(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Sumqayıt”ın Əmiri: ikinci israilli

“Sumqayıt”ın Əmiri: ikinci israilli

Mövsümün ikinci yarısına hazırlaşan "Sumqayıt" daha bir transfer həyata keçirib. Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, "gənclik şəhəri" təmsilçisi İsraildə çıxış edən azərbaycanlı futbolçu Əmir Ağayevlə anlaşıb.
 
Tərəflər arasında artıq rəsmi müqavilə də imzalanıb. Və güman ki, tezliklə bu barədə açıqlama veriləcək.
 
Son mövsümü Təl-Əviv "Hapoel"ində keçirən Əmir 15 oyuna 5 qol vurub. “Bney Yehuda” yetirməsi bu klubda 6 mövsüm keçirib və 18 qola imza atıb. 2016/17 mövsümündə Kipr “Omoniya”sında 6 matçda (2 qol) forma geymiş futbolçu “Beytar”da (Yerusəlim) 1 oyuna çıxıb.
 
İsrailin U-19 (5 oyun, 2 qol) və U-21 (6 oyun, 1 qol) millilərində forma geymiş həmyerlimiz indi də Azərbaycan yığması vədi ilə ölkəmizə gətirilir. Fevralın 10-da 27 yaşı tamam olacaq hücumameylli yarımmüdafiəçinin nəyə görə inkişafdan dayandığı, İsraildə əsas komandaya yüksəlmədiyi maraqlı məqamdı. İndi isə “Sumqayıt”ın menecer prezidenti Riad Rəfiyev onu milli komandamıza salmağa çalışacaq. Hazırda millimizə baş məşqçi axtaran Rəfiyev namizədlərlə danışıqlarda yəqin, yeni tapıntılarının reklamıyla da məşğul olur.
 
Əmir “Sumqayıt”ın qucaq açdığı ikinci israillidi. Hazırda komandada olan Əli Babayev də bu ölkədə yetişib.
 
Ağayev qış fasiləsində sumqayıtlıların aldığı 3-cü legioner olacaq. Peymanlar – Babayi və Keşvaraz da Azərbaycan əsilli gəlmələrdi. Düşmən ölkələri – İsrail və İranı düşərgəsində birləşdirən “Sumqayıt” əcnəbi almadıqlarını deyə-deyə faktiki legionerlər komandasına dönüb, yerli gənclər isə başqa komandalarla göndəriləcəyi günü gözləyir. Dağıstanlılardan sonra başlayan bu yeni dalğa hələ çox uşağı futbolsuz qoyacaq.
 
“Sumqayıt”ın bu transfer fəallığının da səbəbi var. Klubun büdcəsinin 1 milyon manatı aşmadığını nəzərə alsaq, qışda 6 futbolçunun heyətə qatılması təsadüf ola bilməz. Yəqin UEFA-dan uşaq futboluna yardım məqsədi ilə göndərilən yarım milyon avro vəsait istiqamət üzrə xərclənmir.
 
Hər halda, Əmir Ağayevin transferinin xeyirli olmasını diləyirik. Ümid edirik, Aleksey İsayev, Əli Babayev kimi uğurlu seçim olar. Onların hansı yerli gəncləri futboldan bezdirib tüfeyli həyatına sürüklədiyini isə heç vaxt bilməyəcəyik.
 
CAVAD

 
tarix: 30-01-2019 09:00


 
Xəbər lenti
26.04.2019
25.04.2019

23:06  “Qalatasaray” darmadağınla finalda

21:33  Ramil Şeydayev oynadı, komandası yenə uduzdu

19:33  Millimizin rəqibi yoxlama oyunu keçirəcək

19:00  “Bavariya” rekordunu yenilədi

18:24  “Mançester Siti” və Qvardioladan rekord

17:50  AFFA Gəncə şəhər stadionu ilə bağlı tender elan etdi

17:25  Azərbaycanda işləmiş məşqçidən Ayaz Quliyevə sərt tənqid

16:58  “Zirə”nin beş futbolçusu üçün ilk

16:21  40 il sonra gələn antirekord

15:43  “Üç xal qazana bilsək, bürünc medallara çox yaxınlaşacağıq”

15:26  İlk heç-heçə: 5-ci quru oyun

15:08  İtaliyalı futbolçu “Qarabağ”la oyunu unutmur

14:42  Şimşək çaxdı, oyun təxirə salındı

14:07  “Ayaks” 12 yaşında klubu təhqir edən futbolçunu transfer etdi - VİDEO

13:30  Premyer Liqada mövsümün rəmzi komandası

13:07  HAŞİYƏ: “Vandallar Bakıda tarixi abidəni dağıtdılar”

12:39  Premyer Liqada 26-cı tur rəqəmlərin gözü ilə

12:18  İki ildən sonra: Yenə yarımfinalda

12:01  “Sumqayıt” “20”-yə çatdı

11:54  Qvardiola tələsmir və… qadağa qoyur

11:45  Sulşer rəqibi tərifləyir

11:29  AFFA Region Liqası ilə bağlı qərar verə bilmir – araşdırma gedir

11:01  İtaliyada Bordinə şans vermədilər

10:30  Matç zamanı ağzına arı girdi, xəstəxanalıq oldu - FOTO

10:03  Azər Əliyevin komandası qələbəni əldən verdi

09:54  Lisenziya intizarı: AFFA klubların maliyyə hesabatını gözləyir

09:47  Quluzadənin komandası 4 qola üzüldü

09:21  Paşayev oynadı, komandası qalib gəldi

09:00  “Bakı” ölkədən, FIFA futboldan qovdu – danışılmış oyunlara görə

01:25  “Atletiko” “Barselona”nın çempionluğunu ertələdi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az