(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Dələduzluqdan diliuzunluğa

Dələduzluqdan diliuzunluğa

Gəncə münaqişəsi yenə böyüyür. Futbolumuzda “muxtar respublika” olan bu şəhərdə yenə şəxsi maraqlar ön plana çıxıb. Və işğala can atanları da, “guya” müdafiə olunanları da futbol yox, şəxsi maraqlar düşündürür.
 
“Kəpəz”ə yeni rəhbərliyin təyinatı göstərdi ki, AFFA yalnız etibar etdiyi adamlarla yola çıxır. İslam Abbasov və Vaqif Sadıqovun imici, indiyəqədərki karyerası hər nə qədər söz-söhbətli olsa da, məhz onlar seçilib. Bu şəxslər layiqdimi? Qətiyyən yox, əksinə, sağlam qüvvə axtarmaq lazımdı ki, Mikayıl Nərimanoğlunun vaxtındakı olaylar təkrarlanmasın. Belələri də olmamış deyil, futbolinfo.az əvvəlki yazılarda təkliflərini verib, başqalarını axtarmaq da AFFA-nın borcudu.
 
Çünki bu məsələdə özünü ortaya atan digər şəxslərə də etibar yoxdu. Xüsusilə Maşallah Əhmədovun hansı üzlə baş katib Elxan Məmmədovun qəbuluna gedib, özünü namizəd göstərməsi şəxsən mənə maraqlıdı. Dələduzluqda ittiham edilən və həbs olunan birinin indi Gəncə klubunu idarə etmək üçün ortaya atılması yalnız abırdan uzaqlığın nişanəsidi. Gəncədə yaşayan, hazırda da futbol üçün çalışan, son illər xidməti olmuş veteranlar başadüşüləndi, onlar iş istəyir və iddialarına haqq vermək olar. Bəs, Əhmədov? O, indiyədək hansı daşın altına əl qoyub, futbolun inkişafı naminə nə xidmət göstərib ki, birbaşa vəzifə həvəsindədi?
 
Yenə məşqçi işiylə maraqlansa, hansısa formada “Kəpəz”ə yardım etmək istəsəydi, bunu başa düşmək olardı, amma birdən-birə külli-ixtiyar sahibi olmaq, AFFA-dan ayrılan maliyyəyə nəzarət etmək istəyirsə, burada məqsəd başqadı. Pulunu ona etibar edənlərin hansı vəziyyətə düşdüyünü bütün ölkə də bilir, Əhmədovun məhbus yoldaşları da.
 
Maşallah bəy əla futbolçu, SSRİ-də sayılanlardan olub. Lakin buna görə layiq olduğundan artıq mükafatlanıb, hətta böyük unvermaq sahibi olub, özəlləşdirmə, satış-filan. Yəni kifayət qədər qayğı görüb və 10-12 il oynamaqla həyatını təmin edib. Lakin bu o demək deyil ki, “Neftçi”də oynadığı üçün bu gün hər istədiyinə nail olmalıdı. Bəzi işlərin üsulu, qaydaları var. Xüsusilə dələduzluğu sübut edilən birinin indi özünü xilaskar kimi təqdim etməsi artıqdı. Necə deyərlər, səni aləm tanıyır...
 
Gəncəni, illərdi futbolsuz qalan bu bölgəni bir dəfə yada salmayan, azarkeşləri düşünərək səsini çıxarmayan Maşallah bəyin indi ortaya atılması da canıyananlıqdan deyil. Səbəb şəxsi maraqlardı. Kluba müəyyən büdcə ayrılır və onu “yerbəyer” etmək lazımdı. Əhmədov da dostu Mehman Allahverdiyevlə birgə bu maraqdadı. Görəsən, təmənnasız işləmək lazım olsa, Maşallah bəy bu missiyanı üzərinə götürərmi, ümumiyyətlə, son 20 ildə bununla bağlı hansısa addımını xatırlayırıqmı?
 
Əhmədovun indi ortaya düşməsinin başqa səbəbləri var. İşindəki məsuliyyətsizliyə və səhlənkarlığa görə onu AFFA nümayəndələri siyahısından çıxarıblar, daha oyunlara təyinat, deməli, qonorar olmayacaq. Bu səbəbdən sabiq “10 nömrə” əzələ nümayiş etdirir. Onun dərdi Gəncə futbolu deyil, əziyyət çəkmədən rahat pul qazanması üşün yer lazımdı. İllərdi belə şantajlarla dövran sürüblər, belə də davam etmək istəyirlər.
 
Bu məsələdə AFFA-nın dilini qısa edən köhnə səhvlərdi. Mikayıl Nərimanoğlunun çıxardığı hoqqalardan, pul mənimsəmələri faktlarının ifşa edilməsindən sonra Əhmədov və dostları piroq iyinə yığışıb. “Bakıdan göndərilən biri bunu edirsə, niyə maliyyəni özümüz dağıtmayaq?” düşüncəsi ilə. Və biləndə ki, bu işi elə Mikayıl bəy xislətində olanlara tapşırıblar, Gəncə veteranlarının adından istifadə edən bəzi şəxslər fəallaşıb.
 
Hələ “Kəpəz” divizionda oynayır, 200-300 min manat büdcəsi var. Komanda Premyer Liqaya yüksələndən sonra davaların miqyası bir az da böyüyəcək. AFFA indidən seçimlərinə diqqət etməli, qızıl ortanı tapmalıdı. Nə dələduzlara etibar etmək, nə də yalnız diqtəylə işləmək olar. Uyğun kadrlar tapmaq, bölgə futbolunun həqiqətən inkişafı üçün çalışmaq lazımdı.
 
AĞA

 
tarix: 30-01-2019 12:15


 
Xəbər lenti
24.04.2019

01:21   “Barselona”dan inamlı qələbə

00:53   “Tottenhem”ə 1 qol bəs etdi

00:38   Almaniya Kubokunda ilk finalçı bəlli oldu

23.04.2019

21:24  “Sumqayıt”la “Zirə”dən heç-heçə - VİDEO

20:55  “İnanıram və bilirəm ki, əzmkarlıq bizi finala çıxaracaq”

20:50  “Əvvəl də belə oynasaydıq, indi kuboku düşünmürdük”

20:22  “Zirə” ilə “Sumqayıt”dan ilk oyunda heç-heçə

19:50  Moskva “Lokomotiv”indən Azərbaycan millisinə

19:03  Qurban Qurbanov: “Qələbə qazanmağı çox istəsək də, alınmadı”

18:55  Sənan Qurbanov: “İkinci matçda daha yaxşı çıxış etməliyik”

18:42  Erkən finalın ilk pərdəsi: “Qarabağ” 2019-da ilk məğlubiyyətini aldı

18:38  “Qarabağ” “Qəbələ”yə belə uduzdu - VİDEO

18:26  “Neftçi”nin sabiq futbolçusu: “Mərhələni keçsəydik, 21 min dollar qazanacaqdıq”

18:19  Ramin Musayev möcüzə gözləyir

18:09  “Qarabağ” onu itirdi: Həm zədə, həm də cəza

17:53  “Qarabağ” “Qəbələ”dən məğlub qayıdır

16:54  Millidə seks qalmaqalı: Baş məşqçi qovuldu

16:18  Təxirə salınmış oyun üçün hakim təyinatları açıqlandı

15:59  “Kəpəz”in məşqçi və futbolçu heyətindən azarkeşlərlə görüş

15:34  Bundesliqa klubunda yeni baş məşqçi

15:00  “Bizi çempionluqdan cəmi 2 oyun ayırır”

14:26  Millimizin sabiq futbolçusu döyülməsindən danışdı

13:52  AFFA-dan “Keşlə”yə texniki məğlubiyyət

13:31  Bakı finalına doğru: Teleyayımla bağlı işgüzar səfər başlayıb

13:17  25-ci turun ən yaxşısı da “Qarabağ”lı oldu

13:08  “Qarabağ”ın 9 futbolçusu rəmzi komandada - FOTO

12:53  AFFA Divizion klublarını cəzalandırdı

12:37  Aftandil Hacıyevin əvəzinə rus məşqçi?

12:33  Tərlan Əhmədovun cəzası açıqlandı

12:27  Bakı finalına doğru: Kiber Çempionatın iştirakçıları bəlli oldu

12:16  Stuxlik “Neftçi” üzərində təcrübə aparır

11:58  “Çelsi”nin futbolçusu üçün mövsüm bitdi

11:24  Birinci Divizion: 24-cü turun bütün təyinatları

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az