(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Neftçi”də şok transfer: Dario gedir, Badibanqa gəlir

“Neftçi”də şok transfer: Dario gedir, Badibanqa gəlir

Premyer Liqanın ikinci yarısının startı ərəfəsində “Neftçi” çətin duruma düşüb. Çempionatın lideri “Qarabağ”la tale yüklü oyuna aparıcı oyunçusu olmadan çıxa bilər.
 
Dario Frederiko klubdan ayrılmağa hazırlaşır. Braziliyalı vinger yenidən Cənubi Koreyaya dönmək niyyətindədi və gələn əla təklifi geri çevirmək niyyətində deyil. Vaxtilə “Kəpəz”dən ayrılıb bu ölkəyə gedən, amma orada uğursuz olub Gəncəyə qayıdan Dario bəxtini bir daha sınayacaq.
 
Vaxtilə "Sonnam"da oynamış 28 yaşlı oyunçu yenə “Neftçi”də aldığından daha yaxşı maaş təklifi olduğu üçün getmək qərarına gəlib. Antalya toplanışının son günü menecerlərdən gələn dəvət braziliyalının fikrini qarışdırıb. “Neftçi” üçün qarşıdakı oyun vacib olsa da, klub ürəyi başqa yerə can atan oyunçunu saxlamağa həvəsli deyil. Həm də müqavilədə müəyyən məbləğ (50 min dollar) qarşılığında futbolçunun sərbəst qalması haqda bənd var.
 
Koreyalılar oyunçu üçün yaxşı transfer məbləği də təklif edib. Amma “Neftçi”nin bu keçidə razılaşması puldan çox başqa amildən asılıdı. Belə ki, hücum xəttinə daha səviyyəli oyunçu gətiriləcəyi halda, Dario buraxılacaq. Və bakılılar bu istiqamətdə də ciddi çalışır.
 
“Neftçi” “Qarabağ”la oyuna kimi sürpriz transfer reallaşdıra bilər. Baş məşqçi Roberto Bordinin israrla istədiyi, hələ “Şerif”də olarkən birgə çalışdığı Ziquy Badibanqanın gəlişi şox realdı. Danışıqlar yekunlaşmaq üzrədi, belçikalı oyunçu da Tiraspol klubunun qış toplanışına yollanmayıb. Moldova mətbuatına inansaq, futbolçunun Bakıya yollanması üçün son detalların dəqiqləşməsi qalıb.
 
“Qarabağ”la avrokubok oyunlardan tanıdığımız Badibanqanın transferi alınsa, “Neftçi” bundan fayda görər. Qeyri-sabit Darioyla müqayisədə 27 yaşlı Badibanqa daha yaxşı və faydalı oyunçudu. Bircə problem onun bakılılarla toplanış keçməməsi və “Qarabağ”la matçadək hazır olmayacağıdı.

 
tarix: 29-01-2019 15:00


 
Xəbər lenti
19.06.2019

00:43   “Qarabağ” Avstriyaya çatdı

00:29   “Səbail” onunla rəsmən vidalaşdı, Avstriya klubuna keçdi - FOTO

00:15   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

18.06.2019

23:55  “Milan” Avroliqadan imtina edir

23:44  “Səbail” Bolqarıstanda ilk məşqə çıxdı

23:39  “Neftçi”nin şansı bizdən çox deyil”

23:20  UEFA “Neftçi”nin ilk oyununun yerini dəyişdi

22:37  Dəniz Yılmaz üçün yeni baş məşqçi

19:04  Emin Mahmudov: “Qalib gəlib, mərhələni keçməyə çalışacağıq”

18:45  Bordin: “Rəqibin fiziki hazırlığı bizimkindən daha yaxşıdı”

18:28  Avroliqada 1-ci təsnifat mərhələsinin bütün cütləri

18:06  Rəşad Sadıqov: “ÇL-də hər bir rəqib təhlükəlidi”

17:51  “Neftçi” və “Səbail”in Avroliqadakı rəqibləri bəlli oldu

17:45  “Sənan Qurbanov komandanı ən çətin vaxtda qəbul etdi”

17:30  Qurban Qurbanov: “Bizi çətin qarşılaşmalar gözləyir”

17:15  13 ildi avrokubokda qələbəyə həsrət Albaniya çempionu

17:00  Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin cütləri

16:42  “Qarabağ”ın ÇL-də rəqibi məlum oldu

16:24  “Borussiya”dan baş məşqçi ilə yeni müqavilə

16:00  UEFA Super Kubok matçına bilet satışına start verdi

15:31  PSJ-nin prezidentindən Mbappe açıqlaması

15:08  “Barselona”nın sabiq futbolçusu Hollandiya klubunda

14:43  “Neftçi”nin futbolçusu rəsmən “Sabah”da

14:26  “Qarabağ” Avstriyaya yola düşdü

14:04  Platini həbs olundu

13:47  Messi Fransa klubunda

13:29  Milli komandada ciddi itki

13:08  Nesta İtaliya klubunda

12:42  Nazim Süleymanov bu dəfə Buzovnada

12:29  “Qarabağ”ın oyununda 6 qol

12:08  Uelbeklə danışıqlar dayandırıldı

11:57  Çili millisi darmadağına sevindi

11:42  Poqbaya yeni təklif

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az