(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Natiq Muxtarlı
Tahir Süleymanov
Etibar Cəbrayıloğlu
6 xallıq oyuna 80 SAAT qalarkən

6 xallıq oyuna 80 SAAT qalarkən

Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısı başlayır. Elə ilk turdaca çempionluq uğrunda mübarizə aparan 2 komandanın dueli var.
 
96-cı Azərbaycan derbisində üz-üzə gələcək "Qarabağ"la "Neftçi" üçün bazar günü oynanılacaq matç çox önəmlidi. Ağdamlılar titulunu qorumaq üçün rəqibin xal fərqini açmasına imkan verməməyə çalışacaqsa, qonaqlara zirvədə qalmaq üçün heç-heçə də bəs edir. 6 xallıq oyun kimi dəyərləndirilməsi mümkün olan bu matç həm də psixoloji döyüş olacaq. Fasilədən sonra verilən startın nəticəsi növbəti matçların nəticələrinə də təsir edə bilər.
 
Əvvəllər “Neftçi”nin evi olmuş Tofiq Bəhramov adına Respublika stadionu indi “Qarabağ”ın məkanı sayılır. Ağdamlılar da buranı ehtiyat meydan kimi sifariş edib, amma “Azərsun Arena”dakı problemləri yoluna qoya bilmədiklərindən xeyli vaxtdı rəqiblərini burada qəbul edirlər.
 
Qış hazırlığından sonrakı ilk oyuna proqnoz vermək çətindi. Komandaların necə toplanış keçdiyi, necə gücləndiyi heç bu oyunda da bilinməyəcək. Fevralın 3-dəki oyun daha çox emosiya matçı olacaq. Daha az səhv edən, daha səbrli olan, eyni zamanda qələbəni daha çox istəyən qazanacaq.
 
“Neftçi”nin heyəti daha çox dəyişib. Mamadu Mbodjun gəlişi ilə Səlahət Ağayevin önündə oynayan müdafiə blokunda yerdəyişmə var, Kiril Petrov ofsayda düşüb. Yəqin ki, o, Anton Krivotsyukla tandem təşkil edəcək, cinahlar Məhəmməd Mirzəbəyov və Tural Axundova tapşırılacaq. Yarımmüdafiədə Emin Mahmudovla Sonu Mustivar dayaq bölgəni betonlamalı, Vangelis Plattelas yaradıcı oynamalıdı. Hələlik yunan sirli qutudu və oyunun nəticəsini onun fərdi bacarığı həll edə bilər. Baqali Dabo, Namiq Ələsgərov cinahlarda, Mirabdulla Abbasov hücumun sivri ucunda onunla kombinasiyanı ideal qursa, bakılıların da şansı az deyil.
 
Təbii ki, Roberto Bordin Dario Federikonun zamansız gedişinin əziyyətini çəkəcək. Oyunu əks-hücumda quracağı şübhə doğurmayan italiyalıya sürətli, driblinq etməyi bacaran cinah oyunçuları lazımdı. Namiqin braziliyalını nə dərəcədə əvəz etdiyini bazar günü görəcəyik. “Neftçi” adəti üzrə fasiləyə kimi qol vursa, işi daha da asanlaşdıracaq. Amma müdafiə baxımından komandanın inamlı olmaması hücuma lazımi dəstək verilməsini, yarımmüdafiəylə bütünləşməni əngəlləyəcək. Son yoxlama oyunundakı 4:0 hesablı qələbə bakılıları aldatmasın – komanda oyunu baxımından “Neftçi”də çox qüsurlar var, topla oynama faizi xeyli aşağıdı. “Qarabağ”la matçda isə bu üslub intihara bərabərdi.
 
Ağdamlıların baş məşqçisi Qurban Qurbanov da “Şaxtyor”la son matçda məhz “Neftçi” ilə görüşün planlarını cızdı. Onun legionerlərin xidmətindən daha səmərəli istifadə etmək üçün qapıda Şahruddin Məhəmmədəliyevə güvənəcəyi gözlənilir. Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev və Donald Geryedən ibarət müdafiə xətti ən ideal seçimdi. Düzdü, mərkəzdə hansısa lənglik ola bilər, amma cinahların fəallığı xüsusilə vacibdi. Eyni zamanda güclü cinah hücumçularına malik “Neftçi”ni zərərsizləşdirmək üçün Maksimlə Gerye önə çox çıxmağa da risk etməyəcək.
 
Əsas döyüş meydanın mərkəzində gedəcək. “Qarabağ”a dönən Riçard Almeyda ideal formada olmasa da, start heyətdə görünməlidi. Onun Qara Qarayevlə tandemi matçın müqəddəratını həll edə bilər. Hücumda Mahir Mədətovun oynaması həm də limitin tələbidi. Abdullah Zubir, Araz Abdullayev, Filip Ozobiç, Dani Kintana “dördlüy”ündən üçü meydanda olacaq və hansıların seçilməsi son məşqdəki durumlarından asılı olacaq. Bununla belə, adlar önəmsizdi, kim oynasa, cinahlarda fəallıq, rəqibin daim təzyiq altında olması şərtdi. “Qarabağ” topa daha çox sahib olmaqla aşkar üstünlük qazanmağa çalışacaq. Ehtiyatda isə daim oyunu dəyişə biləcək xeyli ad var. Zədəsini sağaldan Miçel Madeyra, İnnosent Emeqara və başqaları.
 
Nəticəni bir qol da müəyyənləşdirə bilər. Taktiki döyüşdə qalib olan 3 xalı aktivinə yazmalıdı. Amma “Qarabağ” əsl gücünü ortaya qoya bilsə, heyət baxımından zəif rəqibi darmadağın etməsi də mümkündü.
 
“Neftçi” ilk 2 dövrədə bu rəqibdən 4 xal alıb. Ona görə bakılıların bəzən müdafiə olunaraq da istəyinə çatdığını unutmamalıyıq. Həmişə favoritlər qalib gəlmir və bəxt amili də böyük əhəmiyyət kəsb edəcək. Bundan başqa, “Qarabağ”ın fasilədən sonra yarışa istənilən səviyyədə başlaya bilməməsi təcrübəsi də var.
 
Proqnoz verilməsi çətin, çempionluq yarışına ciddi təsir edəcək oyundu. Qoy, güclü qalib gəlsin.
 
FƏRİD

 
tarix: 31-01-2019 10:30


 
Xəbər lenti
25.03.2019
24.03.2019

23:24  “Sabah” yoxlama oyunundan heç-heçə ilə ayrıldı

23:12  “Əgər təkbətək epizodda qol vura bilmiriksə....”

21:16  AFFA xəbərimizi təsdiqlədi: Hacı-Məhərrəmov haqda niyə ölçü götürülmür?

21:07  Millimiz Litva ilə oyuna hazırdı - FOTOLAR

20:51  “Qarabağ” say düzəltdi, “Zirə” hamını sınadı

20:44  Tuxel Parisdə qaldı

20:10  Qurban Qurbanov milli haqda danışmadı

19:57  Yığmamız bu dəfə məğlub oldu

19:07  “Qarabağ” “Zirə”yə qalib gəldi

18:02  Litva yığmasının kapitanı: “Bizi Bakıda çətin oyun gözləyir”

17:51  “Azərbaycan yığması Zaqrebdə uduzsa da, əsl xarakter göstərdi”

17:40  Azərbaycan yığması ərəblərə də uduzdu

16:52  Nikola Yurçeviç: “Litva Xorvatiya deyil”

16:46  Ramil Şeydayev: “Hələ ki, təklif yoxdur”

15:11  Millimizin üzvləri pansionatı ziyarət etdilər - FOTOLAR

14:11  “Liverpul” - “Milan” matçında 5 qol - VİDEO

13:33  Debüt matçında qol vurdu, İtaliyanın tarixinə düşdü

12:30  13 il sonra gələn qələbə - VİDEO

12:00  İspaniya Norveçə belə qalib gəldi - VİDEO

11:32  “Qalatasaray”ın forvardı millidə zədələndi

11:00  İtaliyadan Finlandiyaya 2 cavabsız qol - VİDEO

10:30  “Alkorkon” İsrafilovun yoxluğunda məğlub oldu

10:00  Gürcüstan məğlubiyyətlə başladı - VİDEO

09:30  Dadaşovsuz darmadağın

09:00  Xorvatiya Macarıstana, Almaniya Hollandiyaya qarşı - YENİLƏNİR

01:41  İspaniyadan çətin, İtaliyadan inamlı qələbə

00:06  Rusiya və Rumıniya da Azərbaycanın aqibətini yaşadı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az