(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Qara məni basınca...

Qara məni basınca...

Klublarımız qarlı-şaxtalı Antalya toplanışını birtəhər başa vurub ölkəyə qayıtdıqları bir vaxtda, qaragünlü çempionatımızın başlamasına bir neçə gün qalmış yenə bir qara-qışqırıq düşüb.
 
"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev qol.az saytına müsahibəsində deyib ki, bəs futbolçu və məşqçilərimizdən başqa heç kimin bizi tənqid etməyə haqqı yoxdu. Fikrini onunla izah edib ki, bəs biz qar demədən, boran demədən meydanda qaçırıq, qaranəfəs oluruq, qarnımızdan tər axır, əziyyət çəkirik, amma bu qara donlu kafirlər əziyyətimizi qiymətləndirmirlər, bizə işimizi öyrətməyə çalışırlar. Sonra da deyib ki, nolsun ki, qarşımıza çıxan rəqiblərin 90 faizindən zəifik, onlar meydanda addım-addım irəli gedəndə, biz də qarış-qarış gəzirik, əsas odu ki, bacardığımızı ortaya qoyuruq.
 
Həə, bax burda Kərəmi ağlamaq tutur.
 
Burdan Qarayevə səslənmək istəyirdim. Qardaşım, dünyanın ən böyük futbolçuları, ən uğurlu məşqçiləri, ən çox kubok qazanan komandaları belə azarkeş, jurnalist və  mütəxəssislərin tənqidindən qaça bilmirsə, siz, yəni azərbaycanlı futbolçular özünüzü necə bir div aynasında görürsünüz ki, tənqid etmək, irad bildirmək üçün haqq, hüquq paylayırsız. Yadımdadı, azarkeşlər haqqında da "bu oyuna gəlməyənlər artıq bizim azarkeşlərimiz deyil" demişdiz. Deyəsən, klubda, ya da millidə təsnifat işini sizə həvalə ediblər. Kim əsl azarkeşdi, kim deyil, kimin tənqidə haqqı var, kimin yoxdu kimi məsələləri siz ayırd edirsiz. Mən qaramat adam deyiləm, amma əgər elədirsə, bir canıyanan adam kimi deyim ki, səhv edirsiz. Necə ki meydanda səhvləriniz "en" qədərdi, elə meydandan kənarda da bundan fərqli deyil.
 
Deyirsiz ki, adamlar elə danışır ki, sanki bizimlə birlikdə meydanda 90 dəqiqə onlar da qaçır. Gülməlidi... Mən matçboyu səninlə birlikdə qaçmasam da, oyundan 1 saat əvvəl və bir neçə saat sonraya qədər 90 dəqiqə də daxil olmaqla yağışın, küləyin, günün, şaxtanın, istinin qabağından bir ayağımı qaldırıb, birini salıb futbolçuları izləyirəm. Heç kimə maraqlı olmayan oyunlarınızdan yazıram, heç kimə maraqlı olmayan sözlərinizi paylaşıram ki, bəlkə az da olsa, maraq yarada bilim. İndi deyirsiz ki, mənim, onun, o birinin haqqı yoxdu irad bildirməyə?
 
Ümumiyyətlə, bu haqq nədi, harda paylanır, biz də alaq, sözümüzü deyək?!
 
Haqdan, hüquqdan danışırsız, bəs Avropanın o ölkəsindən bu ölkəsinə sizin ardınıza düşüb şəhər-şəhər, küçə-küçə gəzən, hava limanlarında bütün komandanı tək qarşılayan, səsi boğulana qədər şüar səsləndirən o azarkeşin haqqına girmək deyilmi bu?
 
Onsuz da yaşayışın çətin vaxtında boğazından kəsib 3-5 manata bilet alan, işini-gücünü, istirahətini yarımçıq qoyub stadionlarda sizi dəstəkləyənlərin haqqına girmək deyilmi bu?
 
Haqqdan söz düşmüşkən, hamınızın üstündə bəlkə də valideynləriniz qədər haqqı olan böyük adam, Qurban Qurbanovun millidən ayrılması haqqında iki kəlimə danışmağa cəsarətiniz çatmadı. Futbolçu bir yerə qədər danışa bilir deyirsiz, heç yarım yerə qədər də danışmadınız, amma mövzu azarkeşlər, jurnalistlər olunca, haqq-hüquq davası edirsiniz.
 
Şair demişkən, sən axı bilmirsən, hardan biləsən?!
 
Tarixi boyu düşdüyü ən zəif qrupda birinci yeri tuta bilməyən, birinci yer cəhənnəm, iki oyunda Maltaya qalib gələ bilməyən, Kosovoya biabırçı hesabla uduzan komandanın futbolçusu olaraq danışmağa, həm də bu şəkildə, əmr tonu ilə, incik notlarla, minnət qoymaqla danışmağa özündə güc tapırsansa, mənim daha deyəcək sözüm yoxdu...
 
Kosovo ilə futbol tariximizin ən vacib matçında hamı milliləşdirilmiş legionerləri günahlandırdı. Amma həmin görüşün ən zəifi Qara idi. Bunu hamı bilirdi, amma nədənsə yalnız legionerlər "satqınlıq"da günahlandırıldı. Məhəllə səviyyəsində belə oyun göstərməyən Qarayev İnstat proqramını inanmıram bilə. Amma "Qarabağ"da bu məsələdə Qaraya kömək edəcək mütəxəssislər var. Bir zəhmət, əgər məhəllə səviyyəsindən aşağı olduğu haqda sözlərimizi qərəzli sayırsa, İnstatda Kosovo ilə oyundakı performansına baxsın. "Satılıb" deyilən bütün milliləşdirilmiş futbolçulardan qat-qat bərbad oynadığını bəlkə onda anlayar. Anlayandan sonra gedib bir daha həmin görüşün videoyazısını izləyər. İzləyəndən sonra imkanı olsa, zərrə qədər utanar... (matç.az)

 
tarix: 30-01-2019 11:17


 
Xəbər lenti
18.02.2019

13:51   Birinci Divizion: 16-cı turun hakimləri

13:17   Premyer Liqada 18-ci turun hakim təyinatları açıqlandı

12:55   “Arsenal”dan “Napoli”yə

12:38   Qışdan sonra: “Neftçi” 4-cü pillədə

12:24   Azərbaycan çempionatının 99-cusu

12:02   Namiq Ələsgərov üçün əlamətdar tur

11:49   “Sumqayıt” 70-ə çatdı

11:25   Bayılla “Bəhramov” arasındakı onqat fərq

11:19   İtaliya çempionatında 20:0 hesablı qələbə - VİDEO

11:15   Mbappe tarixə düşdü

11:11   Qadına görə qadağa

10:56   Zidanın tələbləri

10:49   Almeyda həsrəti bitirdi

10:41   Xal itirməyən qalmadı

10:27   Məğlublar hakimlərdən şikayətləndi

10:17   “Qarabağ” hücumçusunu Ukrayna klubuna satır

10:10   Lukaku satılır

10:01   “Azərbaycanda yaxşı şəraitlə qarşılaşdıq”

09:52   Axundovun xilası naminə səhv...

09:41   Riçard Almeyda: “Qəbələ” fasilədən sonra bizdən üstün idi”

09:31   Ozan Canın yoxluğunda komandası məğlub oldu

09:24   “İlk yarı heç-heçə bitsəydi, yaxşı nəticə əldə edə bilərdik”

09:11   “Eştoril” Dadaşovsuz xal itirdi

09:00   Maksim Medvedev: “Mahir Mədətovun hərəkətlərinə əsəbləşirik”

02:08   PSJ 3 xalı tək qolla qazandı

01:56   “Real” autsayderə uduzdu, “Sevilya” darmadağın oldu

01:40   “İnter”dən qələbə, “Napoli”dən xal itkisi

01:06   Millimizin baş məşqçisi: “Futbolçularda güc hiss etdim”

00:55   Millimiz İspaniya toplanışını məğlubiyyətlə başa vurdu

00:23   “Qalatasaray”dan səfərdə darmadağın

17.02.2019

23:30  “Borussiya” “Ayntraxt”la heç-heçəyə razılaşdı

22:07  Daha üç komanda 1/4 finalda

21:04  40-cı heç-heçə

20:32  “Qəbələ” “Qarabağ”la yenə bacarmadı - VİDEO

20:01  Qurban Qurbanovdan “Qəbələ”yə tərif

19:48  “Məğlub olsaq da, futbolçularımı təbrik etdim”

19:22  “Qarabağ” “Neftçi” ilə xal fərqini minimuma endirdi

18:37  “Sabah” “Səbail”ə belə uduzdu - VİDEO

17:52  “Matçın gedişində söyüşə qətiyyən yol vermək olmaz”

17:34  Elşad Əhmədov: “Alınsa, yeni transfer edəcəyik”

16:58  “Səbail” “Sabah”ı məğlub yola saldı

15:42  Bundesliqada yeni rekord

14:01  “Zirə”də 25-ci ölkə təmsilçisi

13:09  İsrafilovlu “Alkorkon” yenə uduzdu

12:08  “Qəbələ”nin sabiq forvardı “Şaxtyor”da

11:18  Ufuk Budak oynamadı, komandası uduzdu

10:26  Dmitri Nazarov qələbəni kənardan izlədi

09:31  Rüfət Dadaşov üçün 8 dəqiqə və 1 xal

01:41  “Barselona” və “Atletiko”ya 1 qol bəs etdi

01:30  “Milan” “Atalanta”ya səfərdə qalib gəldi

01:14  Meydan sahibləri üçün növbəti uğurlu gün

00:55  “Mançester Siti” darmadağınla 1/4 finalda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az