(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Kamranın reklam qazancı “Keşlə”nin taleyindən önəmlidi?

Kamranın reklam qazancı “Keşlə”nin taleyindən önəmlidi?

Sən demə, yayda çox sərfəli reklam müqaviləsi bağlayıb, indi də şərtləri yerinə yetirmək üçün klubun taleyi ilə oynayır. Maaş aldığı, çörək qazandığı, kapitanı olduğu, nəticələrinə görə məsuliyyət daşıdığı “Keşlə”nin planları vecinə də deyil, əsas olan “Coca Cola”dan aldığı qonorardı.
 
"Keşlə"nin futbolçusu Kamran Ağayevin Antalyadakı təlim-məşq toplanışını yarımçıq tərk edib, Azərbaycana gəldiyini xəbər vermişdik. Toplanışın son günü, komandasının sınaq matçına qalmadan evə dönən qolkiperin bu addımının səbəbini futbolinfo.az öyrənib.
 
Belə ki, Ağayev "Coca-Cola" şirkətinin Novruz bayramı üçün çəkilən reklamında yer alacaq. Bu səbəbdən o, vətənə tez dönüb. Gəlib çəkilişlərdə iştirak edib və komandanın yolunu burada gözləyib.
 
Futbolçuların reklama çəkilməsi, simalarından istifadə edilməsi çox yaxşıdı. Bu sahənin inkişaf etdirilməsinə ehtiyac var və bütün dünyada bu praktikadan istifadə edilir. Əksər futbolçular reklam gəlirlərindən məxsus olduqları klublara müəyyən faiz də ödəyir və ya müqavilələrində reklam gəlirlərinin müəyyən hissəsinin kluba məxsus olması barədə bənd nəzərdə tutulur. “Keşlə”də belə olub-olmadığını bilmirik, amma Kamran özü bu şirkətdən çox böyük məbləğdə qonorar alıb.
 
Yayda bağlanan müqavilədə konkret günlər göstərilib. Belə ki, həmin günlərdə Ağayev mütləq bu şirkətin sərəncamında olmalıdı. Anlaşmada çempionat oyunlarının, millinin matçlarının nəzərə alınıb-alınmadığı, üst-üstə düşəcəyi təqdirdə nə qərar verildiyini bilmirik. Amma millinin son matçı yada düşəndə adam hər şeydən şübhələnir.
 
Ötən il, noyabrın 20-də millimiz Kosovo ilə səfər matçına gedərkən Kamran Ağayev komandadan ayrılmışdı. Onun 3 gün öncəki Farer adaları matçında zədələndiyi üçün düşərgədə olmadığı deyildi. Qapıçının zədələnməsi mümkün idi və burada qaranlıq məqam yoxdu. Ancaq iş ondadı ki, Kamran hətta turist kimi getməyi, kapitan olaraq komandanı tək qoymamağı da lazım bilmədi, Bakıda qaldı. Bəlkə elə o zaman da bütün bunlar reklam anlaşmasına görə imiş. Bəlkə...
 
“Keşlə”dən son ayrılığa gəlincə, Kamran rəhbərlikdən icazə alıb və səbəbi də açıq deyib. Klub başbilənləri də onun sözünü yerə salmayıb. Əslində isə bunu etməməliydilər. Çünki həmin vaxt komandanın düşərgəsində cəmi bir əlcək sahibi qalmışdı. Davud Kərimi qolundan əməliyyat olunub Antalyaya getməmişdi, Ağayev də məlumdu. Və komanda son sınaq matçında yalnız Şahin Zəkiyevə möhtac qalmışdı. O da oyunun gedişində hər hansı xəsarət alsaydı, yəqin ki, qapıda ya baş məşqçi Tərlan Əhmədov, ya da klubun rəhbəri Zaur Axundov dayanmalı olacaqdı.
 
Təbii ki, bu, bir zarafatdı, lakin reallıq da var. Peşəkar klubdan danışırıqsa, “Keşlə” bunu özünə rəva görməməliydi. Görünür, Premyer Liqanın səviyyəsi o qədər aşağı düşüb ki, işə həvəskarcasına yanaşılır. Bəlkə də komandanın 10-11 legionerlə autsayderlər qrupunda qərarlaşmasının səbəbi elə budur.
 
FƏRİD

 
tarix: 30-01-2019 10:11


 
Xəbər lenti
24.04.2019

01:21   “Barselona”dan inamlı qələbə

00:53   “Tottenhem”ə 1 qol bəs etdi

00:38   Almaniya Kubokunda ilk finalçı bəlli oldu

23.04.2019

21:24  “Sumqayıt”la “Zirə”dən heç-heçə - VİDEO

20:55  “İnanıram və bilirəm ki, əzmkarlıq bizi finala çıxaracaq”

20:50  “Əvvəl də belə oynasaydıq, indi kuboku düşünmürdük”

20:22  “Zirə” ilə “Sumqayıt”dan ilk oyunda heç-heçə

19:50  Moskva “Lokomotiv”indən Azərbaycan millisinə

19:03  Qurban Qurbanov: “Qələbə qazanmağı çox istəsək də, alınmadı”

18:55  Sənan Qurbanov: “İkinci matçda daha yaxşı çıxış etməliyik”

18:42  Erkən finalın ilk pərdəsi: “Qarabağ” 2019-da ilk məğlubiyyətini aldı

18:38  “Qarabağ” “Qəbələ”yə belə uduzdu - VİDEO

18:26  “Neftçi”nin sabiq futbolçusu: “Mərhələni keçsəydik, 21 min dollar qazanacaqdıq”

18:19  Ramin Musayev möcüzə gözləyir

18:09  “Qarabağ” onu itirdi: Həm zədə, həm də cəza

17:53  “Qarabağ” “Qəbələ”dən məğlub qayıdır

16:54  Millidə seks qalmaqalı: Baş məşqçi qovuldu

16:18  Təxirə salınmış oyun üçün hakim təyinatları açıqlandı

15:59  “Kəpəz”in məşqçi və futbolçu heyətindən azarkeşlərlə görüş

15:34  Bundesliqa klubunda yeni baş məşqçi

15:00  “Bizi çempionluqdan cəmi 2 oyun ayırır”

14:26  Millimizin sabiq futbolçusu döyülməsindən danışdı

13:52  AFFA-dan “Keşlə”yə texniki məğlubiyyət

13:31  Bakı finalına doğru: Teleyayımla bağlı işgüzar səfər başlayıb

13:17  25-ci turun ən yaxşısı da “Qarabağ”lı oldu

13:08  “Qarabağ”ın 9 futbolçusu rəmzi komandada - FOTO

12:53  AFFA Divizion klublarını cəzalandırdı

12:37  Aftandil Hacıyevin əvəzinə rus məşqçi?

12:33  Tərlan Əhmədovun cəzası açıqlandı

12:27  Bakı finalına doğru: Kiber Çempionatın iştirakçıları bəlli oldu

12:16  Stuxlik “Neftçi” üzərində təcrübə aparır

11:58  “Çelsi”nin futbolçusu üçün mövsüm bitdi

11:24  Birinci Divizion: 24-cü turun bütün təyinatları

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az