(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Azərbaycanlı klub rəhbəri otelə 88 min “atdı”

Azərbaycanlı klub rəhbəri otelə 88 min “atdı”

Türkiyənin II Liqa təmsilçisi "Darıca Gənclərbirliyi" pis günlər yaşayır. 

Futbolinfo.az xəbər verir ki, hələ bir müddət öncə uğursuz çıxışlara görə azarkeşlər etiraz edərək, klubun azərbaycanlı prezidenti Rauf İsmayılova etiraz edib, ağır söyüşlər yağdırmışdılar. Fanatlar "Rauf, arıtq yetər, çemodanını götür, cəhənnəm ol!", "Bu klub darıcalılarındır", "Hardasan, Allah bəlanı versin", "Kimsə bizim şanlı tariximizi məhv edə bilməz" kimi şüarlar səsləndiriblər. Azarkeşlərin etirazlarında uğursuz nəticələrdən çox maliyyə problemləri, daha doğrusu komandanın Antalya toplanışında məskunlaşdığı oteldən qovulması böyük rol oynayıb.

Türkiyə mətbuatında yer alan xəbərlərə görə, təlim-məşq toplanışında olan klub bir neçə gün əvvəl məskunlaşdığı "Kervansaray Otel"dən qovulub. Otel Antalya toplanışı üçün 88 min TL məsrəflərə klub rəhbərliyinə müqavilə imzalatdırıb. Klub bir müddət hazırlıq keçsə də, məbləğ ödənilməyib. Məlumatda qeyd edilib ki, Rauf İsmayılov maddi məsələni həll edə bilməyib. Buna görə də komandanı oteldən qovublar. "Sarı-yaşıllar"ın toplanış çərçivəsində “Amedspor"la planlaşdırılan yoxlama oyunu da keçirilməyib. Məhz bu məsuliyyətsizliyə görə klubun azarkeşləri bir daha hiddətlənib. Buna görə də fanatlar bir müddətdi ki, Rauf İsmayılovu istefaya çağırır.

Rusiyada “Simurq Turizm” şirkətinin rəhbəri olan İsmayılov ötən ilin sonlarında klubu alıb. Komandanın baş məşqçisi isə Asim İbrahimovdu (futbolpress.az).


 
tarix: 29-01-2019 14:41


 
Xəbər lenti
18.02.2019

00:23   “Qalatasaray”dan səfərdə darmadağın

17.02.2019

23:30  “Borussiya” “Ayntraxt”la heç-heçəyə razılaşdı

22:07  Daha üç komanda 1/4 finalda

21:04  40-cı heç-heçə

20:32  “Qəbələ” “Qarabağ”la yenə bacarmadı - VİDEO

20:01  Qurban Qurbanovdan “Qəbələ”yə tərif

19:48  “Məğlub olsaq da, futbolçularımı təbrik etdim”

19:22  “Qarabağ” “Neftçi” ilə xal fərqini minimuma endirdi

18:37  “Sabah” “Səbail”ə belə uduzdu - VİDEO

17:52  “Matçın gedişində söyüşə qətiyyən yol vermək olmaz”

17:34  Elşad Əhmədov: “Alınsa, yeni transfer edəcəyik”

16:58  “Səbail” “Sabah”ı məğlub yola saldı

15:42  Bundesliqada yeni rekord

14:01  “Zirə”də 25-ci ölkə təmsilçisi

13:09  İsrafilovlu “Alkorkon” yenə uduzdu

12:08  “Qəbələ”nin sabiq forvardı “Şaxtyor”da

11:18  Ufuk Budak oynamadı, komandası uduzdu

10:26  Dmitri Nazarov qələbəni kənardan izlədi

09:31  Rüfət Dadaşov üçün 8 dəqiqə və 1 xal

01:41  “Barselona” və “Atletiko”ya 1 qol bəs etdi

01:30  “Milan” “Atalanta”ya səfərdə qalib gəldi

01:14  Meydan sahibləri üçün növbəti uğurlu gün

00:55  “Mançester Siti” darmadağınla 1/4 finalda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az