(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Tərlan Əhmədov özünü ifşa edir

Tərlan Əhmədov özünü ifşa edir

“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov dünən ölkə mətbuatına müsahibə verib. O, yenə də pafoslu danışıb, amma dodağından “quşlar” da uçub.
 
Antalya toplanışından razılıqla danışan məşqçi istədikləri bütün transferləri reallaşdırdıqlarını bildirib. Luis Penya, Con Kamara, Vüsal İsgəndərli və Emin Mehtiyevi heyətə qatdıqlarını söyləyən Əhmədov ukraynalı Valeri Kutsenkonu da normal transfer sayır. Amma zaman göstərəcək ki, bu oyunçulardan ən azı 2-3-ü faydasızdı. Tərlan bəyin indiyəqədri fəaliyyətində faydasız legionerləri dəfələrlə görmüşük. Hər transfer pəncərəsində oyunçu dəyişməyə adət edən Əhmədovun ya seleksiya bacarığı zəifdi, ya da dost-tanış menecerlərlə hansısa başqa məqsədi var.
 
Əhmədov payızda aldıqları Diallo Quydileye ilə yolların ayrılacağını bildirib. Mövsümün ilk yarısı bitən kimi heyətdən uzaqlaşdırılanlar siyahısında adı olmayan bu legionerin indi göndərilməsi maraqlıdı. Bəlkə də həqiqətən xarakteri, intizamı, davranışı ilə bağlı problem var – bu məsələdə məşqçini qınaya bilmərik. Amma iyuna kimi anlaşması olan və 100 min avroluq müqaviləsi davam edən yarımmüdafiəçinin göndərilməsinin klubun büdcəsinə necə ziyan vuracağı sirr deyil. Müqaviləyə qarşılıqlı xitam vermək lazım gələcəyi təqdirdə də “Keşlə” hansısa məbləği çölə atmalı olacaq. Ya onu seçənlər səhv edib, ya da onu komandaya qazandıra bilməyən məşqçi – bu sualın cavabı klub daxilində müzakirə edilməlidi.
 
“Bu futbolçunu yola salıb Kutsenkonu götürmək istəyirik. Onunla müqavilə bağlanılacaq” açıqlaması isə adamın kürkünə birə salır. Söhbət hələ AZAL-da Tərlan bəylə bir qabdan yemək yemiş futbolçudan gedir. Onu da yenə eyni menecer dostlar gətirib. AZAL-ı sonuncu pilləyə salmışdılar, yəqin “Keşlə” üçün də bu aqibət hazırlanır. Təki ciblər dolsun. Kutsenkonu yerləşdirmək üçün isə kimsə hansısa adla yola salınmalıdı.
 
Əhmədovun əsas səhvi Vaqif Cavadovla bağlı dediklərindədi: “Mən onu AZAL-a aparmamışam. O komandada çalışdığım vaxt futbolçu yoldaşları xahiş etmişdilər. Mən isə Cavadovun siyahımda olmadığını demişdim. Komandaya gəlişi isə belə olmuşdu: Klub rəhbərliyinə çıxmışdılar. Ovaxtlar 144 min manatlıq büdcəmiz var idi. Həmin büdcədən Vaqifə veriləcək əmək haqqım yox idi. Rəhbərlik məndən xahiş edəndə "Azərbaycan millisində oynayıb, qoy gəlsin. Amma verəcəyiniz pulunuz varsa, buyurun, verin" dedim. Elə oldu ki, 200 manata razılaşdılar və gəldi. Yəni, Cavadovu AZAL-a mən gətirməmişdim. Həm də biz Vaqifi götürəndə mövsümün ikinci yarısı başlamışdı. Bilmirəm ki, komandamıza nə dərəcədə kömək etdi. Hər halda, həmin mövsüm AZAL 8 komanda arasında sonuncu yeri tutdu. Yəni, köməklik başqa şeydir. Vaqifə uğurlar arzulayıram, yolu açıq, işi avand olsun. Gücü çatırsa, getsin hansısa kluba kömək etsin. Cavadov AZAL-a xahişlə gəlmişdi. Rəhbərliyimizə deyilmişdi, onlar da mənə. Belə məsələlərə çox qarışmaq istəmirəm”.
 
Belə məsələlərə qarışmaq istəməyən Əhmədov etiraf edir ki, komandaya sifarişlə futbolçu götürüb. “Neftçi”də də belə olub: heyətə düşməyən legionerlər yadınızdadı, hərəsi 15-20 min dollar maaş alırdı. Yəqin indi də “Keşlə”də belələri var.
 
Vaqifin həqiqətən pis formada olduğu doğrudu, lakin onu bu şəkildə gözdən salmaq doğru deyil. Yuri Maksimov daha pis vəziyyətdə olan Cavadovu yavaş-yavaş hazırlayaraq ötən mövsüm onunla ölkə kubokunu qazandı. Hərdən adam gərək öz bacarığına da diqqət etsin. Sifarişlə iş görən birisənsə, ümumiyyətlə, susmağın məsləhətdi.
 
AĞA

 
tarix: 30-01-2019 10:59


 
Xəbər lenti
25.04.2019

01:25   “Atletiko” “Barselona”nın çempionluğunu ertələdi

01:02   İtaliya kubokunda ilk finalçı müəyyənləşdi

00:56   “Arsenal” yenə uduzdu, derbidə MS qalib gəldi

00:41   “Bavariya” finalda

24.04.2019

22:54  Türkiyə Kubokunda ilk finalçı bəlli oldu

22:41  U-14 Liqasından Premyer Liqa klublarına “göz dağı”

19:04  Yarımfinalın cavab oyunlarının vaxtı açıqlandı

18:34  “Qəbələ”yə 2 qol vursam da, bu, artıq tarixdi”

17:53  “Səbail”in Essyeni sıradan çıxdı

17:28  “Ayaks”dan rekord göstərici

16:50  “Neftçi” “Sumqayıt” üçün hazırlaşır

16:24  Yurçeviçin qızları Bakıya və Qəbələyə heyran olublar - FOTOLAR

16:15  “Qarabağ” 6 aydan sonra...

16:02  90 dəqiqədə bir dəfə də kobudluğa yol vermədilər!

15:40  Millimizin futbolçusu üçün yeni baş məşqçi

15:16  Messi 100-ə çatdı

14:47  Millimizin üzvləri mədəni tədbirlərdə iştirak edəcək

14:22  Müşahidə Şurası “Sabah”ın çıxışına qiymət verdi

14:09  “Qızıl buts”: Messi Mbappeyə qarşı

13:45  Premyer Liqada 26-cı turu 8 futbolçu buraxacaq

13:02  İtaliya klubu baş məşqçisini qovdu

12:37  “Beşiktaş”ın futbolçusu üçün mövsüm bitdi

12:05  Panenka penaltisini boşa verən futbolçu qovuldu - VİDEO

11:29  “Barselona” oynamadan çempion ola bilər

11:06  Tiqrucanın final arzusu: “Qarabağ" və ya "Qəbələ" ilə oynamağın fərqi yoxdu”

10:40  “Mançester Siti”də ciddi itki: 2-3 həftə olmayacaq

10:11  Mühafizəçilərə görə - “Sumqayıt” cəzalanacaqmı?

09:51  Premyer Liqanın tarixinə keçən qol

09:30  Əsgərovdan Latviyada daha bir dubl və bombardirlik

09:00  Yurçeviç üçün həm ziyarət, həm “ticarət”

01:21  “Barselona”dan inamlı qələbə

00:53  “Tottenhem”ə 1 qol bəs etdi

00:38  Almaniya Kubokunda ilk finalçı bəlli oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az