun kənarında söhbət: Elxan Məmmədovun dedikləri və gizlətdikləri

Milli komanda ətrafında gəzən söz-söhbət AFFA-nın baş katibi Elxan Məmmədovu dilə gətirdi. Aylardı susqun olan qurum rəsmisi mətbuatda yazılanlara nəhayət, reaksiya verməyə məcbur oldu.
 
Amma baş katibin müsahibəsindən hiss olunur ki, təlaşdadı. Bütün problemlərin onu hədəfə çevirməsinin fərqindədi və məsuliyyəti başqasının üstünə atmaq üçün çalışır. Bununla belə, əvvəlki kimi rahat deyil, günahlarını anlayır, çıxılmaz vəziyyətə düşdüyünü dərk edir. Proseslər elə həddə çatıb ki, indi hər xırda uğursuzluğa gprə o cavab verməli olacaq. Daha məşqçi oyunları bitib və hamı əmin olub ki, problemin kökü daha dərindi, milliyə kimin rəhbərlik etməsinin ciddi önəmi yoxdu.
 
Elxan bəy milliyə baş məşqçi təyinatının yubanmasına maraqlı səbəblər gətirir. U-21-ə və U-19-a baş məşqçi təyinatını qabardır, əsas komandaya fərqli yanaşır. Əslində, aşağı yaş qruplarına təyinatlar adi məsələdi, heç vaxt ciddi müzakirə obyekti olmayıb. A milli komandya seçimin yubanması isə B variantının olmaması ilə bağlıdı. Bəlkə də baş katib Qurban Qurbanovdan belə rahat qurtulacaqlarını özü də gözləmirmiş, əsas hədəfinə o qədər baş qarışıb ki, proseslərin sonrakı mərhələsini düşünməyib. Və indi vəziyyət belə alınıb.
 
SİTAT: “Əsas milliyə gəldikdə, ilin sonunda əksər məşqçilər istirahətdə, İngiltərə kimi fasiləsiz keçirilən çempionatlarda çalışan məşqçilər isə iş başında idilər. Həmin müddətdə araşdırma apardıq, müəyyən siyahı hazırladıq. Bundan sonra adları siyahıda olan məşqçilərin bir qismi ilə telefon vasitəsilə əlaqə saxladıq, bir neçə nəfəri isə Bakıya dəvət etdik. Hazırda qısa siyahı hazırlanır və fevralın 10-dək həmin mütəxəssislərin adı AFFA rəhbərliyinə və İcraiyyə Komitəsinin üzvlərinə təqdim ediləcək. Açığı, hansısa məşqçidə bu vəzifəyə təyinatla bağlı qorxunun olması ilə bağlı səsləndirilən fikirlər düzgün deyil. Əgər hər hansı məşqçidə işlə bağlı qorxu varsa, heç karyera barədə düşünməsi məntiqli deyil. İndiyə qədər siyahımızda yer alan və görüşdüyümüz məşqçilər arasında qarşıya qoyulan məqsədlə bağlı qorxub geri çəkiləni olmayıb”.
 
Məmmədov yalan danışır. Çünki dekabrda – Qurbanov qovulan gün bəyan etmişdi ki, ilin sonuna kimi İK yığışacaq və bu məsələ həllini tapacaq. Ayyarım keçib, nəticə yoxdu. İşsiz məşqçilər azdısa, bunu Elxan bəy həmin vaxt da bilməliydi, çünki futbolda yeni deyil, 11 illik təcrübəsi var. Bir də baş katib nəvaxtdan İngiltərədə məşqçi axtaran olub ki, indi bu ölkənin adını çəkir? Dünya bu ölkədənmi ibarətdi? Bu, yalnız bəhanədi. İşsiz məşqçilərin az olduğunu bilən dekabrın sonunu vəd etməzdi, səbəb başqadı.
 
Məşqçilərin tələbdən qorxmasına gəlincə, bəli, onlar qorxmur, ehtiyat edən sizsiz, Elxan bəy. Əgər bu dəfə də alınmasa, hədəfin özünüz olacağınızı bilirsiz. Əcnəbilər nədən qorxmalıdı ki? Qarantiyalı milyonluq müqavilə ilə Bakıda rahat gəzəcəklər.
 
Təyinatın gecikməsini baş katib səviyyəli, milli komandalarda yaxşı nəticə əldə etmiş məşqçilər arasında hazırda işsiz olanların azlığı ilə əsaslandırır: “Məsələn, Berti Foqts kimi mütəxəssis Almaniya millisində uzun müddət çalışıb və nəticə qazanıb. Daha sonra Küveyt, Nigeriya milliləri də onun rəhbərliyi altında çıxış edib. Təcrübəli mütəxəssis olduğuna görə, seçim onun lehinə edilmişdi. Robert Prosineçkiyə gəldikdə, tanınmış futbolçu olmuşdu, amma baş məşqçi kimi potensialını Azərbaycanda açdı. Buraya gələnə qədər köməkçi-məşqçi, daha sonra Türkiyənin “Kayserispor” klubunda bir il baş məşqçi kimi fəaliyyət göstərmişdi. Millimizə təyinatına qədər Slaven Biliçlə birgə Xorvatiya millisində çalışmışdı. Onun təyinatı zamanı bir qədər risk etdik və bu risk müsbət nəticəsini verdi. Milli komanda tarixində rekord sayda xal topladı. Hazırda da milli komandanın baş məşqçisi postuna əcnəbi məşqçilər namizəddi. İstərdik ki, həmin məşqçinin təyinatı yanvarın sonuna qədər reallaşsın. Namizədləri təhlil edirik, çalışırıq ki, səhv seçim etməyək”.
 
Əvvəla, gərginlikdən doğan yalan var. Öncə deyir ki, fevralın 10-a kimi namizədlərin siyahısı İK-ya təqdim ediləcək, daha sonra yanvarın bitiminədək məsələnin həllinə çalışdıqlarını bildirir. Foqts misalı da uğursuzdu, belə birini axtarırsa, AFFA yenə səhv edir. Berti Nigeriyada, katibin unutduğu Şotlandiyada uğursuzluğa görə qovulmuşdu. Almaniyada isə ötən əsrdə çalışıb. Prosineçki artıq Türkiyədə özünü təsdiq etmişdi, böyük klublar maraqlanırdı. Bir də əgər belə uğurlu idisə, niyə saxlanılmadı, daha az maaşa Bosniyaya getdi? Deməli, maliyyə məsələsi deyil, baş katibin oyunlarından qaçıb getdi.
 
SİTAT: “Bugünə qədər danışıq apardığımız məşqçilərin heç birindən tələblərimizlə bağlı mənfi cavab almamışıq. Danışıq apardığımız mütəxəssislərdən hansınınsa komandanın qarşısına qoyulan məqsədlə bağlı geri çəkildiyinin şahidi olmamışıq. Təbii ki, müqavilənin maddi tərəfi hər bir məşqçi və bizim üçün maraqlıdı. Elə məşqçilər var ki, biz də onların millədə işləməsinin tərəfdarıyıq. Ancaq bilirik ki, onlarla danışıqlara başlasaq da, razılıq əldə olunmayacaq. Çünki həmin məşqçilər böyük yığmalardan və klublardan təklif gözləyirlər”.
 
Bu, bəhanəylə vaxt uzatmaq cəhdidi. Hər şey Xorvatiyayla ilk oyundan sonraya planlaşdırılır. Yeni məşqçinin ilk matçda darmadağın görməsinin hansı fəsadlara səbəb olacağını Məmmədov da anlayır.
 
Elxan bəyin professorluq etdiyi bir məqama diqqət yetirək: “Təcrübə göstərir ki, milli komanda gənclər yığmasından ayrı olmalıdı. Əlbəttə, qarşılıqlı iş münasibətləri istisnadı. Ancaq təyinatlar bir-birinə bağlı olmamalıdı. Çünki hər bir komandanın məqsədi fərqlidi. Milli komandanın üzün müddətli hazırlıq keçməsi və bir neçə ildən sonra nəticə qazanmalı olması düzgün yanaşma deyil. Bu gün hər yerdə iş başında nəticə qazanan məşqçilərdi. Gənclərdə isə yaş məhdudiyyəti var. Ola bilər, hansısa məşqçi komandasına bir qədər gənc futbolçuları dəvət etsin və növbəti tsikldə yaxşı nəticə əldə etsin. Ancaq bunu əsas milli komandaya şamil etmək olmaz. Çünki əsas milli komandaya yaşından asılı olmayaraq, ölkənin ən güclü futbolçuları dəvət olunur. Milli komanda klubdan da fərqlidir. Kluba transfer pəncərəsi zamanı müxtəlif ölkələrdən yeni futbolçular dəvət edə, zəif mövqeləri gücləndirə bilərsən. Ancaq milli komandada bunu etmək mümkün deyil. Ən yaxşı halda, heyətin 10 faizini dəyişmək imkanın olur. Bu, əksər ölkələrdə belədi. Misal çəkə bilərsiz ki, bəzi ölkələrdə baş məşqçilər 10 ilə yaxındı işləyir. Həmin məşqçilər nəticələrini addım-addım yaxşılaşdırdığına görə, uzun müddətdi ki, orda çalışır. Nəticə yaxşı olmayanda isə məşqçi ilə müqaviləyə xitam verilir. Yenə deyirəm, gənclərdən ibarət yığma komandaların baş məşqçilərinin təyinatının əsas millinin baş məşqçinin təyinatına birbaşa aidiyyatı yoxdu”.
 
Bu açıqlama ilə aşkar şəkildə Qurban Qurbanov – Rəşad Sadıqov tandem vurulur. Necə yəni bir-birindən ayrıdı?! Əksinə, bir-birinə sıx bağlıdı və eyni sistemlə oynamaları daha münasibdi. U-21-n futbolçuları millinin potensial oyunçilarıdı. Onlar milliyə, oyun sisteminə uyğun, hazır gəlməlidilər.
 
Əsas millidə vaxt verilmir? Bu da Qurbanova işarədi. Bəs, Foqtsa 6-7 il vaxt verənlər kimlər idi? Rəşad Sadıqov elə daha gənc futbolçuları hazırlayıb növbəti tsikldə oynamaq istəyirdi, artıq işə başlamışdı. Əgər milli ilə U-21-ə fərqli yanaşma tələb edirdiksə, Millətlər Liqasındakı uğursuzluğun Sadıqova nə aidiyyatı var idi ki, o da yola salındı? Özü də İK-nın iclasından bir neçə gün öncə, telefonla xəbərdar edilərək. Məntiqsizlikdi!
 
Milli komandaya uzun müddət şans verilməyəcəkdisə, 6 illik müqavilə nəyə lazım idi? Qurbanov qarşısında şərt qoymaq, 1 il müqavilə bağlamaq, öncədən nəticə tələb etmək lazım idi. O da buna uyğun işini qurardı, arxayınlaşmazdı, liqaya son şans kimi hazırlaşardı. Milli - klub müqayisəsi, ümumiyyətlə, absurddu. Heyətin dəyişməsinə gəldikdə, klub əgər hər transfer pəncərəsində böyük ölçüdə heyətə əl gəzdirə bilərsə, milli hər dəfə tam heyəti dəyişə bilər. Bu, artıq məşqçi işi, bacarığından asılıdı. Milli - klub fərqi budu - klub daimi bir yerdədir, millinin belə şansı yoxdu.
 
Uzun müddət işləyib şans qazandılarsa, Foqtsa verilən müddət kifayət qədər idi. Niyə nəticə olmadı? Mənasız rekordlar göstərilə bilər. Onda daha böyük məntiqsizlik üzə çıxır. Prosineçki daha qısa vaxtda daha böyük rekorda imza atdı. Buna da ad qoyula bilər, Foqtsun qurduğu heyət inkişafda idi. Bunun cavabı birdi. Beləydisə, elə Foqtsa əlavə 2-3 il də şans verəydiz, millini finala daşıyardı.
 
Milli və yaş qrupları olan yığmalarda sistemin eyni olması onların inkişafına, uyğunlaşmasına müsbət təsir var. Fərqli ölkələrdən fərqli məşqçilərin fərqli sistemləri yığmalarda ancaq dolaşıqlıq sala bilər. Necə ki, uzun illərdi belədi. Ümumiyyətlə, vahid strategiya, sistem yoxdu.
 
Namizədlərin siyahısını tərtib edərkən hansı kriteriyaların nəzərə alınması sualında bütün kartlar açılır, Məmmədovun qorxusu üzə çıxır: “Əsas məqsəd odu ki, millimiz Avro-2020-yə vəsiqə qazanmağa daha yaxın olsun. Başa düşürük ki, çətin qrupda yer almışıq, xal qazanmaq baxımından komandaların sayı da azdı. Bu da gələcək məşqçi üçün məsuliyyətli addımdı. Lakin hər bir məşqçi ilə söhbətimiz zamanı qeyd edirik ki, Avro-2020-nin 3 qrup, bir 1/4 final mərhələsinin oyunu Bakıda keçiriləcək və biz bu futbol bayramını öz yığmamızın iştirakı ilə yaşamaq istəyirik”.
 
Məmmədov əslində, “Avro-2020 boğazımıza kəndir kimi keçib” deməliydi. Açıq deyə bilmir ki, şərt, tələb budur. Yoxsa baş katibə nə düşüb özünü tələyə salsın, yükləsin? Yuxarıdan birbaşa nəticə tələb olunur və düz də olunur. Gec-tez futbola ayrılan 100 milyonların hesabatı verilməlidi. İndi vaxt uzatmaq, çətin situasiyadan salamat çıxmağa cəhd etmək faydasızdı.
 
Məmmədov deyir ki, yeni məşqçidən nəticəylə yanaşı, gələcəyin komandasını formalaşdırmaq datələb olunacaq: “Amma bizim millidə nəsildəyişmə prosesi 30-35 faiz futbolçuya aiddi. Qlobal dəyişiklik olmayacaq. Biz bu prosesi Berti Foqtsun dövründə keçdik. Növbəti belə proses adətən 8-10 ildən sonra baş verir. Bu baxımdan ciddi dəyişikliyin olacağına inanmırıq. Bu məsələ ilə bağlı gənclərdən ibarət yığma komandaların məşqçiləri də məsuliyyət daşıyır. Onlar əsas milli üçün ehtiyat qüvvə yetişdirməlidilər”.
 
Yenə də saxta sözlərdi. Guya Foqts gül-çüçək qoyub, gedib, yığan yoxdu? Baş katib artıq baş məşqçilik edir, gələcək məşqçinin yerinə düşünür. Deyir böyük dəyişikliyə ehtiyac yoxdu. Güya ki, dəyişiklik etməli olsaydılar, kimlərlə edə biləcəkdilər. Zorla milyonlar verib İsrafilov, Dadaşov, Şeydayevləri gətirmisiz. Bəlkə gələn məşqçi 155 min futbolçu içində 5 min namizəd secəcək?
 
Dil çaşıb düzünü deyər. 8-10 ildən sonra bəlkə nəsə oldu. O da bundan sonra düzgün iş gedərsə...O da belə gedişlə böyük sualdı. Bəlkə Məmmədov daha 10 il postunda qalmaq istəyir? Ötən 11 ildə nə edib ki, belə həvəsə düşüb?
 
Məmmədovun çabalaması açıqlamasındakı təzaddan hiss olunur. Əvvəl deyir ki, əsas milli ilə gənclər fərqlidi, qatışdırmaq olmaz, indi deyir ki, aşağı yaş qruplarında futbolçu hazırlamalıdırar. Əlbəttə, hazırlamalıdılar. Bunun üçün ölkə futbolunda köklü islahatlar olmalıdı.
 
Məmmədov mərhələnin ilk matçına komandanı müvəqqəti olaraq Məşqçilər Komitəsinin nəzarəti ilə yerli mütəxəssisin çıxarması haqda sualdan yayınmağa çalışır. Daha doğrusu, yaxasını kənara çəkib İK-nı hədəfə çevirir: “Bunu deyə bilmərəm. Qərarı İcraiyyə Komitəsi verəcək. İnanmıram ki, ovaxta qədər məşqçi təyin olunmasın. Niyə inanmıram? Çünki martdakı oyundan sonra növbəti qarşılaşmaya qədər bizim cəmi 2 ay vaxtımız qalacaq. Bu da böyük zaman deyil. Təyinat nə qədər geciksə də, Xorvatiya ilə oyuna milli komandamızı yeni baş məşqçinin çıxaracağına inanıram”.
 
Bu, aləmi qtıb, sudan quru çıxmaq cəhdidi. İK məsuliyyət altında qoyulur, eyni zamanda işi tələsik həll etməyə çalışır. Birdən yerli məşqçi ilə bahalı əcnəbilərin 0:6 uduzduğu Xorvatiyayla təsadüfi bir heç-heçə olar, ən azımdan məzmunlu oyunla minimal məğlubiyyət, ümid çırağı yarana bilər. Azərbaycan futbolunda o qədər belə nümunə var ki. Elə vaxtilə qonşuları Serbiyayla oyunlar. Ona görə də Məmmədov yeni əcnəbinin təyinatının tez reallaşmasını istəyir.
 
Elxan bəy Avropa Liqasının finalını qəbul etməkdən, Avro-2020-dən danışıb müsahibəyə nikbin nöqtə qoymağa çalışır. Bəli, bu yarışları qəbul etməyimiz əladı, amma bu, futboldakı uğurların nəticəsi deyil, ölkə rəhbərliyinin futbola qayğısı sayəsində reallaşan layihələrin meyvəsidi. Futbol oynaya bilməyənlər təşkilati uğurdan dəm vurur. 10 ildən çoxdu ölkə başçısının adını belə çəkməyən baş katibin son müsahibələrində prezident İlham Əliyev yada düşür. Ölkədə tək futbol deyil, bütün idman növlərinə böyük qayğı var. Hər il Bakı Avropa, dünya çempionatlarına ev sahibliyi edir. Bu da birbaşa ölkə başçısının qayğısı sayəsində baş verir. Baş katib özü də istəmədən həqiqətləri üzə çıxarır. İndiyə kimi bütün təşkilati işləri öz adına yazanların prezident yadına düşüb. Çünki artıq ölkə başçısını aldada bilmirlər, nəticə tələb olunur. Ölkə rəhbərinə bu qədər tərif yağdıranların İmişlidə ulu öndərin adını daşıyan müasir stadionu yaddan çıxarması çox qəribə görünür.
 
Baş katib uşaq futboluyla bağlı da danışıb: “Hərdən bu cür ifadələr də eşidirik ki, mütəxəssislər deyirlər futbolçu yoxdu, uşaqlar arasında seçim imkanı azdı. Özüm də hər bir layihəyə tənqidi yanaşıram. Baxıram ki, hansı mənfi tərəfləri var. Çalışırıq ki, layihənin mənfi tərəflərini müsbətə çevirək, futbolumuza xeyir verək. Heç kim iddia etmir ki, futbol təsərrüfatında hər şey mükəmməldi. Təbii ki, inkişafdan danışırıqsa, o deməkdi ki, çatışmazlıq var. Ancaq futbolçularımızın sayının az olması ilə bağlı fikirlərlə razılaşmıram. Premyer Liqada 14 komanda oynayan vaxtlarda da milliyə ümumilikdə 50-60 futbolçu namizəd göstərilirdi, daha sonra onlardan 35-40 nəfəri seçilirdi. Axırda isə baş məşqçi 25 nəfərə dəvət göndərirdi. Hazırda da belədi. 14, 12 komanda oynayan illərdə limit yox idi. Nəticədə oynayan yerli futbolçuların sayı çox az idi. Hətta 3 komanda var idi ki, heyətində meydana bəzən orta hesabla 1 yerli futbolçu çıxırdı. Bunu bəzən unuduruq. AFFA ancaq milli komanda ilə məşğul deyil, futbolun təhlilini, statistikasını aparır. Əgər 3 komandada 1, digərlərində isə orta hesabla 3 azərbaycanlı futbolçu oynayırdısa, deməli, vəziyyət indikindən daha pis idi. Hazırkı limitə görə minimum 5 yerli futbolçu oynayır, bu da 8 komandalı çempionatda ən azı 40 futbolçunun meydana çıxmasına şərait yaradır. Hətta “Sumqayıt” klubun üzvləri tamamilə yerli futbolçulardan ibarətdi. Bu isə say artımına gətirib çıxarır. Bəziləri limitin tətbiqi zamanı sağlam rəqabətin olmadığını qabarda bilər. Ancaq sağlam rəqabət olanda da klublarımız əcnəbi futbolçulara üstünlük verirdilər. Hazırda tətbiq edilən limitin yaxşı olduğunu düşünürəm və bu nəticəyə mərhələ-mərhələ gəlmişik. Əvvəllər limit yox idi, sonra 7+4 tətbiq etdik. Ardınca 6+5 (5 yerli) limitinə üstünlük verdik. İndiki limitdə isə bir gənc futbolçunun meydanda olması da tələbdir. İcraiyyə Komitəsinin iclasında bu məsələ mütəmadi müzakirə olunsa da, heç bir dəyişiklik edilmir. Klublar Komitəsində də bu məsələ bir klub tərəfindən qaldırılmışdı, ancaq digər klublara limit saxlanılmasının tərəfdarı olduqlarını bildirdilər”.
 
Elxan bəy sayı qabardır, keyfiyyəti unudur. Klublarda hətta 100-200 yerli futbolçu ola bilər. Bəs, onların keyfiyyəti necədi, niyə xaricə gedib oynaya bilmirlər, niyə rıqabıt yoxdu? Bəh-bəhlə adı çəkilən “Sumqayıt” hərdən İran, Dağıstan, Rusiya, Ukrayna yığmasına oxşayır. Amma oradan milliyə uzağı 1-2 nəfər çağırılır. Deməli, keyfiyyət yoxdu, yalançı görüntüdü.
 
 
 
 
 
 
 
 
 
 
Bir də hansı layihələrə tənqidi yanaşılır? 10 il ərzində uşaq futbolu ilə bağlı topçiləmə festivalına, Berlin layihəsinə, yoxsa sayı-hesabı itirilən texniki məğlubiyyətlərlə dolu uşaq yarışlarına? Lahihələrin mənfi tərəflərinə baxılsaydı, nəticə çıxarılsaydı, futbol bu gündə olmazdı. İş olan yerdə nöqsan da olar, gördüyünüz işlər başdan-ayağa nöqsandı. Futbolçuların az olmasıyla bağlı fikirlərlə necə razılaşasız ki, kağız üzərində 155 mini keçmisiz. Meydanlarda qarşılaşdığın bəzi ölkələrin ümumi əhali sayından da çoxdu.
 
Ramiz Mirzəyev dönəmində limit 3+8 idi, ondan öncə isə ümumiyyətlə, ölkəyə tək-tük legionerlər təşrif buyururdu. Limit oldu-olmadı, fərq etməzdi. Klubların heyətində 90%-dən yuxarı yerli futbolçular çıxış edirdi. 7-4, 6-5-i edənlər də sizlərsiz. Komandaların dağılmasına bu qədər ifrat yanaşmaq sadəcə, futbol adına absurddu.
 
AFFA doğru-dürüst təhlllər aparsaydı, ölkədə futbol zay məhsula çevrilməzdi. Statistika aparırsızsa, son 10-12 ildə neçə yararsız əcnəbi futbolçunu milliləşdirərək yığmalara cəlb etdiyinizi, bu illər ərzində neçə klubun dağılmasını, federasiya, klublarda çalışan qohum, dost-tanışların statistkasını da təqdim edin.
 
Baş katib klubları yükləməyi də lazım bilir və düz edir, amma: “Səbirsizliklə klubların akademiyalarından neçə futbolçunu əsas komandaya cəlb edəcəyini gözləyirəm. Bizdə klublarımız daha çox legionerlərin dəvət olunmasında maraqlıdırlar. Arzum akademiyaların yetirmələri barədə də legionerlər qədər çox danışılmasıdı. Hazırkı çempionatın əvvəlində bəzi komandaların gənc futbolçulara üstünlük verdiklərini də müşahidə edirik. Ad çəkmək istəmirəm, 8 klubdan 3-ü bu baxımdan seçilir. Əlbəttə, bu sevindirici haldı. Həmin gənc futbolçuların təbliğatını aparmaq lazımdır ki, digərləri üçün nümunə olsun. Məşqçilərə gəldikdə, təhsil qrupu yaratmışıq. C və B kurslarından başqa, UEFA ilə birgə A və Pro kursları təşkil edirik. Kurslarda təhsil alan məşqçilərin əksəriyyəti iş başındadırlar. Deməli, həmin mütəxəssislər öz üzərlərində çalışırlar. Uşaq komandalarında işləyən məşqçilərə gəldikdə, UEFA-nn təlimatçılarını dəvət edirik və treninqlər keçirirlər, məşqçilər üçün kitablar hazırlanır. Bu yaxınlarda “Məktəblərdə futbol dərsi” layihəsində çalışan məşqçilər üçün yeni tədris vəsaiti hazırlanıb onlara təqdim olundu. Öyrəndiklərini tətbiq etmək isə məşqçiləri məsuliyyətidir. Bu gün kursda öyrəndikləri ilə kifayətlənmək olmaz. İstənilən sahənin inkişafı nəticəsində yeni metodlar, üsullar ortaya çıxır. Buna görə də məşqçilərimiz yeniliklərlə tanış olmaq üçün əlavə qaynaqlardan da istifadə etməli, mütaliə etməlidirlər”.
 
Birincisi, klubların əksəriyyəti artıq neçə ildi sizin nəzarətinizdədi. Elə həmin “Sumqayıt”da niyə ölkədə yetişənlər yox, İrandan, İsraildən, Rusiyadan  gələnlər oynayır? Hətta soykökləri azərbaycanlıdısa da, onları bura gətirib batırmaq lazım deyil, qoy Avropada oynayıb, milliyə hazır oyunçu kimi gəlsinlər. İkincisi, o akademiyalardan biri də AFFA-dadı. Adı da rəsmi Futbol Akademiyasıdı, indi Məşqçilər Komitəsi, AFFA rəsmiləri ən azından özləri üçün hovuzundan istifadə edirlər. Bəh-bəhlə açdığınız "Mançester Yunayted" məktəbini də bağladız, orada kimi yetişdirdiz? Ondan əvvəl onlarla futbolçunu yığıb Türkiyəyə, "Fənərbaxça"ya göndərdiniz, bunlarla yanaşı, Berlin layihəsinə milyonlarla valyuta xərclədiniz. İllərdi həvəslə yetişən futbolçuları millilərdə görmək istəyirik. Milyonlarla birgə yoxa çıxıblar nəsə...
 
Millidə çıxış edən Qara Qarayev, Maksim Medvedev, Mahir Mədətov, Namiq Ələsgərov, Araz Abdullayev, Kamran Ağayev, Emil Balayev, Coşqun Diniyev, Cavid İmamverdiyev, Təmkin Xəlilzadə, Səlahət Ağayev, Rəhman Hacıyev və başqaları elə klubların yetirmələridi. İndi bu futbolçuların çoxunu yetişdirmiş nə "Bakı" var, nə də keçmiş "İnter". Qalanları da "Neftçi", "Qarabağ"dı. Son zamanlar isə "Qəbələ" akademiyası önə çıxıb.
 
Sizin yetirmələriniz isə eddilərdi, ən yaxşı halda nazarovlar, paşayevlər. Onları da çoxunu narazı qaldığınız Millətlər Liqasında hamı bir daha gördü. Yenə də bazası olmuş, uşaq futboluna böyük yatırımlar etmiş "Bakı" yada düşmür, milli pasportların paylandığı məkan - "Sumqayıt" gözə soxulur. Sabah Aleksey İsayev də yerli futbolçu sayılacaq, artıq sayılır. Halbuki Mikayıl Nərimanoğlunun viran etdiyi Gəncədə, sizin kadrların dağıtdığı Tovuzda İsayevdən də istedadlı yüzlərlə gənc var.
 
Məşqçilərdən bu qədər danışmaqdansa, ölkə klublarına nəzər yetirin. Vur-tut 8 klub qalıb, hamısında fiziki hazırlıq üzrə məşqçi əcnəbidi. Əsl faciə, problemlərdən biridi. PRO-nu əlcək kimi paylayanda bu məsələni də təhlil edin. Deyirsiz ki, analizlərdə güclüsünüz, boş oturmursuz, gecə-gündüz təhlillərlə məşğulsuz, Elxan bəy.
 
Bütün futboldakı qaynaqları özləri üçün qaymağa çevirənlər məşqçilərə yol göstərirlər. Belə yol gedənizdizsə, bəslədiyiniz Lippertlə Avropanı fəth edəydiz, U-21-in ki, təbirinizcə əsas komandaya aidiyyatı yox idi... Yəqin Məşqçilər Komitrəsində oturtduğunuz məşqçilər də vaxtilə qaynaqlardan yaxşı istifadə ediblərmiş.
 
FƏRİD

 
tarix: 29-01-2019 12:51


 
Xəbər lenti
18.04.2019

21:00   “Qəbələ” yeni prezidentini açıqladı - RƏSMİ

20:56   “Qarabağ”dan darmadağın

20:00   “Sumqayıt” “Səbail”ə də uduzdu - VİDEO

19:42   Tərlan Əhmədov qovuldu

19:31   Aftandil Hacıyev: “Maariflənmə getməli, yeni qaydalardan xəbərimiz olmalıdı”

19:19   Ayxan Abbasov: “Məğlubiyyətə layiq deyildik”

19:01   “Sabah” Təmkin Xəlilzadəni qovdu

18:55   “Neftçi” “Sabah”la matça hazırlığı başa vurdu

18:35   “Səbail”dən Sumqayıtda əzmkar qələbə

18:06   Şevçenko “Neftçi”nin qonağı oldu

17:43   Avropa nəhənglərinin istədiyi futbolçunu 7 milyon avroya aldı

16:38   Millidə baş məşqçi istefası

16:10   Serbiya - Azərbaycan: 2 oyun, 15 qol - VİDEO

15:34   La Liqa klubunda yeni müqavilə

15:10   Ayaz Quliyev “Spartak”ın əsas heyətinə döndü

14:49   “Neftçi” ilə oyuna üç itki ilə

14:27   Dani Kintana Polşada ən yaxşılar arasında

14:00   ÇL-də yarımfinal matçlarının vaxtı açıqlandı

13:24   “Yuventus”un forvardı 2 həftəlik sıradan çıxdı

13:01   Ramiz Məmmədovdan Tərlan Əhmədova dəstək

12:45   Sabiq “Qalatasaray”lı Dortmund “Borussiya”sında

12:20   Avroliqada yarımfinalçılar müəyyənləşir - YENİLƏNİR

12:02   ÇL-də həftənin ən yaxşısı adına 4 namizəd

11:37   “Qəbələ” - “Zirə”: 18-ci duel

11:14   Elçin Məmmədova sərt ittihamlar: “Kişi olan şəxs heç vaxt zənən xeylağı ilə prinsip aparmaz”

10:46   Çempionlar Liqasında yeni rekord

10:20   Millidə yeni baş məşqçi, 7 aylıq müqavilə

09:45   “Liverpul” darmadağınla yarımfinalda - VİDEO

09:30   Təbriz klubu səfərdə minimal hesabla uduzdu

09:14   ÇL-də 7 qolluq İngiltərə derbisi - VİDEO

01:33   Paytaxt təmsilçisindən inamlı qələbə

01:06   PSJ yenə məğlub oldu

00:56   “Liverpul” yarımfinalda, MS “Tottenhem” səddini keçə bilmədi

17.04.2019

22:24  Qurban Qurbanov mövqeyini qorudu

19:03  “Kamp Nou”da yeni rekord

18:00  “Qarabağ” “Keşlə” önünə Geryesiz çıxacaq

17:22  “Neftçi”də iki cəzalı

16:59  “Neftçi”dən darmadağın, “Kəpəz” uduzdu

16:18  “Atletiko” Oblakla bağlı qərarını verdi

15:37  Yağış yağdı, “Qarabağ”ın oyunu təxirə salındı

15:20  Ronaldo 9 ildən sonra bu aqibəti yaşadı

14:50  Baş məşqçidən Mbappeyə cəza

14:21  “Fənərbaxça”da 3 həftəlik itki

13:51  Emil Balayev: “Yüksək məbləğdən imtina etmişəm”

13:14  “Ayaks”dan ÇL-də yeni rekord

12:52  Elxan Məmmədov qərb səfərindən əliboş dönüb

12:35  HAŞİYƏ: Faiq Qarayev milliyə qayıtdı

12:18  Millimiz Ukraynaya uduzdu

11:44  Essyen 9 ildən sonra “Stemford Bric”ə qayıdır

11:27  Qazaxıstanda Bakıdakı finalın təqdimatı

11:00  В Дивизионе новые факты азартных игр: список для АФФА

10:42  “Barselona”dan ÇL-də yeni rekord

10:20  Pol Skoulza danışılmış oyun ittihamı

10:11  Divizionda yeni qumar faktları: AFFA üçün siyahı

09:45  “Barselona” darmadağınla yarımfinalda - VİDEO

09:30  “Yalnız istəklə heç nə əldə etmək mümkün deyil”

09:15  ÇL-də “Ayaks” fırtınası davam edir - VİDEO

09:00  Monrozun FAKTını görməyənlər...

01:42  Autsayderlərin duelində qonaqlar sevindi

00:55  “Barselona” MY-ni, “Ayaks” “Yuventus”u ÇL-dən uzaqlaşdırdı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az