(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Forza Neftçi” tribunaya qayıdır – “Qarabağ”la oyunda!

“Forza Neftçi” tribunaya qayıdır – “Qarabağ”la oyunda!

“Neftçi” ilə “Forza Neftçi” azad azarkeş qrupu arasında problem həllini tapıb. Bu gün azarkeşlərlə görüşən klub rəhbərliyi onları tribunalara dönməyə razı sala bilib.
 
Futbolinfo.az xəbər verir ki, bunu qrupun rəhbəri Sübhan Əliyev öz sosial şəbəkə səhifəsində açıqlayıb. O bildirib ki, ölkənin aparıcı fanklublarından sayılan paytaxt təmsilçisinin azarkeşləri yenidən tribunadakı yerlərinə qayıdacaq. Ötən ilin sonunda klub rəhbərliyi ilə aralarındakı problem üzündən tribunadan çəkilən “Forza Neftçi” mövsümün ikinci yarısının startından klubun yanında olacaq: “Şükür Allaha, hər şey qaydasına düşdü. “Forza Neftçi” olaraq “Qarabağ”la oyundan tribunadayıq”.

 
tarix: 30-01-2019 17:06


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az