(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Azarkeş döyüşü”nə 76 SAAT qalarkən

“Azarkeş döyüşü”nə 76 SAAT qalarkən

“Neftçi” “Qarabağ”la oyunöncəsi ilk psixoloji qələbəni qazandı. Rəhbərliyin mütəmadi görüşləri, səyləri sonucunda “Forza Neftçi” tribunaya qayıtmağa razılıq verdi.

Azarkeşlər klubun üzrxahlığını qəbul etdilər, ortada yanlış anlaşılma olmasıyla razılaşdılar. Bu qərarda – boykotdan əl çəkilməsində - “Neftçi” sevgisi böyük rol oynadı. Hamı son illərdə çempionluğa ən yaxşı fürsətin ələ düşdüyünü qəbul etdi və birləşməyə qərar verdi. İndi azarkeşlər futbolçularla bütünləşib “Qarabağ”ın hegemonluğuna son qoymağa cəhd edəcək.

Təbii ki, medalın iki üzü var. Yəni ki, uğursuzluq da mümkündü. Həm rəqib güclüdü, həm də oyun səfər matçı sayılır. Amma “Neftçi” azarkeşi kluba sevgini təkcə nəticəyə görə bəsləmir. Zövq verən oyun da onlara kifayətdi. Təki komandanın güclü olduğunu, ağdamlıların kölgəsində qalmadığını görsünlər. Bu məsuliyyəti isə futbolçular başa düşməlidi.

Ağdamlı fanatlar da bu matça biganə qalmayacaq. Bu oyunda məhz onların sayəsində mövsümün azarkeş rekordu qırıla bilər. Riçard Almeyda və Reynaldonun dönüşü onları həvəsləndirib, sevimlilərini görmək üçün bazar axşamını tribunada keçirəcəklər. “Forza”nın dönüşü onları da qıcıqlandıracaq, qarşılıqlı şüarlar, atmacalar matça rəng qatacaq. Təki əndazə aşılmasın, hamı futbol bayramına şahidlik etsin.

Bu iki klubun fanatları da möhtəşəmdi, hazırkı klubların tərəfdarları arasında ölkədə ən yaxşılardı. Onların biri olmasaydı, tamaşanın marağı qalmazdı. Hələ oyuna xeyli var, qoy, onlar da Respublika stadionunda kimin daha çox kreslo tutacağı iddiası ilə bəhsə girsinlər.


 
tarix: 31-01-2019 14:30


 
Xəbər lenti
17.02.2019

01:41   “Barselona” və “Atletiko”ya 1 qol bəs etdi

01:30   “Milan” “Atalanta”ya səfərdə qalib gəldi

01:14   Meydan sahibləri üçün növbəti uğurlu gün

00:55   “Mançester Siti” darmadağınla 1/4 finalda

16.02.2019

23:53  “Leyptsiq”dən səfərdə inamlı qələbə

23:45  “Fənərbaxça” evdə xal itirdi

21:23  “Neftçi”nin futbolçusu “Qəbələ”yə azarkeşlik edəcək

21:22  “Neftçi”də ciddi itki

20:57  Stuxlikin uduzdurduğu “Sumqayıt”

20:48  “Neftçi” belə xal itirdi - VİDEO

20:24  Abbasovun istefa qərarı son anda dəyişdi

20:14  “Onu özüm gətirmişəm, zəif olduğun deyə bilmərəm”

20:02  Roberto Bordin: “2 xal itirdik”

19:48  “Qarabağ”dan yeni endirim

19:23  “Neftçi” Zirədə büdrədi

18:43  “Sumqayıt”dan daha bir transfer - RƏSMİ

18:25  “Keşlə”nin “Sumqayıt” üzərində qələbəsi - VİDEO

17:30  Ayxan Abbasov: “Azarkeşlərə cavab vermək çətindi”

17:18  “Kiminsə bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz”

16:47  “Sumqayıt” “Keşlə”yə məğlub oldu

16:07  “Keşlə” - “Sumqayıt” matçının baş hakimi fasilədə əvəzləndi

15:01  Naninin yeni klubu məlum oldu

13:20  “Səbail”də nigeriyalı forvard - RƏSMİ

13:03  “Neftçi” yeni transferini sifariş etdi

12:42  Premyer Liqa klubunda iki yeni müqavilə

11:07  Kamran Quliyev – “like”?

11:00  “Qarabağ” yenə Miçelsiz hazırlaşır

10:32  Əliyev İspaniya klubu ilə heç-heçəni kənardan izlədi

10:00  Dəniz Yılmaz oynadı, komandası qalib gəldi

09:32  “Traktorsazi”yə 1 qol bəs etdi

09:17  Ziya Əzizovsuz məhsuldar heç-heçə

09:00  Limitlə uyğun gəlməyən legioner bolluğu

02:23  İlk 1/4 finalçı bəlli oldu

02:04  Meydan sahiblərinin günü

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az